2
Yorum
0
Beğeni
0,0
Puan
1427
Okunma
Böyük ədib, Azərbaycan dramaturgiyasının banisi, Şərq fəlsəfəsinin görkəmli nümayən-dəsi Mirzə Fətəli Axundov sənətdə naturalizmə və formalizmə qarşı çıxaraq deyirdi:-Sənət əsərləri həyatın foto-sürətini vermədiyi kimi, həm də uydurmalardan , mübaliğələrdən ibarət olmamalıdır. O, sənət əsərlərinin “məzmun gözəlliyi” və “ifadə gözəlliyindən” ibarət olmasını əsas şərt kimi əsaslandırırdı. Əsərin məzmununu o vaxt gözəl adlandırmaq olar ki, o, həyatın təsadüfü hadisələrinin mücərrəd şə-kildə verilməsini deyil, həyatın əsas və xarakterik cəhətlərini, insanlar arasında ümumi olan hadisə və hərəkətləri əslində olduğu kimi əks etdirməlidir.
Forma gözəlliyi dedikdə, hər şeydən əvvəl, əsərin ideya məznununun yüksək bədiiliklə, il-hamla ifadə edilməsi nəzərdə tutulur.
M.F. Axundova görə şair həyatın reallığını öz şeirində olduğu kimi əks etdirməlidir. Yəni realist olmalıdır.
M. F. Axundov deyirdi:- Böyük söz ustadı, Füzulinin “xəyalatında” təsir yoxdur. Ancaq “nazimi-ustaddır”.
Axundovun bu fikrini Füzulini düzgün qiy-mətləndidməməsi kimi izah edirlər.
M. F. Axundov xəyalatında təsir olmayan şairləri şair hesab etmirdi.
Füzuli söz ustadı, məhəbbət şairi və eyni zamanda panteist fikirli öz daxili aləmi ilə gö-zəlləşib Allaha yaxınlaşan bir şair idi. O, fikir-lərini açıq söyləmir, ruhunda mübarizlik yox-dur. Cəmiyyəti mübarizəyə haraylamır.
Nəsimi də panteist ruhlu şair olmasına bax-mayaraq mübarizəsi reallığa əsaslanırdı.
O, deyirdi:-
“Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə. “
Şeir də başqa sənət əsərləri kimi məzmun və forma gözəlliyindən ibarət olmalıdır.
Şeir zamanın nəbzini tutaraq cəmiyyətdə baş verən hadisələrin doğru və düzgünlüyünü əks etdirməlidir.
Bəzən şairlər mücərrəd şeirlər yazaraq cə-miyyətdə baş verən hadisələrin doğru izahını verməkdən çəkinir və kənarda dururlar. Təbi-ətə vurğunluqdan, gülə-çiçəyə, dağa-dərəyə mücərrəd şeirlər yazaraq lirikaya üstünlük ve-rirlər. Cəmiyyətdə baş verən hadisələrə zama-nında deyil, zaman keçdikdən sonra bir az uz-aqdan baxmaq istəyirlər. Arxada qalmış zaman hadisələrinə isə qara yaxmaqla məşğul olurlar.
Tarixlərə, bu tarixdən baxmayın,
Dürüst olun, əndazədən çıxmayın,
Keçmiş günə qara ləkə yaxmayın,
Əyri-düzü Coculudan soruşun.
İndi dövran sizinkidir, danışın!
Şair öz dövründə baş vermiş hadisələrin düzgün izahını verə bilər.
Şairəm deyənlər şeir yazanda,
Mücərrəd mövzular yazmasın gərək.
Düzü düz söyləsin, əyrini əyri,
Iqtidar tərəfə yozmasın gərək.
Şairin cəmiyyətdə baş verən hadisələri düzgün işıqlandırması, cəmiyyətdə ictimai şüurun formalaşmasında müstəsna rolu olur.
İCTİMAİ ŞÜUR VƏ ONUN CƏMİY YƏTİN İNKİŞAFINDA ROLU.
İctimai şüurun cəmiyyətdə rolu çox böyük-dür. Inkişaf etmiş dövlətlərdə ictimai şüurun da səviyyəsi daha yüksək olur. Dövlətin konsti-tutsiyasına və qanunlara nəzarət və eyni zamanda riayət lazımı səviyyədə olur. Qanun-larda boşluq deyilən anlayış olmur. Ictimai şüur isə cəmiyyətin özünün forma və məzmunundan asılı olaraq formalaşır.
Cəmiyyətin xarakterinə uyğun olaraq ictimai şüur bir neçə spesfik xüsusiyyətlərə, nəzəriyyələrə və baxışlara bölünür. Ictimai şürun əsas formaları aşağıdakılardır.
-Din:- Özlüyündə müxtəlif dinlərə, cərə-yanlara və sektalara bölünür.
