- 803 Okunma
- 0 Yorum
- 0 Beğeni
BÜYÜK SANATÇI
Azerbaycanın halk artisti Rübabe Muratova Güney Azerbaycanın Erdebil
şehrinde doğulub. Güzey Azerbaycana köçmüş ve burada yaşayıb
yaratmışdır. İki Azerbaycanın birleşmesi ona bir dert olmuşdur.
BÖYÜK SƏNƏTKAR
Rübabə xanımın muğam naləsi,
Ürəkdən ağlatdı bir sərhədçini.
Ruhuna girmişdi yanıqlı səsi,
Böyükdür adamın rütbəsi, çini.
Sərhədçi söylədi:-Rübabə xanım,
Məndən dilədiyin de görüm, nədir?
O, səsə, avaza əriyir canım,
Sənin yaratdığın bir əfsanədir.
Özümü doğrudan xoşbəxt görərəm,
Bir arzunu mən yeirnə yetirsəm.
Bütün var gücümü ona verərəm,
Dalğın gözlərinə sevinc gətirsəm.
Ah çəkib, of dedi böyük sənətkar,
Buradan sərhəddi açan olaydı.
İllərlə üzübdür məni intizar,
Canıma “O Taydan”həsrət dolaydı
Tarixə yazılar bu böyük bir gün,
Beş addım “O Taya”gedə bilsəydim.
Bəlkə də açılar bağlanmış düyün,
Bir ovuc torpaqla gələ bilsəydim.
*
Sərhədçi bir anlıq fəkirə gedir,
Başında bir aləm, dünya dövr edir.
Tutulur sifəti, rəngi qaralır,
Tövşüyür nəfəsi, səbri daralır.
Özü də bilməyir nə olur ona,
Çox çətin gəlirdi millət oğluna.
Kommunist vaxtında, sovet dövründə,
İmkanmı var sərhədçinin əlində.
O, kimdirki sərhədlərə əl vura,
Tikanlı məftili dibindən qıra.
Ancaq o, özündə bir qeyrət tapdı,
Ölümlə üz-üzə qorxunu atdı.
Dedi:-Ey sənətkar sabah gələrsən,
Sərhəddi burada açıq görərsən.
*
Axşamdan keçibdir xeyli zamandı,
Nə Rübabə yarır, nə də sərhədçi.
Sabah nə olacaq Allah amandı,
Qaynayır burada hər kəsin içi.
*
Budur dağ başından günəş boylanır,
Duranlar yuxudan sərsəm oyanır.
İnsanlar yeriyir sərhəddə doğru,
Qorxudan yarılır çoxunun bağrı.
Rübabə xanımın ucadır başı,
Sərhədçi ərənlə gedir yanaşı.
Budur onlar gəlib sərhəddə çatıb,
O, boyda bir dövlət qəflətdə yatıb.
Sərhədçi tikanlı məftili kəsir,
Rübabə xanımın vücudu əsir.
Qəzəbdən titrəyir əli, ayağı,
Tikanlı məftillər elin göz dağı.
Kəsilir ehmalca yerə atılır,
Bir neçə addımdan ara açılır.
Rübabə xanım tez sərhəddi keçir,
Əyilir torpağa doğru, and içir.
İyləyir, qoxlayır həm solu, sağı,
Basır sinəsinə öpür torpağı.
Sonra da bir ovuc torpaq götürür,
Ağlaya-ağlaya yaylığa bükür.
Onun gözlərində dünya qaralır,
Kiçilir-kiçilir tamam daralır.
Ağrıyan canına yerləşə bilmir,
Bu boyda bir dünya ölçüyə gəlmir.
Sel kimi tökülür dayanmır yaşı.
Vətən həsrətiylə ağarıb başı.
Qanana vətəndir bir ovuc torpaq,
Bir ağac, bir budaq, hətta bir yarpaq.
O, nə mal istədi, nə pul istədi,
Arzusu bir ovuc xam torpaq idi.
O Taya adlayan bir yol istədi,
Özüylə bir ovuc torpaq gətirdi.
*
Quşlar qanad saldı, Araz dayandı,
Qəflətdə yatmışdı , millət oyandı.
Araz günahını başa düşübdür,
Axıb yurdun sinəsini deşibdir.
Bölüb xalqı, yollarını bağlayıb,
Anaların ürəyini dağlayıb.
Dayanıb ki, bəlkə millət birləşə,
O Tay, Bu Tay bir məkanda yerləşə.
YORUMLAR
Henüz yorum yapılmamış.