- 1429 Okunma
- 6 Yorum
- 0 Beğeni
ƏN YAXŞI DOST
Kitabsız yaşamaq-kor, lal, dilsiz yaşamaq deməkdir.
Seneca
Özünü tanımaq, bacarıqlarını inkişaf etdirmək, seçdiyin sahədə uğur qazanmaq üçün ilk növbədə təhsil almaq vacibdir. Sürətlə inkişaf etməkdə olan cəmiyyətlə ayaqlaşmaq üçün isə təhsillə kifayətlənmək olmaz.
Sovet dövründən fərqli olaraq kitaba olan marağın azlığından xüsusən də gənclərin az mütaliə etməsindən çox danışılır. Səbəbləri isə müxtəlifdir.
Ümumiyyətlə “Sonuncu dəfə hansı kitabı oxumusunuz?” sualına əksərən eşidəcəyiniz cavab belə olacaq: “Məktəb vaxtı ....”. Yəni ədəbiyyat fənnindən ev tapşırığı olaraq verilən hansısa əsər.
Çox vaxt “Nəyimə lazımdır e nağıl oxumaq, nə oxumuşam bəsdi, gedim iş-güclə məşğul olum, beş manat pul qazanım” deyənlərə də rast gəlirik. İqtisadi böhranın hökm sürdüyü bir zamanda ilk baxışdan məntiqli cavabdı. Amma unutmaq olmaz ki, seçdiyi peşəsindən, yaşından, maddi durumundan asılı olmayaraq mütaliə etmək həmişə vacibdir. Əks halda sürətlə keçən zaman səni arxada qoyacaq və sən də keçmişdən gələn canlı ekspanat rolunu oynayacaq və beləliklə də məğlub olmuş olacaqsan.
Əhalinin yaşayış səviyyəsini nəzərə alsaq xüsusən gənclər daha çox kitab mağazalarına deyil kitabxanalara üz tuturlar. Yeri gəlmişkən onu da qeyd edək ki, müassir dövrdə elektron kitabxanalarından istifadə edənlər də var. Ancaq etiraf etmək lazımdır ki, ümumiyyətlə hər hansı bir kitabı oxuyarkən yaranan təəsuratı heç vaxt kamputerdən oxuyarkən yaranan təsurat əvəz edə bilməz.
Elə isə gələcəyimizi idarə edəcək tələbələrin tez-tez üz tutduqları kitabxanalarda vəziyyət necədir?
1922-ci ildə yaradılmış, 1939-cu ildə isə dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmiş, Azərbaycanda ən zəngin kitabxana sayılan milli kitabxanada nadir hallarda axtarılan kitabı tapmamaq olar. İlk yaranan zamanlarda 5000 min nüsxə kitab olsa da hazırda kitabxananın fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Onu da deyək ki, hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir.
Hər bir sahədə texnalogiyanın inkişaf etdirilməsi əsas məqsəd olduğu bir dövrdə Milli kitabxanada da 2003-cü ildən avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Bununla yanaşı elektron kataloqu tərtib edilməsi, həmçinin kitabların elekton versiyalarının yaradılması işinə də başlanılmışdır. Ancaq hələ ki, oxucuların demək olar ki, 80% -i bundan istifadə etmir. Səbəb virual kitabxananın çox kasıb olmasıdır. Nəzərə alsaq ki, kamputerlərin sayı məhduddur oxucuları qınamaq da olmaz. Nəticədə oxucular yenə də xeyli vaxt itirərək axtardıqları müəllifi kataloqdan tapmalı və sifariş verdikdən sonra bir kitab üçün ən azı iyirmi-iyirmi beş dəqiqə gözləməlidirlər.
Sürət əsrində bunun nə demək olduğu bizə adi görünsə də xarici ölkələr bu vəziyyət çox gülünc və geridə qalmış kimi görünər. Ona görə də demək olar ki, xarici tələbələr nəyinki Milli kitabxanamızın vəsaitlərindən istifadə edirlər, həttda çoxları onun harada yerləşdiyindən xəbərləri belə yoxdur.
Bakı şəhərində yerləşən, daha çox oxucuların müraciət etdikləri kitabxanalardan biri də Səməd Vurğun adına kitabxanadır. Rus və Azərbaycan şöbələrindən ibarət olan kitabxananın oxucularının çoxu azərbaycanlılardır. Fondda kifayət qədər kitab olduğunu deyən uşaq ədəbiyyatı bölməsində çalışan kiabxanaçı oxucu azlığından şikayətləndi. Oxucuların əsasən dünya ədəbiyyatına maraq göstərdiklərini deyən nəzarətçi onları çox vaxt razı sala bilmədiyini dedi. Çünki təzə nəşr olunana dünya ədəbiyyatı nümunələri antalogiyalarda ixtisarla çap olunduğundan oxucuların narazılığına səbəb olur.