-Fəlsəfə: - İki əsas Materialist və İdealist (obyektiv və subyektiv ) baxışlara bölünür.
-Elm:- Bütün dünyada bir mənalı qarşılanır.
-İncəsənət:
-Əxlaq (mənəviyyat):
Ictimai şüurun incəsənət və əxlaq formaları hər bir millətin fərdi xüsusiyyətlərindən asılı olaraq bir-birindən müəyyən dərəcədə fərqlənirlər. Bəzən oxşar cəhətləri də olur.
Hər bir ictimai şüur forması öz ictimai vəzi-fələrini yerinə yetirir.Ictimai şüurun tərkib hissəsi olan insanların ictimai hissləri, əhval-ruhiyələri, ehtirasları, vərdişləri, adətləri və ənənə-ləri ilə də bir-birindən fərqli olaraq ictimai pisxologiyaya təsir edirlər.
Bir formasiyadan digər formasiyaya keçdikdə insanların şüurunda ciddi dəyişiklər əmələ gəlir. Eyni zamanda cəmiyyətdəki dəyi-şikliklərə uyğun olaraq ictimai şüur formalaşır. Yəni iqtisadi münasibətlər dəyişdikcə ona uyğun siyasi, hüquqi, fəlsəfi, əxlaqi və başqa ictimai ideyalar da az və ya çox sürətlə dəyişir.
Ibtidai cəmiyyətdə insanlar arasında “mə-nim” , “sənin”anlayışları yox idi, lakin onlarda kollektivçilik, fərdin öz icması ilə birliyi şüuru inkişaf etmişdir. Çünki o zamanın insanları həyat təminatlarını birgə əldə edir və birgədə öz aralarında bölüşdürürdü. Hər şey hamıya məxsus idi. Başqalarının hesabına yaşamaq şüuru-na malik deyildilər. Deməli insanların həyat tərzi, şəraiti , ictimai varlıqları necə idisə, onların şüuru da eləcə idi.
Xüsusi mülkiyyətin olmadığı bir cəmiyyətdə varlanma hərisliyi bəzi həris insanlarda ya-rana bilər. Ağıllı insanların yaşamağına normal şərait yaradılarsa, onlarda hərislik yaranmır.
Insanların sayı artdıqca iqtisadi münasibətlər getdikcə dəyişir və insanların şüurunda bir-birini istismar etmək və onların hesabına varlanma hərisliyi yaranır. Beləliklə xüsusi mülkiyyət formalaşır.
Tarix göstərir ki, başqalarının hesabına varlanma psixologiyası, varlanma istəmə şüuru-nun inkişaf etməsi ancaq xüsusi mülkiyyətdə və insanın insan tərəfindən istismarına əsaslanan cəmiyyətdə mövcuddur.
Quldarlıq dövründə cəmiyyətin vəziyyəti kəskin surətdə dəyişdiyi kimi, onların şüurları da dövrün xarakterinə uyğun olaraq əsaslı surətdə dəyişmişdir. Bu dövrdə insanların istis-mar dərəcəsindən asılı olaraq qulların şüurunda üsyan etmək meylləri artmışdır. Iqtisadi mü nasibətlər kəskin dəyişdiyi dövrlərdə bütün silahlı üsyanlar, inqilablar aşağıdan yuxarıya doğru getmişdir. Feodalizm, kapitalizm hər formasiya bir- birini əvəz etdikcə insanların şüurunda kəskin surətdə dəyişikliklər baş vermişdir.
Istismar olunanların şüurunda insan azadlığı ideyası get-gedə güclənmişdir və ardıcıl surətdə inqilablar etmişlər. Formasiyalar bir-birini əvəz edərkən cəmiyyətin inkişaf dərəcəsinə uyğun olaraq insanın insan tərəfindən istismarı yumşaldılmışdır. Insan bu bəladan tam qurtara bilməmişdir.
Ictimai formasiyalar bir-birini əvəz etdikcə, ictimai şüur da formalaşır və inkişaf edir. Bu zaman alternativ olaraq ictimai şüurun özü də ictimai cəmiyyətin inkişafına böyük stimul verir. Deməli şüur formalaşdıqca təbiətin və cəmiyyətin əsaslı qanunlarını dərk etməyə nail olur. Yəni, ictimai varlıq şüurda inikas edir. Onda materialist fəlsəfəsi haqlı olaraq ictimai şüuru ictimai varlığın inikası hesab edir.
Indiyədək mövcud olan bütün yaradılmış quruluşlar siniflərin mənafeyi naminə yaradıl-mışdır. Onları yaradan siniflər öz ideologiyasını bütün cəmiyyətin ümumi mənafeyinin ifa-dəsi hesab etmişlər. Buna görə də siniflər yaranmış və siniflər arasında kəskin mübarizələr olmuşdur. Bu mübarizələrin nəticəsində bəzi dövlətlərdə demokratik ictimai şüur formalaşmış və dövlətin inkişafına səbəb olmuşdur.
