- 621 Okunma
- 1 Yorum
- 0 Beğeni
HIRSIZ
OĞRU(HIRSIZ)
Oğruluq edirdi o, bilə-bilə,
Acların qarnını doyurmaq üçün.
Bir dəfə tytdular, verdilər ələ,
Onu bu məsləkdən ayırmaq üçün.
Oğrulyq etsə də cani deyildi,
O, ancaq aclara həyan olurdu.
Nə qorxaq yaşadı, nə də əyildi,
Kisəsi boşalır, gah da dolurdu.
Günlərin birində həbsə atıldı,
Onun qollarına qandal vurdular.
Oğruların cərgəsinə qatıldı,
Hər dəfə dindirib, sorğu sordular.
Dinib danışmadı, cavab vermədi,
İttiham edənlər alışdı, yandı.
O, buna ehtiyac, rəva görmədi,
Sorğular, cavablar tamam dayandı.
Sonra məhkəmədə baxdılar işə,
Burada danışıb, dinirdi oğru.
Bu işi özünə seçmişdi peşə,
Gördüyü işləri sayırdı doğru.
Salona toplaşıb kasıblar, aclar,
Kimlərin qarnını o, doydururdu.
Həmi də gəlmişdi başında taclar,
Kimləri taladıb o, soydururdu.
Hakim qaş-qabağın yaman tökübdür,
Salonun üstünə zülmət çökübdür.
Kiminin gözündən qanlı yaş axır,
Kiminin gözündən od-alov cıxır.
Müttəhim kürsüyə təmkinlə qalxır,
Hakimin üzünə vüqarla baxır.
Hakim deyir:-Söylə axır sözünü,
Danış işin əyrisini, düzünü.
Salon sakit, lal baxışlar yönəlib
Oğrunun üstünə, o, dilə gəlib.
Danışır aramla çox asta-asta,
İndi nə toydadır, nə də ki, yasda.
Ədalət önündə o, cavab verir,
Oğru nələr deyir, nələr söyləyir.
Bu gün bir müttəhim, bir oğruyam mən,
Kim bilir yalanam, ya doğruyam mən.
Oğrudan, oğruya halal bilmişəm,
Kasıbların ayağına gəlmişəm.
Mən dərsimi məmurlardan almışam,
Mal çalanın mallarını çalmışam.
Haradandır imarətlər, saraylar,
Əyrilər də ədaləti haraylar.
El malını yeyənləri tutun siz,
Harınları həbslərə atın siz.
El malını qaytarıram özünə,
Düz baxıram insanların gözünə.
*
Oğurluq eylədim mən bilə-bilə,
Bir acım qarnını doyurmaq üçün.
Günahkar deyiləm, verməyin ələ,
Məni bu məsləkdən ayırmaq üçün.
*
Müttəhim söylədi axır sözünü,
Günahkar bilmədi ancaq özünü!. . . .
YORUMLAR
dokukusu bozulmamış bir dil ve heyecanı cümlelerde gezinen bir şiir öğüt veren düşündüren bir şiir zevkle okudum yüreğinize sağlık
bedirhan37 tarafından 7/20/2011 9:39:03 PM zamanında düzenlenmiştir.
bedirhan37 tarafından 7/20/2011 9:42:29 PM zamanında düzenlenmiştir.