- 1017 Okunma
- 0 Yorum
- 0 Beğeni
DUSDAQ YOLU
İnsan ...
Və insan ayaqları üstündə durmaq için , nə edəcəyini düşünür . Öncə harda
olduğunu öyrənərək ,
Necə yaşadığını ?
Necə yaşayacağını ?
Nələr uğrunda atddımlayacağını ?
Nələr üçün gövdə atacağını ?
Və bu sorğuları ÖZ özəyinə sancaqlanaraq , olduğu yerdən qopur . Havada
qalmasın deyə hansı bir yerə ?-- köklənəcəyini xırdalayır . Deyil mi !?
Bu sorğular qarşısında öz olanaqlarına varıbda insan ,
Edərəm mi ?
Edəməzəm mi ?
Olacaq mi ?
Olmayacaq mi ?
--gəmisinə atlanır . Bir dəniz düşüncələr boyu ,
Daha yüksəklərə daşlanmaq .
Daha olanaqlara varmaq .
Daha və dahalara qonmaq istəyir . Bu durum ilə ,
İnsan ...
yaşam ...
Amac ...
Və bir gerçək tərpəniş yaşanacaqlara .
Bu anlara ,
bəlirli yada bəlirsiz duralar sonuclanır kimi ,
İnsan ...
Dün ...
Bu gün ...
Yarın ...
Və zaman qanadlarında qartallaşir . Çünki hər bir yürü ,
Yeni durum ...
Yeni görüş ...
Yeni baxış ...
dolayısından yeni sonuclar qazanmaqdadi . Olumlar və olumsizlar önündə ,
Yaşamaq ...
İstəmək ...
Savunmaq ...
Uyum sağlamaq ...
Bulmaq ...
Bulunmaq ...
düşünü və düşüncəsini qavarmaq önəminə bir giriş .
Nəqədər zor olsada , doğalın bir köşəsinə kəsildiyi göbəyini bilə
unudamayir insan .
Bu hiss ,
Bu düşüncə ,
Bu dünya ,
gənəlsəl insanlaradı . Nə edəlim ?--istər--istəməzlik boyuca ,
İnsan başı aşağı olur .
İnsan əyrı işlər ardınca getməz .
İnsan başqsının varlığına göz tikməz .
İnsan namuslu yaşar , öyrətmiş bizə babalar . Bu deyimlər ilə bu günə
qədər
yaşamış bir çoxları mənim kimi . Böylə buyruqlar söyləmi bir çox
sorğulara imgə deyə zaman ilə yer boyasını dəyişir . Hər bir dəyişiklik
öyüdləri etgisizlədir düşüncələrə . Mən zamanın buyruğu altında Aydın ilə
Songül yazğısına varıram .
DİQQƏT .
DİQQƏT .
Onlar Bütöv Azərbaycanın İğdır şəhərciyində doğmuşlardi və öyüd ilə
yetginləşmişlərdi . Atanın və ananın diləyi üçün , kiçik yaşlarında
evlənmişlərdi . Bir--birini sevməzsələrdə , zor altında sevişirdilər
çarasız .
On--altı yaşlı Songül boylu idi və iki aylıq bir cocuq doğacağıdı namuslu
qal
dunyasına . Aydın və Songül bütov azərbaycanın Iğdır şəhərciyindən başqa
bir yer
görməmişlərdi .
Iğdır , gündən--günə boşalır və gənclər işci olaraq yağmur kimi uzaqlara
səpələnirlər . Onlarda işci olaraq almanıya ölkəsinə doğru . Bir parça
yemlik
üçün köç yaşamına boyunlaşmışlardı . Bir çox türklkər kimi , Berlinin
Kiçik İstanbul bölgəsinə obalaşır Songül ilə Aydin .
Bursaı Avrupa , Berlin yatırımlar şəhəri və amansızlığı yerli--yersiz
tanımayır deyə ,
İlan yerinə tren ,
Quş yerinə uçaq ,
At yerinə mersedes benz ,
Tarla yerinə fabrika ,
qol--boyunlaşır . Bu yaşam səhnəsində sömürgəçi ilə sömürülən ara qanlı öykü başlanqıcıdı .
Yeni çağ .
Yeni durum .
Yeni yaşam biçimi .
Mən boyunduruğu . Bu durası ,
Başı aşağı ol .
Namuslu qal .
Özgə malına göz tikmə ,
yurdu deyil berlin . Teknika zəli bənzər qan içərək , Songül Zimens
fabrikasında yük daşıyır . Aydın isə çöpçü deyə sokaklar bahadırı .
Bir neçə ay ötür və Songül bir körpə doğur Yelkən adına . O , ana qoynunda
bəslənir və boy atır fabrikalar dunyasına anlar ,
Yelkəni nələr gözləyir ?
Yelkəni hansı yazğı qarşılayacaq ?
Yelkəni haralara sürükləyəcək , amansız yatırım yurdu ?
O , bir yaşına çatmadan cocuqlar yuvasına ayaqlanır . Ana eyetımı görmədən ,
gövdəsəl boy atır başqa cocuqlara bənzər . Aydın ilə Songül ayilə
sevgisindən
uzaqlarda itmişlər yolçusudi . Onlar dəmirlər dünyasına qulluqçu deyə
Yelkən
beşinci bahar göyərçini .
Zaman doğrayaraq günləri çin--çini ,
--Songül !
--Nədi həyatım !
--Iğdırı özlədim artıq !
--Məndə sən kimi , nə edəlim ki !?
--Dönəyim geri !
--Dönəyim , ama Yelkən yarını ?
--Burası berlin , cocuqlara yiyə bir şəhər !
--Məncə yalnış bu sözlər !
--Aparsaq özümüz ilə , qalır eyetimsiz !
--Burasi avrupa , anılama türkiyəni !
--Düz deyirsən , kimə tapışırayım Yelıkəni ?
--Cocuq uyuyan zaman , buraxıb gedəyim !
--Məni qorxudur bu deyim !
--Burda doğdu , bura insanıdı Yelkən !
--Mən bir ana , böylə qonuşma lütfən !
--Sözümdən çıxarsan , gəmiklərin havada !
--Nə mənə , buyruq verir sən kimi ata !
--Kimsə bilməsin gedəyim !!!
Onlar bir gecə Yelkəni uyudub , uçaq limanıa sarı . Yelkən isə yuxudan
oyanır səhər yalnız gözyaşı .
Burdan yola düşür , bəlirsiz yazğı terni və kimsəsiz hansı bir
dünyalara yolçuluq dəcək cocuq ?--bu olay dürümünü Yelkən duya bilir .
Qonşular telefunu , polisə soraq yalnız ...
O , incə--incə gövdəsəl zaman aşırır və gündə bir öc davası oyunlaşırır .
On--iki yaşında bilə dusdaqlaşır . O , yaşamın acılarına alındiqca ,
acımasız qabıq gəmirir sankısız .
Uyumsız .
Duyumsız .
Duyğysız .
Hər gün bir qırqın və qorxun davranışlar ilə bir vəhşı uyğunu gəlişir
zaman gilə .
Bir gün , ciqara üçün sucsız insan ölümünə bir pıçaq . Qazetlər başlığı
olmuş ,
O , kimin qurbanlığıdı ?
O , hansı ayilə qurbanlğığdı ?
O , hansı bir dunya qurbanlğıdı ?
və o , bizim qurbanlığımız deyil mi ?
VƏ DUSDAQ YOLU ...
M . Ərğəvan
YORUMLAR
Henüz yorum yapılmamış.