Istismar olunanlar öz haqlarını dərk edərək bütün tarix boyu haqqları uğrunda mübarizələr aparmışlar.
Məzlumlarla zalımlar arasında gedən mübarizələr fəhlə və kəndlilərin şüurunda dəyişi-riklər yaradaraq proletar sinfini yaratmışdır. Proletar sinfinin yarandığı vaxtdan sonra dün-yada qaçılması mümkün olmayan inqilablar baş vermişdir. Hələ 1783-cü ilə qədər ABŞ-da davam edən quldarlıq tamamilə ləğv edilmiş-dir. Burada inqilab aşağı kütlələr tərəfindən edilmiş, istehsal vasitəsinə münasibət dəyişil-miş, qullar azad edilmişdir.
Içtimai şüurun inkişafı nəticəsində 1871-ci il mart ayının 14-də Fransada dünyada ilk dəfə proletar diktaturası dövləti qurulmuş və 1872- ildə devrilmişdir. Bu inqilab başqa dövlətlərdə də inqilabların yaranması üçün zəmin yaratmışdır.
Bu səbəbdən Böyük Oktyabr Sosialist İnqilabı da qaçılmaz və eyni zamanda olduqca zəruri və vaxtında baş vermişdir. Çün ki, şüurlarda azadlıq meyilləri olduqca güclənmişdir. Çar mütləqiyyətindən cana doymuş insanlar çıxış yolunu ancaq silahlı üsyanda görürdülər.
Azərbaycan Rus imperiyasının tərkib hissəsi olduğuna baxmayaraq burada insanların istismarı daha da dözülməz idi. Azərbaycanda kütləvi yu-xulama var idi. Məktəblərin açılması, mədəniyyətin inkişafı ictimai şüurda inqilab etdi. Azərbaycanda da prolerariat sinfi yarandı, onlar da istismardan azad olmaq üçün öz azadlıqları uğrunda mübarizəyə qoşuldular. Onlar da azad olmağın yolunu sosialist inqilabında gördülər. Hər bir sinif öz ideologiyasını xalqın mənafeyi kimi başa düşdüyü üçün proletar sinifi də öz ideolo-giyasını xalqın mənafeyi kimi başa düşürdü. O inqilab edənlərin dərdiazarı yox idi, ailəsi yox idi ki, inqilab edirdilər. Deməli insanlar cana doymuşdular, dünyanın yönünü dəyişmək lazım idi. Böyük Sosialist İnqilabı doğrudan da dünya-nın yönünü dəyişdi. Azərbaycanda Sosialist inqilabına qoşulmaqla xalqın azadlığını düşünən, buyolda canlarından keçən hər bir vətəndaş həqiqi mənada qəhrəman idilər. Çün ki, o dövrün diqtəsi və tələbi məhz elə idi.
Indi o, tarixə böhtan atmaq, xalq üçün canından keçən vətəndaşlarımıza qara yaxmaq heç bir mənəviyyata sığışmaz. Keçmişə qara yaxmaqla, bəzi şəxsiyyətlərin fəaliyyətini araşdırmadan on-lara böhtan atmaqla gündəmə gələn tarixçiləri gələcək topa tutacaq. Bəli, inkişaf etmiş böyük kapitalist dövlətləri Böyük Sosialist İnqilabından nəticə çıxardaraq böyük islahatlar apardılar. Avro-pada sürətlə inkişaf edən sosialist yönlü dövlətlər yarandı.
Mədəniyyət, incəsənət ictimai şüurun formala-rından biri olduğu üçün sovet dövrünün yazıçı və şairlərini qınamaq olduqca tezdir. Bəzilərinə mə-lum deyil onlar düz yazırdılar, yoxsa yalan. Onla-ra, onların fəlsəfəsindən baxmaq lazımdır.
Inkişaf etmiş kapitalist dövlətləri gördülər ki, aşağıdan yuxarıya doğru ancaq inqilab, yəni silahlı üsyan etmək olar. Mədəni inqilab isə ancaq yuxarıdan aşağıya doğru aparıldıqda nəticəsini verir. Ona görə də başladılar bütün islahatları yuxarıdan aşağıya aparmağa. Rüşvəti yığışdırdılar, işçinin iş vaxtını azaldıb 8saat etdilər, əmək haqlarını artırdılar, əmək müqaviləsi bağlayaraq təhlükəsizliyini təmin etdilər.
Belə olan halda ictimai şüur formalaşır və heç bir inqilaba ehtiyac qalmır.