- 1002 Okunma
- 0 Yorum
- 0 Beğeni
Qolayca A
Hicalara və hərflərə çiliklənmış bir sös--cük dönəşir zamanlara . Anlar
balalığında bir hərf doqquz ayılqlaşır və bir ulus uğuruna doğu verir .
Dan sökülürcə , sürəsiz sancılar sonuclaşır . Bir hica körpə cocuq kimi
beşikləşir . Gözün aydın ey ulusum !!!
Düşüncə dünyamıza göyərir bir hica və başlanır yarınlar yolçuluğu . O ,
sözcük aşqına qayıdılmaz yollara bir yalquzaq gedir . Yol ardınca cizgi
filimi kimi cizgisov qanadlanır olacaqlara və edim--edim soluq içərək ,
Bir addim irəli .
Bir addim geri .
Bir addim sağa .
Və bir addim sol döngəsində ki , sözcüklər köksünə başa--baş düşür .
Öz yazğı kağızında özünü ,
Oy , dalğın .
Oy , durğun .
Oy , yorğun .
Və hey susqun bitiklər varğına elçıləyir özünü . Zamanın dinməz çağında
itgin hicalara özləm darayır . Birlik ilə bütövlük amacı üçün , hərflərin
harda
olduğunu soruğulayır . Yanıt bulamadığı xəyalına çarasız qol-boyuanlaşır .
Saatlarca bilinc altına və bilinc üstünə özü deyir , özü eşdir öykularsız
Bu yollar yolçusu bütün dillərin ilk hərfidi . Ancaq öz yazğısı
param--parça
olanaqsızlara . Yüz illərdi soydaş dodaqlarına qəribsəmiş . Çünki hicalar
ilə
hərflər bəlirsizlərə əsirgəmiş . Böylə özlüyünü unudmadan ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
Və nəçiliyini haraylaır . Yol gedər--gerdər başını önə əysədə , öz
qutsalığını
məndə , mən kimilədir deyə yaşam əzincələrinə yiyəlik , daş qaval çalır .
İndi bir yalquzaq bənzər , bütövlük uğruna doqquz hərf ilə üç hica
savaşçısıdı .
Hər bir hica , hər bir hərf saman keçidlərinə samanlaşıbda ,
Kimdi bu hica ?
Nəçidi bu hinca ?
Nə diləyir bu hica ?
Adı nədi bu hicanın ?
Yanıt !-- A !
Qolayca A !
A , ilk arı və açıq hica kimi , qabaqlara hörüklənərək , sırtına alınmış
heybə , tükənməz ayrılıq dağarçığıdı . O , minlərcə ,
Ağ .
Ac .
An .
Aba .
Ata və abla sözcüklərində bir var bulur özgürcə . Ancaq aradığı hicalara
küz çilənib . Hər yer sarım sarı . Hica durumu acılara bir yürd yeridi ,
Bağ sarı ,
Dağ sarı ,
Alaq sarı .
Və topraq ilə göy sarılıq gecələyir . Durum olsada sarı , yalquzaqlıq
fəlsəfəsinə şamanlaşır A .
Hə , A .
Qolayca A .
O , yaşam dəyərini bitiklər varağında degiləyirdə , Ze hərfi könüləşir və
tutduğu amacına bir qarış gerçəkləşir . A , yalquzaqcasına vırış
səngərində ,
aZ .
aZlıq .
aZğın .
aZar kəlmələrini qəlbirləyir . Bu anda ,
Ze daşlanır .
Ze dışlanır .
Ze xaşlanır .
Ze başlanır çarpışlara və ikinci hicanın ilk kökünü oxşayır . Yenı hica
doğşuna gizlin səslənir . A ilə Ze bir degi anlamına çağdaşlaşır və
çağdaşçılıq girişınə
təkil kimi aydınca bir törəniş .
Hə , A .
Qolayca A .
Çildik--çildik dirçəlir və azlardaki güc özəyində ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
Nəçiliyinə yanıtlaşır . Hər bir sorğu , önəmli nədənlərə mayasılaşır .
İkinci hicanın ilk hərfi göyərir Zedə . Öz yalnızlığına son bir son dura
sonuculayır . Bu
son duralıq döngələri küz hələlik . İki yalquzaq çılğınca ulayir az , az
, az yücələrə .
Hə , A .
Qolayca A .
Qolayca az adlı bu degi var olamq yanğısını sal qayalara və sıldırımlara
oy , oylayır .
