Senden nefret edenleri sev; iyilikten başka üstünlük alameti tanımıyorum. -- ludwig van beethoven
Seyraqif Coculu
Seyraqif Coculu
@seyraqifcoculu

MÜNECCİMLİK ESKİ PEŞEMİZDİR

13 Temmuz 2011 Çarşamba
Yorum

MÜNECCİMLİK ESKİ PEŞEMİZDİR

1

Yorum

0

Beğeni

0,0

Puan

1102

Okunma

MÜNECCİMLİK ESKİ PEŞEMİZDİR

MÜNƏCCİMLİK KÖHNƏ PEŞƏMİZDİR

Hər addımda şər çıxanda yoluma,
Heç bilmirəm nələr olur halıma.
Fala baxan deyir:-Baxım falına,
Falçı qardaş inanmıram fala mən.

Münəccimlər ulduzları seyr edir,
Ulduzların bürcü nədir, fal nədir,
Bu kəhkaşan min illərdir yol gedir,
İnanıram düz idraka, yola mən.

Çox sirlidir bu dünyanın gərdişi,
Qanunlara uyğunluqdur hər işi,
Ay, Coculu bisəm nədir vərdişi,
Düşməz idim onda haldan-hala mən.

Orta əsrlərdə, odan da çox-çox qabaqlar, şahların, xanların, dövətlərin və insanların taleyini guya qabaqcadan xəbər vermək üçün heç bir məntiqə və elmə söykənməyən yalançı bir- münəccimlik yəni nücum elmi meydana gəlmişdir. Insanların təbiət qanunlarını bilməməsindən əmələ gələn bu yalançı elm hələ çox qədimdən əvəlcə ərəblərdə sonra Qərbi Avropada geniş yayılmışdır. Bəzən münəccimlərin söylədiyi fikirlər təsadüf nəticəsində zərurətə çevrildiyinə görə onlara qarşı avam insanlar arasında inam yaranırdı. Bəzi münəccimlər ayın, günəşin tutulmasını doğrudanda dərk elədiyinə görə insanları aldada bilirdilər. Adi qara buludun göy üzünü tutmasını Allahın bəlası və kimisə cəzalandırılması kimi izah edirdilər. Büləliklə Astrologiya deyilən yalançı bir elm meydana gəlir.
Astrologiya(“astro”+ “logiya”)- münəccimlik nücum elmi planetlərin bir-birinə nəzarən vəziyyətinə görə, insanların və dövlətlərin taleyaini guya qabaqcadan xəbər verən yalançı elm.
C. Buruno və Keplerdən sonra təbiət qanunlarının kəşfi dünyanın helosentirik sistemi haqqında təlim Astrologiyanın elm olmadığını və yalançı elm olduğunu sübuta yetirdi.
Ancaq buna baxmayaraq bir çox kapitalist ölkələrində qaldığına görə elə bu günün özündə də davam edir. Artıq bir çox qondarma Astroloqlar bizim ölkəmizdə də peyda olublar. Heç bir elmi əsası olmayan və sübuta yetirilməyən proqnozlar verirlər. Çox təəsüflər olsun ki, bəzi insanlar onlara inanırlar. Hətta bu astroloqlar ulduzların, insana təsiri bir yana dursun, ciblərinə də təsirindən danışırlar. Və hansı günlərin kimin üçünsə uğurlu, uğursuz olmasını sübuta yetirmək istəyirlər. Görün necə də absurt bir mənzərə ilə qarşılaşırıq. Özləri üçün ulduz cədvəli tərtib ediblər, yəni Horoskop.
Horoskop (yun. Horoskopos hərfi mənası –vaxtı müşahidə edən) – astrologiyada insanın və ya dövlətin taleyini əvvəlcədən söyləmək üçün proje. Guya insan doğulan anda planetlər hansısa bir vəziyyətdə olur. Onların vəziyyətindən asılı olaraq insanın taleyi haqqında fikir söyləmək mümkün olur. Insanın doğulma və eyni zamanda hadisələrin baş vermə anında planetlərin göydəki vəziyyətinə uyğun olaraq Horoskopun 12 evindən birində yerləşdirilir. Astroloq planetlərin vəziyyətlərinin Yer hadisəsinə təsiri ideyasına əsaslanaraq məlum olmayan və dolaşıq qaydalarla adamın taleyini və ya müəyyən bir hadisənin nəticəsini “söyləyir”. Təəssüflər olsun ki, onlara inananların sayı get-gedə artır.

Dünyanın sirrini bilmək istəsən,
Məlumu, məchulu özündə axtar.
Nə yerin altında, nə göyün üstə,
Həyatın ağ-qara üzündə axtar.