Digər qədim kitabxanalardan biri isə Nizami rayonu mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filyalıdır. 1958-ci ildən fəaliyyət göstərən kitabxanada daha çox rus dilində nəşrlər yer alıb. Ümumilikdə isə kitabxanada 70 mindən çox kitab var. Prizdentin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunana latın qrafikalı kitabların kitabxanada kifayət qədər olduğunu deyən Sevil xanımın şikayəti müassir yazarlardan idi. Sevil xanım ən yeni ədəbiyyat seriyasından demək olar ki, heç bir nəşrin gətirilmədiyini dedi.
“Yazarlar kitablarını verirlər kitab mağazalarına, heç olmasa bir nüsxə də olsun bizə hədiyyə vermirlər ki, qoyaq oxu zalına, gələn oxucuları da əliboş qaytarmayaq”.
Bəzən lazımsız əşya bilib kənara qoyduğumuz balaca bir kitabın həyatımızı dəyişməyə qadir olduğunu unuduruq. Doğurdan da insanın həyatında, onun bir şəxsiyyət kimi formalaşmasında kitablar qədər rol oynaya biləcək nə ola bilər?
Məhşurlardan biri belə deyib: “Kitablar heç vaxt səni aldatmayacaq yoldaşdır”. Onlarla dost olmağa dəyər.
YORUMLAR
Yüce Yaratıcı İnsanlığa bahş ettiği Kuranı Keriminde ilk ayet,ilk emir "OKU"" Allahın adıyla oku.Çünkü tüm kötülüklerin anası da,babası da "CEHALET"tir.Okumak ve okuduğunu anlamak,anladıklarını hayatında,"yaşamında"TATBİK ETMEK bilgili bir toplum bilincinin oluşmasını sağlar
Ne yazık ki Bizler okumuyoruz.Avrupa Ülkelerinde yılda ortalama BİR KİŞİ (üç) kitap okurken Türkiye'de (18 kişi) yılda bir kitap okuyor.Buda gösretiyor ki "OKUMA ÖZÜRLÜ"b,ir toplumuz.
Kitap üzerine yazmış olduğunuz bu güzel makaleden dolayı sizi kutluyorum.Azerbaycan'da kültüre verilen önem ve değeri yakından biliyorum.Rahmetli Ali Sametli,Profesör Fuzili Bayat gibi değerli dostlarla çok muhabbetlerimiz oldu.
Dudağınızdan tebessüm,yüzünüzden gülücük eksik olmasın efendim.
Türkan Zamanova
SAğ olun Erolabi bəy, vaxtınızı sərf edib fikirinizi bildirdiniz. Ama bəzən müəllimlər də o qədər də vacib olmayan, kitbalart, müəlliflər məsləhət görürlər. məncə insan öz zövqünə, ona lazım olan kitabları secsə yaxşıdır. Bizin dahi şairimiz Şəhriyarı oxumanıza sevindim. KÖNLÜM QUŞU QANAD ÇALMAZ SEƏNSİN BİR AN AZƏRBAYCAN.......deyib Şəhriyar. Ruhu şad olsun.
Kitap bazen çok tehlikeli silah,bazen çok merhametli bir öğretmen.bazen kaybedilenleri bulmaya yarayan bir ışık ...
Değişiyor vesselam.
İçeriğine göre değerlendirmek daha akıllıca olur derim.
Bazen bir kitap okuyup dünyanın en zalimi de olabiliyor insan.
Bazen bir kitap okuyup dünyanın en iyi insanı olabiliyor büyük bir zalim.
Ve herkitap doğru olanı yazmaz.
Onun için aklına güvendiğim değerli yazar ve hocalardan nasihat alarak kitap okurum.
Moda kitapları da hiç sevmem.
Şehriyar'ın Şiirler adlı kitabı (Ötüken Yayınları) el kitabım oldu yıllardır.
Bir kaç kitap başucumdadır devamlı.
Selam ve dua ile.
Kitaplar hiç bir zaman seni aldatmayacak yoldaştır. Çok güzel bir final.
Yazınızın bir bölümünde -yanlış anlamadıysam- diyorsunuz ki;
"Əhalinin yaşayış səviyyəsini nəzərə alsaq xüsusən gənclər daha çox kitab mağazalarına deyil kitabxanalara üz tuturlar. Yeri gəlmişkən onu da qeyd edək ki, müassir dövrdə elektron kitabxanalarından istifadə edənlər də var. Ancaq etiraf etmək lazımdır ki, ümumiyyətlə hər hansı bir kitabı oxuyarkən yaranan təəsuratı heç vaxt kamputerdən oxuyarkən yaranan təsurat əvəz edə bilməz." kısmında,
Azerbeycanlı gençlerin kitap almak yerine kütüphanelere gitmeyi tercih ettiklerinden bahsediyorsunuz. Çok takdir ettim elbette sevdiğim bir yazarın kitabını edinmek isterim ama bu kadar çok basılı eser varken en doğru olanı yapıyor gençleriniz. Yazık ki bizler bu alışkanlığımızı kaybettik. Bir araştırmacı ya da öğrenci değilse kimse kütüphanelere gidip o büyülü dünyanın içerisinde var olmak telaşında değil artık.
Düşünen ve düşünceye itibar gösteren toplumlar olmak dileğimle. Sevgi ve selamlar...