Ze , özəl bir hica dünyasına vırışaraq , zorluqlar sevdasına özləm
ləhzəsidı .
İlin küz çağı , on yerə bölünmüş bir sözcük impraturlar təpiyi altında
pasportsuz .
Tükənməz özləminədi ki gəbəlik ,
Doğruluq .
Duruluq .
Doğuşalıq .
Yoğurlaşıq .
Yoğrulaşıq sınırsızlığı yoxluqdan varlığa bir hə deyə önünə yad sözcüklər
çıxsada , bitik səngərində bir çox Az ilə başlanmış ,
Zəmi .
Zəy .
Zəngin və
Zəncəfil degilərində ləpirləşir Ə . Ze ilə Ə yalınz iki hərf və bir hica
üçün ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
və nəçilərə Ə--dən sonra ,
aRd .
aRa .
qaRa ,
Radıyolaşır və bir edim fəlsəfəsinə A-Z-Ə hərfləri soluqlaşır . Onlar
yalquzaqlar
sevdasına bir aşq arşividirlər . Zaman sarı və mavi anlara üç ayaq gediş ,
fəlsəfəsində ki ,
Bütövləşməkdəki ,
Böyüməkdəki ,
Genişlənməki ,
Bir sözcük uğuruna ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
və nəçilik düşüncəsinə təkildən , çoxul evinə boyalanır çağdaşça .
Bu çağdaş görüş .
Bu çağdaş buluş ,
Bu çağdaş oluş ,
Bu çağdaş doğuluş ,
Bu çağdaş düşüncə gəlişməsi ,
çağ daşına .
çağ dışına .
çağ başına ,
başlanqıc sonucu deyə ,
öncə ulus .
Demək biz .
Sonra diş anlar , biz ulusuna olanaqlar yoğurur A , yolbəyi kimi .
Hə , A .
Qolayca , Ze .
Qolayca , Ə .
Iki hica olumuna dəniz qədər sözcük içində ,
Aramaq .
Daramaq .
Zilləmək .
Belləmək .
Belənmək .
Tellənmək çarpışmasında bir Re bulunmasına kimlikləşir .
Bu yaşam .
Bu qoşam .
Bu coşam .
Bu dalğalaşam aşqı , okyanlar atlamışlara doslar !!!
Hə , A .
Qolayca , A ,
umidsizliyə qarşı bir təpgi çalxalayır . Yürü yavrum yürü ki ,
Ər ,
Ərdəm ,
Ərk ,
əncir qalaqlı dünyanın ikinci hica sonluğu bütövləşir .
İki hica
İki uca
İki qoca
Və iki haça bir kök üstündə birləşir . İki gövdə bir ürək mutluluğuna ,
doğulacaq hicalar anıləşir . Anidən A və ZƏR , bir ulusun ulusçuluğunu
bir yerə , bir sınıra , bir görüşə haylayır . Bax bir , Iki hicanın ,
Bir tapış fəlsəfəsi .
Bir buluş fəlsəfəsi .
Bir quruluş fəlsəfəsi .
Bir oyanış fəlsəfəsi ilə olum--qalım çağırır . İki hica birləşimi , iki
yerə bölünüdə ,
az və ər sözcüklərində ,
Az danış , çox düşün .
Az uyu , çox yürü .
Az gülən , çox bilən .
cümlələri , zamanın çağdaş balalığına ,
Doğur .
Doğudur .
Doğdurur .
Doğuzdurur və
doğuşdurur bir ulus yazğısını . İki hica dörd hərf söyləmi deyir :--
Ər , ərənlik meydanında necəliyini yoğurar .
Ər , düşündüyünü , düşüncə yarışında qovurar .
Ər , öz yaradıcılığını dəmir tanrılar basqısına qarşı heykəlləşdirər .
Bir çox deyim cərgəsində ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
və nəçilərə ağ yanıtca ,
Hər yer ağ .
Hər yan pəmbə .
Hər döngə pəşmək .
Hər bölgə süt .
Və büsbütün topraqlar ağ örtük altında ,
Ağ dağa sarı ,
Ağ bağa sarı ,
Ağ yola sarı ,
Ağ torpağa sarı ,
soluqlar operası hörür yalquzaqlar . Ancaq şaxta üşüdür əlcəksiz dağları .