Göylərin səsinə, uyma nağıla,
Min ehkamçı, min münəccim yığıla,
“Tarix yaşa dolur, insan ağıla”,
İdrakın, savadın gözündə axtar.

Diqqət eylə kəhkaşanın yoluna,
Aldanma falçıya, ulduz falına,
İnanma dünyanın qeylü-qalına,
Varlığı, varlığın izində axtar.

Yoxluqdan varlıqlar yarana bilməz,
Nüvəsiz, mayasız əmələ gəlməz,
Bir məntiq olmadan düzən düzəlməz,
Çalış ki, məntiqin düzündə axtar.

Yaradandan, yaranmışdan yazıblar,
Hərdən yalan, hərdən doğru yozublar,
Ay Coculu, bu yollarda azıblar,
Alimin elmində, sözündə axtar.

Böyük Moğollar ipperiyasının başçısı Menqu xaqanın tapşırığı ilə Elxanılər dövlətinin başçısı Hülaki(1217-1265) xan Orta Asiyadan başlayaraq İran, Azərbaycana və ərəb xilafətinə yürüşlər edir
“Məğlubedilməz” “Ələmut” qalasına hücum edərkən İsmaililərin son hökümdarı Rüknəddin Nəsirəddin Tusinin (1201-1274) məsləhəti ilə qalanı döyüşsüz təslim edir.
Hülaki xan Tusinin bu işindən xoşu gələrək onu özünə baş müşavir təyin edir, baxmayaraq ki, Menqu xaqan Tusini tələb edirdi. Hülaki xan ən ciddi işlərdə Nəsrəddinlə məsləhətləşir. O, İstanbulun üzərinə yürüş etmək istəyir. Ancaq Nəsirəddinin məsləhəti ilə Bağdada ərəb xilafətini devirmək üçün yürüşə başlayır. Hülaki xanı müşayət edən münəccimlərdən Hüsaməddin , Hülaki Bağdada gedərsə yer üzərində Allahın kölgəsi olan xəlifəyə əl qaldırarsa rəmlin göstərdiyinə görə fəlakətlər baş verəcəyini söyləyir. O, bu fikirləri söyləyərkən Menqu xaqana arxalanır, xilafətə qarşı çıxmaq yaxşı nəticə verməyəcəkdir. O, bildirir ki, padşah məsləhətə qulaq samayıb abbasilərə əl qaldırarsa altı fəlakət baş verəcəkdir.
Birinci- bütün atlar ölüb, əsgərlər xəstələnəcəkdir; ikincisi-günəş tutulacaqdır; üçüncüsü-yağış bir daha yağmayacaq; dördüncüsü-səmum yeli əsəcək, dünya zəlzələdən dağılıb viran olacaqdır; beçincisi-yerdən ot bitməyəcəkdir; altıncısı-böyük padşah öləcəkdir(yəni Hülakixan).
Hülaki Nəsrəddini çağırıb ondan məsləhət alır. Nəsrəddin dərhal məsələni başa düşür.Hülakini başa salır ki, indiyə qədər nə qədər xəlifə ölüb və öldürülüb heç birində də fəlakət baş verməyib. Onu sübutlarla əsaslandırır. Tahir Məmnunun əmri ilə Xorasandan gəlib onun qadaşını , Məhəmmədəlini öldürür, Mütəvəkkili oğlu əmirlərlə birlikdə öldürür, Müntəsir və Mötəciri də əsirlər və qulamlar öldürürlər lakin dünyada heç bir şey baş vermir.
Hüsaməddin Nəsirəddinin cavablar qarşısında aciz qalaraq bir şey söyləyə bilmir. Hülaki xan 1258-ci ildə Bağdada hücüm edib oranı tutur. Ancaq xəlifəni öldürməkdən çəkinir. Nəsirəddini çağırıb məsləhət alır. Hülaki günəş tutulmasından çox bərk qorxurdu. Nəsirəddin deyir ki, xəlifəni bir keçəyə büküb yavaş-yavaş əzişdirin əgər günəş tutulsa buraxın. Hülaki məsləhətə qulaq asır . xəlifəni yavaş-yavaş əzişdirib öldürürlər. Heç bir şey baş vermir.
1259-cu ildə hülaki xan Nəsirəddin Tusiyə Marağa rəsədxanasının tikilməsi üçün razılıq verir və lazımı avadanlıqlarla təmin olunmasına köməklik edir. Nəsirəddin Tusi astrologiya elmi ilə yox sırf astronomiya elmi ilə məşğul olur və dünya şöhrətli alim olur.

