- 974 Okunma
- 0 Yorum
- 0 Beğeni
BALTA
Xəyalım qanadlanıbda yalnıqa sokaklar aşır. Hər bir sokak tini, yolçuların indiliyini göz dili ilə yazılacaq görüş kimi paylaşır. Yolçular bilsədə və bilməsədə öd uçuşur və ardınca hörür yalınquq düşünü. İllər aşdıqca
əsgi düşlər, əsgi baxışlər ilə əsgi dizilər yeni düşüncə doğur və doğurur bir qadın kimi. Hə, zaman bir qadın kimidir. Hər doğuş bir ərəkdir deyə mənidə ərək doğub. İndisə xəyalımda ərək yollar aşıram. Hər yer ağ
və küçələr üşümə yağırır. Yapa yalnız düşüncələrim ilə arxadaşlaşıram. Çünki bura ucsuz-bucaqsız bir şəhərdir və hər bir köçmən urəyi yarlı qurbət quşudur. Ancaq ərəksiz quşlar yaşam boyu nəyi itirib və
nəyi arayır onu düşünür mən...?
Çiynimdə çanta Selablı günlərimi gələcək zamanlara götürmüşəm. Bu çanta Bit bazrarıdır. İçində Koka-kola var. Pendir, su, çərək var. Meyvə və alkolu içgi ilə siqaret var. Kağız, qarandaş, düşüncə, imgə
və bir çox yanıtsız sorğularda var. Demək var sözcüyü varsa, mən ölməzəm və öd doğur bir qadın kimi. Ancaq türkəmən baxışlarımda yavrusunu itirmiş bir quş izi əsinir bu axşam. Gəzəyən ayağa daş dəyir
deyə bir çılğın Balta mənimləşir. Ayağıma dəymiş daş görüşlərində bir ərək gerçəkləşir və bir yücə qadın kimi öz doğduğunu sərgiləyir. Hər bir doğuş yeni bir görüşün bəlgəsidir qurbət küçələrində. Hər kim dişi
qədər sevəməz doğduğunu. Çünki burda bu yerdə bir çox nəsnələr ögeyçilik havası çalır. Ama zaman necə çalır çalığısınıçalsın. Tansı isə mən ərəkinə qarşı deildir. Qolayca oyun havalarını sezirəm və çalğını dinləyirəm. Təbriz ilə İstanbul gecələrində...
Burda bura Berlindir və öd kiçik İstanbul domuş bir qadın kimi. Minlərcə türkün acısu və şirinsu anılarına heybədir sankısız. Burda metropol dəyirmandır bura və kimin kim olduğunu dartir deyə istədiyi zaman xəlbirləyir amansızca. Burda bura boyu, kimə gün və kiməsə gecədir. Qurbət quşlarıda həyəcanlar içində doğur və doğurur. Hər bir doğuş bir soluqdur. Hər bir doğuş bir səsdir. Hər doğuş bir ərəkdir.
Ancaq soluq ilə səs kimin çağına önəmçı, kimin yazğısına önəmsızdir. Bir toplum işçi atom boylu şəhərdə yaşam savaşını aparır. Çünki ölməzlik içində arzılar qadınlaşır və yox yerdən var doğur. Vurğunu
düşdüyüm balta dəlisidir öd və bir qadın kimi doğur. Bu sevgi milyonların seviş oylağına bənzəmir üçün tanış olalım:--
--Hey, dəli balta dəlisi!?
--Efendim!
--Burda-buralarda nə arayır sən?
--İşçi olaraq geldim!
--Nə zaman?
--Çox-çox öncə!
--Burda-buralarda ağır dabanlı dəmir qutular köçmən içir deyil mi?
--Belke!
--İpəksu görüşlərə öd dusdaq dadı dərir mi?
--Ara, ara!
--Hey, dəli balta dəlisi!?
--Efendim!
--Burda buralarda nələr doğdun?
--Az biraz doğdum ve az biraz boğdum!
--Açıqlarmısın?
--Şu sorğu yanıtını doğduqlarımdan sorarsın be!
Biz şölən yığvasındayıq və zaman qış sazını dış-dış çalır. Ovuclarımda quş kimidir Minik quş əlləri. Ağır baxışları utancaq və köşə yolçusu bənzər yalınqa düş ara. Hə, düş ara balta dəliləşir və dəli baltalaşır. Hə, ara düş boyu qurbət quşunu oxşamaq nə qədər sevinc və nə qədər mutluluqdur doğurur, onu mən bilir, O, ciqara qutusunu açıbda:--
--İçermisin?
Ciqara alışqnlığım olmasada birisini içirəm. Sağ yana mən, sola yana püsgürdü tüstünü o. Tüstü boşluq boyu buruqlaşır və bir durada yoxa çıxır. Baxışlarımız tüstü uçuşunu postalayır, post modern anlara:--
--Hey, dəli balta dəlisi?
--Efendim!
--Konuşsana?
--Neden efendim?
