- 909 Okunma
- 3 Yorum
- 0 Beğeni
BIR KOR UYXUSU
Bir gündə ömürdən böylə keçtdi , bu qədər çalışmaq olar mi ?-deyə saat baxıram .
Axaşam beşi on çalırdı , ayaq üstü çımırəm və sonra Şönlayın küçəsinə doğru .
Hər gün baş vırdığım çayevinə keçirəm və oturmaq için masalara göz atıram .
Qalabalıq idi , bu anda bir yaşlı qadın ayağalxıbda :-
-Burda otura biləsiz !
deyib , çay parasını ödəməyə gedir .
Masa iki səndəlli idi , birində isə gənc bir qadın oturmuş idi . Üzümü ona tutubda :-
-İzin verərsiz mi !?
-Yalvar edirəm !
Boş səndəldə oturdum . Bir yaşıl çay tapşırığı veribdə , çevrəyə baxıram .
Bəlkə gündəlik əngaltılardan birini gördüm . Üz-üzə oturduğum gənc qadına bilə , düş atmayıram . Bu anda yaşıl çay masa üstünə qoyulur . Ciqarayandırım için , xanımdan izin istəyirəm .O , yumuşaq bir səs ilə :-
-Önəmli deyil !
Ciqaranı yandırıb , tüstüsünü girdə şəkildə havaya sarı . Bu anda o , əlini masa üstünə çəkir və barmaqları ilə nə isə arayır sankısız . Öncə fikir vermədim . Ama davranışına zillim düşdü . Bir neçə andan sonra:-
-Bağışlayın çaxmağız var mi !?
-Varım , ama sizin çaxmaq masa üstündədi ki !?
-Bulamıram !
Kor olduğunu başa düşmüm və çaxmağı masa üstündən qaldırıb ovcuna qoydum . Bu ləhzə maraq duyğularına alınıram . Ancaq neçə yanaşım ?-və hansı bir konu üzrə söz açım bilə düşünürəm ?
Bu anda o :-
-Öncə ciqara içməyirdim , indi hər gün iki pakat tüstü uduram !
-Çox deyil mi ?
-Nə edim ki , buda bir iş olmuş sanki !
-Başını qatacaq bir zad yox mi ?
-Altı ay öncə biliyurd öyrəncisi idim . Eləki göz işiğını itirdim , hər zad alt-üst oldu . Sən nə iş görürsən ?
-Savıcı idim , indisə sənin kimi !
-Səndə mi korsan !?
-Tam yox , ama sən dünyası taniş . Nə olay baş verdi ki , böylə duruma düşdün ?
-Göz rahatsızlığım varidi , gözlük taxırdım və gözlərimi yoxladırmaq için atasağına getdim . Bir həftəlik xəstəevinə alındım . Göz bəbəyi genişlənsin deyə gözlərimə Em damızırdılar .
Atasağın yalnış mi yapır vəya nə edir onu bilməyirəm . Qolayca xəstəevinə gözlü getdim , gözsiz evə döndüm .
-Maraqlıdı , yardımcı varın mi ?
-Anam ilə babam çalışırlar , mən isə yapa yalnız !
-Böyləsi yaşam sıxıcı deyil mi ?
-Sıxıcıdı , özüdə çox sıxıcı !
-Eyetim gördün mi ?
-Eyetim için candan yanar gərəkir , oda məndə yox !
-Şəhəri dolaşırsan mi ?
-Göz görmədikdə bir yerə yalnız çıxmaq , təhlükəli deyil mi ?
-Elədi , ama eyetim görsən , kimsədən aslı olmayaraq yaşaya bilərsən !
-Eyetim istərdim ancaq yardımcı yoxum ?
-Bu işdə könüllü yardımcın oluram , istərsən əyər !?
-Necə ?
-Bildiklərimi öyrədərəm !
-Bağışlayın ha ,adınız ?
-Qoçu , bə sənin ?
-Səbinə , yarın saat onda buluşalım mi ?
-Harda ?
-Elə burda !
-Olur !