Dünyanı nə beş gün, nə fani sayma,
Bu düya özündən bir yaranışdır.
Heç zaman dünyanın nazına uyma,
Bir yanı bahardır, bir yanı qışdır.

Dünyanı oyuncaq bilmə, yalandır,
Dünyanın sirləri, sorağı çoxdur.
Bu dünya əbədi, daim qalandır,
Mücərrəd deyilən heç bir şey yoxdur.

Mücərrəd sayılan xəyal, ehkamdır,
Zorla yeridilib düşünən başa.
Dünyanın olçüsü zaman, məkandır,
İnsan seyricidir, dünya tamaşa.

Tamaşa idrakda inikas edir,
Dünyanı insanlar qavrasa əgər.
Kainat fırlanır, yoluyla gedir,
Dünyanı qavramaq hər şeyə dəyər.

Hələ eramızdan əvvəl Astronomiya elmi öz ilkin inkişafına qədəm qoydu. Pifaqor və onun məktəbinin alimləri yerin kürə şəklində olması fikrini söylədi. (m.ö. vı əsr). Aristotel dünya quruluşunun mühüm sistemi olan denyanın geosentirik sistemini yaratdı. Eretosfen yerin ölçülərini hesabladı. (m. ö. III əsr). Hipparx özünün dəqiq bucaq ölçəni ilə 1022 ulduzun kataloqunu tərtib etdi və ayın yerdən məsafəsini təyin etdi(m.ö. II əsr). Putolemey II əsrdə “Almogest” əsərini yazaraq mərkəzi yer olmaqla planetlərin bərabərsürətli hərəkəti sistemini yaratdı. Geosetirik sistem tam təsdiq edildi. 828-ci ildə ərəb astronomları tərəfindən yer meredianının bir dərəcəlik qövsünün uzunluğu və Yer meredianının uzunluğu hesablandı. Əbu Reyhan Biruni yerin öz oxu və günəş ətrafında fırlanması fikrini söylədi.
16-cı əsrdən başlayaraq Astronomiya Avropada sürətlə inkişaf etməyə başladı. N.Kopernik planetlərin günəş ətrafında dolanması nəzəriyyəsini yaratdı. Bununla yerin kainatın mərkəzi fikrinə zərbə vuruldu. C.Buruno və Q. Qaliley və başqaları Kopernik nəzəriyyəsini yaydılar. Astronomya elmi o dərəcədə inkişaf etdi ki, insan kosmosa uça bildi.
Bütün dövrlər ərzində yalançı astrologiya isə düzəltdiyi ulduz falı üçün cədvəllər və horoskop oldu. Sovet dövləti bu elmi haqlı olaraq ümumiyyətlə qadağan etdi.
Hal-hazırda bu elm bizim dövlətdə sürətlə ayaq açıb yeriməkdədir. Televiziya kanalları astroloqları təbliğ etməkdə davam edirlər. Astrologiya biznes mənbəyinə çevrilib. Bir çox dövlət adamları iş adamları astroloqlara müraciət edirlər. Hansı gündə rüşvət götürmək, gəlir əldə etmək daha məqsədə uyğun olmasını öyrənirlər. Astroloqlar bu qədər qiymətli, elmli olublarsa elə rəsədxanalar bağlanılsın bütün məlumatlar onlardan alınsın.
Sonda xalqıma bir müraciətim var:- Biz bu qədər ağır durumda olduğumuz halda , bu bəladan nə vaxt qurtarıb Qarabağın azad olduğunu bu ağıllı astroloqlar bizə söyləyəcəklər? Bəlkə ulduzların, planetlərin göstərişi ilə bir zaman təyin edələr və biz də o, münasib gündə hücum edib torpaqlarımızı qaytara bilək. AXI MÜNƏCCİMLİK BİZİM KÖHNƏ PEŞƏMİZDİR...
ƏGƏR ONLAR O, GÜNÜ BİLİB BİZƏ DEMİRLƏRSƏ xalq onları cəzalandırmalıdır. Yox əgər o, günü təyin edə bilirlərsə xalq səs vermə yolu ilə “MÜNƏCCİMBAŞI” seçə bilər.
Taleyimiz uğurlu yolumuz açıq olsun!!!









Paylaş
(c) Bu yazının her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Yazının izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Yazıyı Değerlendirin
 
Müneccimlik eski peşemizdir Yazısına Yorum Yap
Okuduğunuz Müneccimlik eski peşemizdir yazı ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
MÜNECCİMLİK ESKİ PEŞEMİZDİR yazısına yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
kadiryeter
kadiryeter, @kadiryeter
14.7.2011 10:51:21

Son sözünüze: Âmînnnn....

Selâm ederim.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.