- 998 Okunma
- 0 Yorum
- 0 Beğeni
QOPUZ
Mən ...
Sizin kimi doğdum və sizlərə bənzər böyüdüm . İlk öncə cocuq yuvasına
göndərdi anam və zaman türküsü ilə yaşım , on yaşımlaşır . Hər gecə bir
roya qonağıyam . Sezdiyim royalar gerçək olduğu üçün , dəftərimə yazıram .
Bir gecə tədirgin uyudum və roya boyu gənc bir qadın kimiydim . Qonşum
xəstədir deyə evimə gətirdim . Onu çimizdirib , yatağımda yatızdırdım .
Bir
neçə gündən sonra sağalır və biz sevişirik . Doqquz ay ötür , bir qız
cocuğu
doğuram və kişi bir şaman kimi quş olub uçur uzaqlara .
İndi otuz yaşlıyam və ipəksu duyğulara mavi könül bir qadın gedirəm .
İşim öyrətmənlik və tanrısov cocuqlara , sevgili sırdaş sevgisiyəm .
Sevirəm və sevilirəm boyu , tanrı sevgisi cizgilərimdə pırıl-pırıl ari
pınar .
İçimdə mavi umid , mavi yaşanacaqlara hızlı bir tren günü , vurğun çalıram
Sevdiyim bir ərkəyin qoynuna sarı verib evlənirəm .
Bir bahar başqa bir şəhərə yola düşürük və araba toquşmasında itirdim
yataqdaşımı . Mən isə bir baçağımı xəstə evinə buraxıb , qoltuq dəynəyi
ilə evə döndüm . Ruhsal yorğunuluğum ilə ara-sıra başım gicəllənir və yerə
yıxılıram . Kimsəsiz yaşamın kimşəsiz yolçusu deyə mavi mutluluğum , küz
döngələrində yazğısız . Evlilik anılarını unudum biraz , yeni ev
ardındayam .
Böylə zorluqlara baxmayaraq , hər gün qoltuq dəynəyinə söykənib , oxula
gedirəm .Yol üstü bir dilənçini görüəm və saymazca önündən ötürəm .
Okxulda işə başladığım gündən , bu adamı tanıyıram .
Bir gün iş dostlarımın birisi , boş ev adresi verdi . Zaman bulubda baş
vırdım və iki otaqlı evi kiraladım . Ev çox əsgi idi və yan qonşu ilə
həyət duvarı uçuqiydi .Dostlar yardımcı oldi və yeni kıraladığım evə
daşındım .
İlk gecə saat on-biriydi . Çıraqları söndürüb , uyumaq istədim .
Səs-sizlik içində anılarıma dalıram . Anidən qopuz səsi , özümə qaytardı
xəyalımi və sevdiyim sarı gəlin türküsüni çalırdı qonşu . Murgülü gözlərim
, ev tavanına tikilir və qopuz laylasi uyudur məni .Telfunun saatını
qurmuşiydim . Bir an oyanma zamnıdı , saat yeddı eşitdim . Yataqdan
daşlanıb , türk qahvəsi dəmlədim və qəhvalti yeyib , oxula gedirəm . Ancaq
özümü yüngül hiss edirəm və ruhsal yorğunluğu unudmuş kimi .
Yolum üstündə ki dilənçi önündən ötərək ,
--Ürəyim , dur dedi !
--Durdum !
--Urəyim , salam ver dedi !
--Salam verdim !
--Ürəyim , yardım et dedi !
--Kasasına pozuq para saldım !
Və ürəyim uzaqlaş dedi !
Bir söz demədən iş yerimə gedirəm .
Bir ayadı yeni evdəyəm və hər gecə saat on-birdə qopuz dinləyirəm . Kim
olduğunu bilməyirəm . Bir həftə sonu səhər saat səggiziydi . Həyətə düşüb
kərdini sulayıram . Gözüm qonşu həyətini izləyərk , həmən dilənçini gördüm
Bütün gövdəmi sıcaq tər basaraq , üsyançı duyğular baş qaldırdi içimdə .
Nədən ?
Nə üçün ?
anlamadim . O gün dərin düşüncələr yoldaşım oldi . Günəş batır və axşam
yeməyinə köftə pışırdim . Birazca radiyo dinlədim , birazca qazet oxudum .
Qaş qaralmışiydi və sifranı masa üstünə açdım . Yemək istərkən ,
--Ürəyim , yemə dedi !
--Yemədim !
--Ürəyim , dilənçinin payını ver dedi !
Bir neçə köftə çörək arasına bükdüm və birazca salat boşqaba doldurdum .
Qoltuq ağacına söykənərək , aparıb qapısı önünə qoydum . Ərçım-ərçım geri
döndüm .
--Ürəyim , yeməyini ye dedi !
--Yedim !
