- 910 Okunma
- 0 Yorum
- 0 Beğeni
TUZAQ
Ayaq yolu kağızı bənzər qullanılırdım bir parça çörək için . Ən aşağı adamlara boyun əyirdim günü burani sil , oarnı yu , şuranı arıla deyirdilər.
Hər harda çalışırdım , bir birinə oxşayırdı yerlı-yersiz buyruqlar .
Buyruqlar önəmli deyildi . Bir işci olaraq görəvimi yerinə yetirirdim .
İlin sıcaq ayları idi , bir Lokantada on-bir ay çalışmış idim .
Bir gün aşçı bəydən izinə çıxmaq için izin istədim . Yerinə bir işçı tap , bir aylıq get dedi . Ordan-burdan soraqlaşıb , birini buldum deyə izinə çıxdım .
Hər gün işə gedib-gələndə , iki polis əlində kağız ilə qarandaş görürdüm .
Onlar yalnış yerdə durmuş arabaların sayına zillənirdilər . Demək arabalar öz yerində deyilmış və polislər ödəniş bəlgəsini yazırmışlar kimi fikirləşırdim .
İzinin ilk günü çay masasında oturmuş idim . Anidən xanım :-
-Quzum , ay quzum !
Yanıt verməyirəm .
-Quu-zz-umm , aa-yyy quq-quzum !
Çarasızca :-
-Həəə ceyranım !
-Nə zaman qoyun olursan !?
Susurum .
-Quzum nə zaman qoyun olursan dedim !?
Könülsizcə:-
-Haçan istərsən !
-Hə indi oldun ağıllı kişi , demək izinə gedirsən , deyil mi ?
-Izin versən hə !
-Bir söz demədim ki , qq-uu-zz-uumm !-bir həftəni yalnız qalmayım deyə okul arxadaşımı qonaq çağıraram !
-O , kim ?
-Tanımazsan , neçə aydi xəstədi . Onu evə götürəyim demi !?
-Götürəyim !
-Ona görədə bu gün bir neçə yerə baş vırmalıyam !
-Hara örnək olaraq ?
-Saymaq ilə qurtarmaz , arabanın benzini var mi ?
-Benzin çəlləyi ağızına qədər doludi !
-Onda geyinim və yola çıxayım !
-Birinci hara ?
-Öncə dəlləyə gedəyim !
Biz yola düşürük və bir dəllək dükanına çatırıq . Arabanı boş bir yerdə saxlayıbda :-
-Quzum dəllək işi bir saat zaman aparır ha !
-Önəmli deyil , haçan iş bitir bir telefun !
O , dəlləyə keçir . Mən isə çay evinə pırlayıram . Bayıra düzülmüş oturacaqların birində oturub , qazet varaqlayıram . Daha doğrusu boşuna zaman xərcləyirəm . Qazetı obaş bu baş edirəm və radiyoda
dinlərdim bir olayı oxuyuarm . Bu anda telefun gəlir və çay parasını ödəyib hizlar yürüdüm . Arabanın yanına çatır kimi xanımı gördüm . Biz maşında oturubda kimi .
-Saçların gözəl omuş , indi hara madam ?
-Matik dukanına quzum !
Gedirik .
-İndi hara madam ?
-Sut yeyən super maketinə quzum !
Gedirik .
-Handi hara madam ?
-Gözlük bazarına quzum !
Gedirik .
-Indi hara madam ?
-Gecə saat on ikidi quzum , evimizə !
Gedirik və yorun olduğum için , bir başa yataq otağına keçirəm . Bu anda xanım maraqlı bir səs çaları ilə :-
-Quzum !?
-Eşidirəm !
-Yanıma gəlsənə !
Otaqdan qalxıbda hüzuruna gedirəm və bir dəstə bəlgə veribdə :-
-Bunlar nədi ?
-Bu gün harda araba saxlamışsan , polis ödəniş yazıb . Hər bir bəlgə alli
avro , toplum altı yüz ödəməlisəm !
Qan beynimə daşlanaraq :-
-Bu olan iş deyil , ödəniş bəlgələrini bir polis yazıb , altınada qol atıb . Demək biz hara polisdə arxamızca . Böylə iş olurmu ?
-Olur quzum olur !
-İzin parası getdi ki , ödəməyib vəkil tutaram !
-Mində vəkil alacaq !
-Onda dərdimə nə çara qılım ?
-Qolayca ödəyəzəcəksən !
-Bu qədər ödənişi nə için məndən gizlətdın ?
-İstəmədim qanın qaralsın !