Səbinədən ayrılıram , ancaq onun acı yazğısı içimi dağıdır . Özümdən asılı olmayaraq tədirginlik keçırırəm deyə ertəsi gün saat onda çayevinə gedirəm .
O , anası ilə bir masada oturmuş idi və məni gözləyirdilər . Onalara yaxınlaşıbda :-
-Salam !
Sabinə ayağa qalxır və əlini mənə sarı uzadaraq:-
-Əleykum salam , gəldin mi Qoçu ?
-Hə !
-Otur yanımda və tanış ol , buda anam Elkadı !
Elka umid dolu səs ilə:-
-Tanış olduğum için sevinirəm , zamnızı alsaqda bağışlayın !
-Yalvar edirəm , dün Səbinə ilə bir çox konular üzrə danışdıq !
-Bilirəm !
-İlk öncə məndə ağır durumdaydım . Ancaq çıxış yolunu buldum !
-Səbinə biliyurd öyrəncis idi , atasağın olmaq istəyirdı . Ama bu gün…!
Elkanın gözləri dolur və ana qəlbi köz üstünə kabab gedir .
Səs-sizlik bizi susdurmuş idi , hər üçümüz ciqara çəkirdik və yaşam acısını
düşünürdük . Bu anda dinməzliyi pozaraq Elka :-
-Nə iş görürsiz ?
-Öncə savıçı idim , indi iş arayıram !
-Nə iş görə bilirsənki !?
-Bir çox iş , Telfunçi olaram , sekreter kimi çalışaram . Öyrətmən ola bilərəm !
-Doğurdan mi ?
-Bu işləri öyrənmək için , üç il zaman xərclədim və eyetim gördüm !
-Səbinə yapa yalnızdı , mən və atası çalışırıq . Ona görədə əl-qolumuz bağlıdı !
-Sabinə eyetim görməlidi !
-Tədirgin olmayın , biz yarın işə başlayarıq !
Səbinə sevinərək :-
-Gerçəkdən mi ?
-Əlbətə , yarın gecə saat on-birdə buluşalım !
-Nədən gecə ?
-Bununda bir nədəni var !
-Harda buluşalım ?
-Burda !
Biz sağollaşdıqdan sonra çayevindən uzaqlaşıram və Səbinə eyetim görməzsə sonu nə olur mi ?
Dilənçilik edəcək mi ?
Ev dusdağı oalacaq mi ?
Yaşamın gözəlliklərini itirmiş kimi qalacaq mi ?
düşünürəm . Onun həyatı və gələcəyi mənim əlimdə kimi . Gündə iki saat
zamanımdan ayırsam , Sabinə yaşayacaq və yaradacaq .
1-6-2007 gecə saat on-bir .
Çayevinin önünə gedirəm və duvara söykənib onu gözləyirəm . Küçə bom boşdi , ara-sıra arabalar səs-sizliyi pozur . O , qapını açır və küçəyə düşür .
Çox mudlu görünürdi , altı aydan sonra yaşam dönüşü başlanır ləhzə :-
-Sabinə !
-Hə !
-Burdayam , əlini qoluma sal !
O , qanadsız bir quş kimi idi . Uçmaq diləyində addim atır və sorur :-
-Nə edəyim indi ?
Birazca düşündüm və böylə bir yanıt ilə :-
-Biz yaşam savaşına başlayırıq və dediklərimi unudma ki , bu savaş çox önəmlıdı . Başa düşmədiyini açıqca soruş . Bax uçmaq ilə qaçmaq istəyirsən ,
ayaqlarını sağlam tut . Yaratmaq və barınmaq için əllərini çalışdır , oldu mi !?
-Bu günki dərsimiz çəlik nədir ?
-Ondan bir kor necə qulanır ?
konusudi .
Çəlik bir kor için iki göz deməkdir . Yani bir görməz insanı qorxunc olaylardan qurtaracaq bir olanaqdı . Çəliksiz bir kor , hər an ölüm ilə üzləşə bilər . Ondan necə qullanmaq sorğusuna yanıt . Çəliyi sağ vəya sol əlındə tutub , gedişə başlayırsan . Yarım metir sağ yana , yarım metir sol yana fırladırsan . Bu anda başa düşürsən ki , ayağına ilişəcək bir zad yoxdi və çəkinmədən addimlayırsan . İndi çəliyin nə qədər önəmli olduğunu bildin .