Ama dilənçi ürəyimdə başqalaşır . O , para düşgün deyil düşüərək ,
qözlərimdə
qopuz tanrısı canlanır . Bu adam insan dunyasının xaqanı kimi fikirləşirəm
Ancaq ,
nədən ?
nə üçün ?
duvar dibində oturur . Məncə burda bir gizli var konusu xəyalıma sarmaşca
--Ürəim , o tanınmaz və böyük bir insan dedi !
--İnandım !
--Ürəyim , o bir şaman dedi !
--Düşündüm !
--Ürəyim güvən dedi
--Güvəndim !
Gecə saat on-birdə qopuz səsi mavi yağmur çiləyir pəncərələrə . Gözlərim
önündə bir mavi geyinmiş mələk tans edir . Dam-duvar və evin butün olanağı
mavi boya almış uyudum . Oyanma zamanı saat yedi deyə yataqdan qalxıram .
Gündəlik işlərimi qaydasına salıb , evdən çıxaram və qapı önündə bir kasa
pozux para görürəm . Onu qaldırıb evə dönürəm və paraları masa üstünə
boşaldıb , kasanı yerinə qaytarıram . Bu bir möcüzə deyib oxula gedirəm .
Yol boyunaca quş kimiyəm .
Sanki ruhsal yorğunuluğum yoxiymiş .
Sanki bir qılçamı itirməmişəm .
Sanki sevdiyim ərimi topraqlara göndərməmişəm .
Sanki olanaqsız qadın deyiləm .
Böylə gedər-gedər kasa konusunu düşünrəm . Anidən ,
--Ürəyim , dur dedi !
--Durdum !
--Ürəyim , duvar dibnə bax dedi !
--Baxıram !
--Ürəyim , kimi görürsən dedi !?
--Dilənçini !
--Ürəyim , para ver dedi !
--Verirəm !
--Ürəyim , gözlərini sez dedi !
--Sezirəm !
--Ürəyim , nə gördün dedi !?
--Göz bəbəklərində bir dəniz mavi !
--Onu sevəcəksən dedi !
--Sevirəm !
--Ürəyim , sus dedi !
--Susdum !
--Üryim uzaqlaş dedi
Okula doğru atddımladım . Dərs saatı başlanır , cocuqlar sıra-sıra
oturmuşlar .
Onların gözlərinə baxıram . Duyğularım haray qoparır səs-siz . Çünki
gözlərində
dərvişi görüurəm . İçim titrər-titrər dərs saatı sona varır və
evədələşirəm . Yenədə
evin hansı köşəsinə baxıram , dilənçi gözləri özümləşir . Bir il boyunca
hər axşam
yemək pişirib , yarısını onun qapısı ağzına aparıram və hər səhər bir kasa
para
buluram . Maraqlanıram və kimin işi olduğundan soraqsız qalıram . Bu gizli
iş üçün
çox zaman xərclədim . Sonda sonucsız qalıram . Ancaq mudlu həyat sürürəm və
hər
gün diləncini görməyincə dünyam qaralmış kimidi . Bir gecə cocuqlara sinaq
sorğuları
yazıram . Saat on-birləşir .
Qopuz susumuş ,
tədirgin ,
susqun ,
yorğun ,
çılğın ,
dəliləşirəm və yatağıma uzanıram . Bu an
--Urəyim , uyuma dedi !
--Uymayıram !
--Ürəyim , qalx ayağa dedi !
--Qalxıram !
--Ürəyim , dilənçi xəstədi dedi !
--Nə edim ?
--Ürəyim , evinə götür dedi !
Ərçin-ərçin qapısına gedirəm . Qapı açıq idi və içəri keçirəm . Yerdə
uzanmışiydi .
Ayağa qaldırıb evimə gətiribdə ,
--Ürəyim , çimizdir dedi !
--Çimizdirirəm !
--Ürəyim , qulluq et dedi !
--Qulluq edirəm !
O sağalır , Evinə dönərək :--
--Ürəyim , buraxma dedi !
--Buraxmayıram !
--Ürəyim , o aşq xəstəsi dedi !
--İnanıram !
--Ürəyim , bir cocuuq dilə dedi !
--Diləirəm !
O , gözlərimə baxaraq :--
--Mən tanrının var olduğu ürəkdən qorxuram . Sən ürəyi tanrının özü və
diləyin tanrı buyruğudi . Ancaq on yaşında sezdiyin roya sən yazığısıdı .
Bu aşqın sonu ayrılıq .
--Ürəyim , düşün dedi !
--Düşündüm !
--Ürəyim , qorxma dedi !
--Qorxmadım !
--Ürəyim , yazğı böylə dedi !
--Alqıladım !
--Ürəyim , o bir şaman dedi !
--Sevindim !
--Ürəyim , tanrı buyrğuna seviş dedi !
--Sevişirəm !
O , qoynumdan uçur uzaqlara və mənə qalır ,
bir qız ,
bir qopuz .
Oyanma zamanıdı saat yeddi deyə insan ilə insanlıq yalnızlığa doğru .
M , Ərğəvan
YORUMLAR
Henüz yorum yapılmamış.