-Böylə iş olurmu ?-bir polis bir gündə on-iki kəz bir arabanı yoxlasın !
-Olur quzum . Polisdə yaşamalıdı qq-uu-qquu-zzum !
Xanımın dediyi kimi oldu . Nə isə üç gün keçtdikdən sonra :-
-Quzum ?
-Hə ceyranım !
-Haçan qoyun olursan`?
Bu cümlə ağzından çıxanda bir pislik ilə üzləşəcıəyimi düşünərək :-
-Yenə hara ?
-Arkadşımı evə götürəyim mi ?
-Haçan ?
-İşimiz yox , gücümüz yox , indi !
Biz yola düşərək get-ha-get getdik . İki saatdan sonra bir kiçik şəhərə çatırıq . Xəstəevinin adresini tapırıq . Arabanı bir duraqda saxlayıbda :- -Quzum
-Eşidirəm
-Xəstəevinə gəlirsən mi ?
-Yox , burda gözləyirəm !
-Olur quzum !
O , gedir və bir saatdan sonra orta yaşlı bir qadın ilə geri dönərək :-
-Otur qabaqda Ancila !-dedi xanım . Mən isə arxada və araba evə doğru .
Ancla üzümə dönür və ucadan gülərək :-
-Bu kimdi Rina ?
-O , mənim quzum !
-İndiyə kimi qara saçlı quzu görməmişdim !
-Çox dadlı quzudu , mənim quzum , deyil mi quzum ?
-Öylədi ceyranım !
O , yenə sözə başlayaraq :-
-Həəə , haaaa , hə onu deyirdim Rina !-evdə oturmuş idim , telefun səsi qulaqlarıma şallaq çəkirdi . Dəstəyi qaldırıbda :-
-Kiminlə görüşürəm ?
-Önəmli deyil kiminlə görüşdüyün , evini satırsan mi ?
-Yox !
-Satmazsan ölürsən !
-Qorxdan vəkilimə dedim !
O , ülərək :-
-Şaka yapməışlar , istərsən evini satım !
-Vəkil tanıyırmış onları , yüz min avro verib evi aldılar !
Böylə şirin-şirin danışaraq üzünü mənə tutubda :-
-Qara saçlı !- yadında mi bizə gələndə qucağına alırdın məni . Hərdəm göbəyimi qıdıqlayırdın !
Ancəla üç saat boyu beynim deşıldi . Bir ruhsal xəstə insana yardımcı olmaq və onun ilə ilgilənmək çox gözəl . Ancaq sorumlu olduğunuda biləcəksən . Bir olay baş verirsə , əlini çək yaxam cırılıdı qonusudu .
Bir gün Rinadan yüz min avro konusu nədir ?-deyə sordum .
Rina fikirə dalıbda :-
-Ev satışı bir tuza , Anclanın atasından qalmış milyonluq yeri yüz minə almışlar !
-O , ruhsal xəstədi , bu işi görəməzlər !
-Vəkilin cibinə para basmışlar , bu aliş-verişin ucu yuxarılara bağlıdır !
-Onda yüz minədə bir tuzaq qurular məncə !
-Bu haqqda danışmağa dəyməz quzum !
Bir neçə gündən sonra izin zamanım sona çatır və Lokandaya gedirəm . Soyunub işə başlar kən , geri qayıdın lütfən . Sizə işdən çıxış verilib !
-Nədən ?
-Gətirdiyin işci səndən az para alır və səndən iki qat artıqca əmək verir !
Başa düşüdüm ki , özüm-özümə tuzaq qurmuşam . Bir söz demədən evə dönürəm .
Xanım hər səhər işə gedir . Ancla ilə mən evdə qalıram . Onun ruhsal xəstəliyindən və təhlükəli davranışlarından qorxuram . Anidən qazı açır , birdən pəncərə önünə qaçır .
Bilirəm , bir olay baş verirsə yanıt verəni mən olacam . Ona görədə qorumaq zorunda qalmışam . Artıq dözəməyirdim . Bir axşam Rina ilə açıqca:-
-Sən evdə deyilsən , səhər gedibdə gecə evə dönürsən . Ancla bir zorluq yaradacaq ha , deyirəm . Bir olay baş vermədən xəstəevinə qaytar lütfən !
Gözləri sulanaraq :-
-Nədən çəkinirsən , bəyəm ruhsal xəstə olduğunu biləməyirlər mi ?
-Bilirlər , bir yava iş baş tutarsa yaxamızdan əl çəkməyəcəklər !