Çən fitcələyir yamacları deyə yeni hərf və yeni hica səmfoniyası olanış
çiləyir
olumlara . Bu soluğu dinləyərək yalquzaqlar , bitiklər arasında tans edir
beşıncı hərf törənişi . Sözcüklər bölümündə ,
Qolayca A hicasına ,
Qolayca ZƏR hicasına ,
Be hərfini beçələyir axtarış . Be hərfi sözcüklər dibcəyində ,
Bana ,
Bala ,
Badama ,
balabana kimi səs çalır . Üçünci hica sevinc ilə ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
və nəcilər təkildən , çokul fəlsəfəsinə nərduvanlaşır . Qolayca Be , öz
hicasına öz diləyir . Zaman olduqca çətin və ilin soyuq bölümü amansız .
Axtarışçılar
olanaqsız . Dürüm gərgin . Yolçuların yolunda gərəklilik ilə görəvilik son
duraqlaşır . Be yalquzaq toplusuna bir sevgili hica sevdasıdı . Düşüncəsiz
yerdə , hər döngədə yabanci sözcüklər göz çaşıdır . Be önündə yürüyür A .
Be ilə A
hica düşü düşüncəsi bilə ,
Banla ,
Baca ,
Başmaq ,
və başqan sözcüklərində iki hərf varlığıdı .
Hə , A .
Hə , Ze .
Hə , Ə .
Hə , Re .
Hə , Be .
Hə , A .
Hərfləri itgin arğış kimi çılğınca bir tarix şarkısına qovuşurlar .
Böyləcə
göy görüşlərə bir qəribin yiyəsiz anlarını anıladırlar və çağdaşçılıq
fəlsəfəsinə ,
xıncımlanmış bir ulus yolbayılaşır . Yol boyunca ,
deyim yasaq .
Söyləm yasaq .
Görüş yasaq .
Baxış yasaq ,
Və yasaq dünyasında yasaq dilin , yasaq bitiklərində yasaq bir sözcük dar
başındadi . Bu didərginlər dəyirman daşı altında qalmış bir ulusun
qurtuluşçusudi .
İndi yalquzaq soluqlu Ye anlara bir hə .
Ama harda ?
Ama haralarda ?
Ye hələlik yalnız və beləlik öksizcə bir mən arzısındadı . Qolayca A
qarış--qarış Ye hərfinə bir canlı calaq və lələbət durumunda ki ,
Yal ,
Yallı ,
Yallılıq ,
Yallıca ,
Yallıçı ,
və yel ,
Yellik ,
Yelliçilik ,
Yellicəlik ,
bilə yan ,
Yanmaq ,
Yandırmaq ,
Yandırışlandırmaq ,
və yandurşlandırmaq cərgəsində günəşir . Be ilə A bir hica oluşuna
BAY--laylaşır
və yalquzaqlar yığvasına üçüncü mənlik bəlirləşir . Bu A--ZƏR--BAY hələlik
Bay özlüyündə bir edim uğrunda ,
Bayılamaq ,
Baylamaq ,
Baylanmaq ,
Baylandırmaq ,
Baysanmaq ,
Baysanılmaq ,
Və baysınaqlaşır . Bu yarımcan sözcük bütöv can üçün , bir ürək ilə cana
can atır .
Bu can ,
Bu canlanmaq ,
Bu canlandırmaq ,
Cana , can fəlsəfəsinə çan çalır . Çatısız uyumuşlara gözlənilməz sav
deyəcək bu yarın . O savçı olubda Savalandan , Səhəndə sarı . Oralardan
Ərzurum ilə
Ağrı dağına çilənir sav səsi . Şəpələr qamçısı carçılara qalın qar altında
şüv çəksədə ,
can canına , can , daşlanır .
can .
canım ,
canımcanı ,
can cana bir can .
Və can canımıza ,
Kim ?
Kimi ?
Kimçi ?
Kimlikçi ?
və nəçilər axtarışında can hicasına bir öz qoxulaşır . Dörd hica bir aşq
sevdasına əsirlərin savaşçısı deyə qalın qar altında dörd hica
yalquzaqlığı soluq
çiləyir . Qar əriyərək bir bacalıq Qars çöllərinə keçidləşir . Sıcaq
topraq qoynunda
qardələn çıçəyi şamancasına salam banlayır və qardələn dodaqlarında
A--ZƏR--BAY--CAN
çağdaşçılığına , çağdaş fəlsəfəsi Qars çöllərində gerçəkləşir .
Hə , A .
Və
Qolayca A .
M . Ərğəvan
YORUMLAR
Henüz yorum yapılmamış.