- 1070 Okunma
- 3 Yorum
- 0 Beğeni
KALEMLE YÜZ-YÜZE
QƏLƏMLƏ ÜZ-ZÜƏ
İstədim coşaraq, sərhədlər aşım,
Anamın hüsnünə nəğmələr qoşum.
Dayandı əlimdə yazmadı qələm,
Fırlandı beynimdə böyük bir aləm.
Fikrimdən keçdi ki, qələmi qırım,
Mövzudan yan keçim, ayağa durum.
Qələmsə əlimdə susmadı dindi,
Elə bil üstümə çən-duman endi.
Suallar yağdırdı, lap çaşıb qaldım,
Qələm qarşısında çox aciz oldum.
-Dedi ki, sən mənə cavab ver susma,
Nağıllar danışma, nə “gopa basma”.
-De görüm:-Ananız doğanda sizi,
Qəhraman doğdumu hər birinizi?
Hər ana istər ki, qəhraman doğsun,
Yağıyla savaşda düşməni boğsun.
-Ananız qəhraman doğubsa sizi,
Qoruya bildizmi bəs ölkənizi?
Sual qarşısında boynum büküldü,
Vücudum, vicdanım, canım söküldü.
Keçmişə gedərək, fikirə daldım,
Dərbəndim var idi, Dərbəndsiz qaldım.
Borçalı əzildi yadlar əlində,
Göyçə mahalında, Göyçə gölündə,
Düşmən süngüsüylə qanımız axdı,
Zəngəzur yurdunda zülm ərşə çıxdı.
Qarabağ dərd oldu, düyünə düşdü,
Məkrli düşmənin əlinə keçdi.
Araz çayı qanlı yaşla ağladı,
Otay, Butay yollarını bağladı.
İkiyə bölündü Azərbaycanım,
Qaldı uzaqlarda şöhrətim, şanım.
Ay qələmim gəlsən qoşa dayanaq,
Biz də bu qəflətdən bəlkə oyanaq.
Elmimiz əməllə birləşə bilsin,
Xalqımız bir ortaq məxrəcə gəlsin.
Millətlər içində keçmir sözümüz,
Çün ki, bağlanıbdır qıpıq gözümüz.
İstəyirsən sən də bir söz alasan,
Gərək söz deməyə böyük olasan.
Millətim hər zaman bölünən oldu,
Türklərin canını türk özü aldı.
Yoxdur!-Oğuz xanın qurduğu dövlət,
Türklərin sözləri keçməz ki, əlbət.
Mətənin qurduğu səltənət hanı!
Atilla tutmuşdu bütün dünyanı.
O, zaman sözümüz var idi, dedik,
Dünyanın yarsına boyun əydirdik.
Bilgə xan babamız belə söylədi,
-“Ey Türk özünə doğru dön dedi.
Özünə dönəndə böyük olursan,
Güçünü millətdən, xalqdan alırsan”.
Bizsə özümüzə dönə bilmirik,
Bilgə xan deyənə hələ gəlmirik.
Ay qələm, ay qələm kamal ver bizə,
Qayıda bilməkçün biz özümüzə.
Bizim də deməyə sözümüz olsun,
Dünyaya dik baxan gözümüz olsun.
Bir şair kimi bax, onda coşaram,
Anamın hüsnünə şeir qoşaram.
YORUMLAR
Seyraqif Coculu
Bir gün gelir birleşeriz. Büyük hala geliriz. Helelik altı müstükil
kardeşiz. Artacayız Dedemiz Korkud demişken. Sağlıkla kalın.