--İtirdiklərindən, bulduklarından!
--Çekiniryorum!
--Nədən?
--Burası Berlindir, Bir sözü Nergiz bildi, Tebriz bildi efendim!
--Öyle mi?
--Evet, şu hafte sonu, şu adrese geliyorsun ve sorularına yanıt bulusun. Hey , bey efendim!?
--Eşidirəm xanim əfəndim!
--Memlek nere?
--Təbrız!
--Kaç senededir ordan oralardan uzaksin?
--Yrmi ili aşmışdir!
--Ooovvvvuuu gedelim mi?
--Nereye?
--Şu yakinda bara gidib bir türk kahvesi içelim!
Gecə saat 00dır. İllərin tanışı kimiyik və ana cadəyə doğru. Dəli balta dəlisi susqun və dərin düşüncə boyu yürüyürük. Bu gedişat doğmalıq doğur-doğurur və öd bir qadın kimi. Barda min bir boyalı lamapalar. Min bir gecənin çıplaq anları gəl-gəl deyir. Masamıza yaxınlaşıbda bir gənc qadın:--
--Xoş gəldiz, istəyiz?
Bir ağızla ikimiz:--
--İki ayaq qırmızı çaxır!
Qarson gedir. Biz susqun və çevrəyə baxırıq. Hər kim öz dünyasındadır. Kimi ayıq. Kimi əsruk. Kimi mürgülü və başqalarıda bizim kimi deyə:--
--Bey efendim?
--Hee!
--Kurbete neden çıxdın?
--Kafamı koltuğuma alıb kaçdım!
--Bu kaç senede, bi şeyelr yapdı mı kafan?
--Heç zad, bir kaç kitabca və bir ton qoşuq!
--Ah, efendim. Yazarmisiz?
--Evet, siz nerdede çalışıyosuz?
--Senelerce mamur olarak çalışdım, Şımdıde heykel yonuyorum. Ara-sirada yağlı boya ile cizgiler çızıyorum!
Bu kən qarson masamız üstünə iki bardaq çaxır qoyubda:--
--Başqa bir arzunuz?
Yanıt almadan uzaqlaşıbda:--
--Bey efendim şerefe!
Biz içirik və doğrudan yaşamın dadını dadırıq. Demək iki insanın bir araya gəlməsi dünyanın hər yerində sevinc və böyük bir mululq imiş. Bir çoxları mululuq içində özünü mutsuz sanır özünü. Ancaq mutluluğunu itiribdə, keçmiş günlərin özləmin çəkir gecə:--
--Tanış olduğum üçün kendimi mutlu sanıram, hanim efendim!
--Şu tanışlık bir mutluluk doğiyorsa, demək biz ölməzik. Ya beyim, ne konularda yaziyorsun?
--Çeşidli öykülar, qoşuqlar, mekleler və çağdaş toyan gibi bi şeyler yapiyorum!
--Toyan nə oluyor?
--Uçmaqa düşümüş ilk yağmur damlasına toyan deyilir. Bu yağmur altında yenisini doğmuşam. Yenisini doğursan və yenisini doğuruk öd kimi!
--Benim bu yakinlarda sergim olacak. Verdiyim adrese gelirmisın!
--Nə zaman?
--Yarın saat üçde!
Biz bardan çıxırıq və görüşmək üzrə ayrılırık. Hər kəs evinə doğru yalnızca. Ötür gecə və doğur səhər, Anlar saat aşibda öylən üstü sərgiyə gedirəm və adersi tapıram. Masalar üstünə bir çox heykəllər düzülmüş. Seyriçilər
baxır və hər kəs duyduğunu düşünür. Məndə bir masa önündə dayaynıbda:--
Bu heykəl bir kişidir. Kişinin başında bir Tiraktor zəmi şumlayır!
Bu heykəl bir qadındır. Qadın başında bir balalıq, iki cocuq!
Bu hekəl bir qızdır. Qız başında bir qız, başqa qız ilə sevişir!
Bu heykəl bir terrorçudur. Terrorçu başında bir topanca və önündə bir neçə toyuq ölüsü!
Bu heykəl bir göydlən gəmişidir. Gəmi içində aramalar və araşdırmacılar!
Bu heykəl gənc dünyanın qoca ürünüdür. Qoca, gənc doğur və dənc, qoca doğurur!
Bu heykəl bir ağacdır. Uzün budaq ucunda bir quş yuvası var ancaq quşlarsız. Ağac dibində bir yalunquq. Onun qollari yerində qılçalari, birini yerində ağzı, dodaqalrınıda qulaq yerində sezirəm. Ayqları əl və əlləri ayaq olmuş və iki gözü bir güzgü idi!
Mən baxıram kimi sancılanıram və tərsə məzhəb olubda düzünü doğuram.
Burda buralarda öd bir qadın kimi...
M.Ərğəvan
Altun hekayələr evi-37 /balta
YORUMLAR
Henüz yorum yapılmamış.