Açıqlama verdiyim kimi , işə başalayırsan . Mən isə arxanca gəlirəm .
O , ilk öncə qorxur , ama yavaş-yavaş yeriyir . Bir neçə küçədən sonra tədirginlik hiss olunmayır . Biz dörd yol ayrımına çatıbda:-
-Bax Səbinə , burada dörd küçə birləşir . Küçənin bu tayından , o tayına keçmək konusun deyim . Burda Qulaq ilə düşüncə işə düşür .
Öncə durumu öyrənmək için arabaların hansı yandan , hansı yana gediyini bilməlisən . Bilmədən küçənin bu tayından , o biri tayına gedəməzsən .
Çünki bir kiçik yalnışlıq xoşa gəlməz olay törədə bilər . Öncə dayanırsan və qulaqlarını şəkləyirsən . Bu anda başa düşürsən ki , yol sənin vəya sənin deyil . Dəmir dirəkdə ki çıraqların yaşıl yada qırmızı olduğunu görməyirsən . Ancaq arabaların səsindən bilirsən ki , çıraq qırmızıdı . Əlbətə
bu o demək deyil ki , ana küçədə araba səsi yoxdi , demək çıraq yaşıldı .
Bunu bilməyə gora , dəmir dirəkdə korlara özəl kiçik bir dəmir qutusu yapışdırılıb . O , qutunun altı girdədi və içi boşdu ama ortasına incə ciciq yapışdırılıb . Bu cızıq dəmirdəndi və nədən ötürüdi ?
Bir kor barmağını , o cızığın üstünə söykəyərək , anlayır ki yol necədi .Yanı cıcıq hansı yana olursa , yolçu o yönə yürüyəcək deməkdi . Bu durumdan başqa yuvarlaq dəmiri basdiqda hizla çalışır . Çıraq qırmızı olursa tez yaşıllaşır və siqinal çalır . Bu ləhzə kor adam bilir ki , çıraq yaşıldi və rahatca istədiyi yerə gedir . İndi dediklərimi iş sürəcində yerinə yetirəcəksən .
O əlini qutunun altina söykəyibdə :-
-Yuvarlaq dəmirin arasında ki çıçıq , bir dil kimidi və sol yanadı !
-Nə deməkir bu ?
-O deməkdi ki , mən sol yana gedəcəyəm !
-Sağa olsaydı ?
-sağ yana !
-Düz olsaydı ?
-Düz gedəsiyəm !-həmən yuvrlaq dəmiri basdım və siqnalı gözləyirəm !
Bir neçə andan sonra sıqnal səsi yuksəlir və küçənin sol tayına keçır Səbinə .
-Bu gün dərsimiz burda bitir və gecə saat birə göyərir kimi birə içəyim mi !?
-Hardan alalım ?
-Çantamda iki şüşə var . Biri sənin , biri isə mənim !
Biz yerə oturubda bağdaş qurur və birə içərək :-
-Eyetim qaydasınca gedir və gördüyümüz iş yolunu tapır . Məncə iki aydan
sonra kimsədən asılı olmayaraq küçəni yalnız dolaşırsan . Böylə deyil mi ?
-Umid edirəm !
-Söylədiklərimi unutma və dönə-dönə anıla ki , geriyə zaman dönməyir !
-Düzdü , yarın harda buluşalım ?
-Bu gün tapışdığımız yerdə , indi evinə yalnız dönürsən !
-Gedə bilərəm mi ?
-Bu çəlik , buda sən , hadı düş yola yalnız yürü !
Gecənin susqun çağı idi , Səbinə evinə dönür . O , yavaş-yavaş eyetim gördüyü kimi çəlikdən qullanır . Mən isə onu izləyirəm və evinə çatıqdan sonra , geri dönürəm .