-Düz deyirsən , ama başına buraxmaqda düz deyil . Bir neçə gündə qalsın , geri qaytararam !
Bir gün onlar gəzintiyə çıxırlar . Rina bir zad almaq istəyir deyə Ancla arabada yalnız qalır . Geri dönər kən yoxa çıxdığını görür və yalnızca evə dönür . Anclanın harda olduğunu surdum və polisə bilgi verməlisən dedim .
Biz bütün xəstəevlərinə baş vırdıq . Polisə bilgi verdik . Bu ad-sanda kimsənin olmadığına yanıt alırdıq . Rina bir an başa düşüdü , nə böyük bir sorumluluq altında qaldığını , ama artıq gecdi deyə böylə bir paylaşma :-
-Bilirsən mi , Rina ?
-Nəyı ?
-Bu bir tuzaqdı !
-Nə için !
-Yüz min için !
-İnanmayıram !?
-Tüstüsü göz çıxaracaq deyirəm !
Bu qonuşmadan iki ay keçir və kiriminel polisdən bir diləkcə . Rinanın üz boyası sap sarı , əllər titrək . Dizlər gücdən düşmüş idi . Diləkcədə yazılmış idi . Xanım Ancla Qaçar sarıdan zorlandığı için göz altına alınıb . Siz ilə
görüşmə haqqı yasaqlanmış . Rina diləkcəni oxuduqdan sonra :-
-Ola bilər , mən ki evdə deyildim !
-Nə tez höküm çıxartdın xanım !?
-Görünür bir iş olub ki , polis böylə məktub yazıb !
-İşin nə yerdə olduğunu atasağınların verəcək son sonucudi . Ancaq bu yoxlamalar parasız deyil . Onu kim ödəyəcək !?
-Kim məhkəmə sürəcində suçludursa !
-Yüz kərə sənə dedim , ama dinləmədin . Indi əlini çək , yaxam çırıldı işinə mən düşdüm .
Ancıla azı üç ay göz altında qalacaq . Demək yüz minin yarsı getdi !
-Dediyindən böylə çıxır ki , bu bir para tuzaqıdı , deyil mi !?
-Bənə , Ancla ruhsal xəstənin birsidi . Kimsəsi yox , yardımcı olmaq istədin , buda sonucu !
-Nədən böylə sonuc alırsan !?
-Bir yerdə cinayət baş verirsə , özəl kiriminel polis gəlir . Baş vermiş cinayət yerindən yoxlama aparıbda şəkilini çəkilər . Əyər cinsəllik ilişgisi olsaydı mənidə atasağına göndərərdilər . Bunların heç biri olmadığı halda , Anclanın parasına əl qoymuşlar . Saxta cinayət sürəci isə ona bir nədən !
-Burasını düşünmədım !
Zorlama konusu üzrə iş gedir . Öylə bir durum yaradıblar ki , insan özünə bilə quşqulanır . Hər ay sonu məhkəmədən bir məktub . Vəkil isə ard-arda yanıtlar yazır . Vəkil ilə məhkəmə arasında yarışmalar səngiməyir . Bir il keçdikdən sonra vəkil bizi yanına çağırıbda :-
-Qaçar bəy !-bir il boyunca tədirgin oldun mi ?
-Oldum !
-Necə oldun ?
-Gecə gündüz ruhsal işcəncə altında qalmış idim !
Vəkil gülümsəyir kimi …
-Çox gözəl !
-Özünü dusdaq evinə gedəcək , hiss etdin mi ?
-Öylə fikirləşmədim , ama zorlama möhürü qolay söz deyil . Bir zad olmadan hay-küyü dünyanı büryümüş !
-Bəlkə Ancla düz deyir , bəlkə rahatsız etmişsiz !?
-Hər saat , hər ləhzə bir cocuq kimi qorudum onu !
-Söylədiyin insanlıq borcudi , ciqara çəkirsən mi ?
-Çəkirəm !
-Tüstüsü onu rahatsız edirsə , bu özü bir zorlamadı və sizə iş düşür .
Ancaq əldə bir bəlgə olmadığı için , sürəc parasını ödəməlisiz !
-Nəqədər ?
-İki min avro , bu məhkəmənin son sözüdi !
Biz vəkilin otağından çıxarıq , Əlimi Rinanın çiyninə söykəyibdə :- -Quzum ay quzum !
-Hə !
-Nə zaman qoyun olursan !?
-Quzum !-indi lap qoyunun özüyəm !..dedi Rina .
M. Ərğəvan
03/09/2009
YORUMLAR
Henüz yorum yapılmamış.