Gecə saat ikini çalırdı , çox sevincək idim . Həyatımda özümü bu qədər mudlu hiss etməmz idim . Çünki bir zad başa düşdüm . Demək insan bildiyini başqasına öyrədəndə , özüdə öyrənirmiş . Səbinə ilə dostluğum unudulmaz anlar gəbəsidi . Öz işlərim ilə uğraşdiqda bilə , nə edəcəyimi fikirləşirəm . Səbinə gözlərimin önündə kimi , saatlar ardicil zaman hörməkdədi . Yenə biz gecə saat on-birdə buluşaraq , dərsə başlayıram .
-Bu gün ki dərsimiz metro ilə nərduvan konusudu . Yəni nərdvanlardan necə yuxarı qalxıb və necə aşağı düşürsən . İndi düş qabağaıma yürü !
O , artıq sağlam insanlar kimi addımlayır , Çəlikdən qullanmağı mənimsəmiş bilə metro nərduvanlarına çatırıq .
-Dayan Səbinə !-ilk öncə nərduvanlardan aşağı yenməyi açıqlayım sonra . Bax çəliyin
ucunu yerə söykəyirsən və sürtə-sürtə qabağa aparırsan . Boşluğa çatıbda durursan . Çəliyin ucu nərduvanlara toxuna- toxuna , aşağı düşürsən . Burda tələsməyirsən . buna görə büdürəmə vəya yıxılma təhlükəsi var . İndi yapış qolumdan və birgə aşağı düşəyim !
O , bir əlində çəlik qolumdan tutur və ikimiz nərduvanlardan üzü aşağı
düşürük . Yuxarı qayıtmaq için çəliyi qırx santım öndə saxlayırsan .
Şaq-şaq ilə çəlik bir bir nərduvanlara toxunur və biz yuxarı qalxırıq .
-Öyrəndin mi ?
-Öyrəndim !
-İndi yalnız başına nərduvanları çıx və düş !
Səbinə ilk kəz çaşır və büdürüyür . Buna nədən tələsir və qolundan tutaraq:-
-Döz və dözüm ilə addımlaki , zəfər sənindi !
Biz metro salonundayıq və yeni bir konu açıqlayıram . Nə zaman metro salonuna düşdün hansı yana gedəcəyini bilməlisən . Sonra duvar dibində durub , metronu gözləyirsən . Qalabalıq olursa dayanırsan . Ancaq bir önəmli konunu öyrənməlisən . Çəliyin ucunu yerə sürtə-sürtə metroya sarı gedib , minmək istəyirsən kimi . Başla yavaş-yavaş irəli get ,
getdin mi ?
-Hə !
-Nə hiss etdin ?
-Bura boşluqdu və dərədi sanki !
-Dərə deyil , metronun gəlib durduğu yerdi . Ancaq bir zadı duymadın !
-Nəyi duymadım !?
-Duymadığın budur ki , yarım metir boşluğa qalıbda , kiçik bir ciciq var .
Çəliyin ucu oraya toxunanda durmalısan . Bu anda sən ilə metro arasında
yarım metir ara qalır . Metro qapıları açılar kimi minirsən , oldu mi ?
-Oldi !
-İndi metro gəlir və metroya necə minəcəyini işdə göstər !
Biz hər ikimiz bu işi birgə həyata keçirdərək , gecə saat ikidi . Küçədə kimsə yoxdi , ara-sıra əsrük çatısızlar önümüzdən keçirlər . Bizdə duvar dibində birə içərək :-
-Səbinə !-eyetim sona çatdı . Bundan sonra ev dusdağı deyilsən . Bütün
işlərini üzün yerinə yetirəcəksən , demi ?
-Bənə , indi bilgisayar kursunu düşünürəm ama səndən bir sorğu !
-Nədən eyetim için , böylə maraq göstərdin ?
-Yaşam boyu hər kəs bir zadı sevər , məndə böylə işlərin vurğunu və dəlisi !!!
M. Ərğəvan
29/08/2009
P.S
1 . YALVAR - rica
2 . ZİLL - diqqət
3 . SAVICI - buhabir
4 . ATASAĞIN -döktür
5 . EM - dərman
6 . ÇƏLİK - əsa