- 909 Okunma
- 0 Yorum
- 0 Beğeni
ÜÇ QATLI ŞƏHƏR
Uca bir səs ilə :-
-Ah , uh .
-Uh , ah .
-Vay , vay .
-Böləsinə mi !?
-Bax !
Yük altında qalmış kimidi zaman . Bir qadın bənzər cocuqlar
doğur sankisız VƏ BİR COCUQ SEVİRƏM UZAQLARDA
Sanıram ki ,
Sancılar içində hər gün bir sürü gəlir , bir sürü gedir . Ancaq nə
qalır yarınlara !?
Bu durum , bütün ölkələrdədi . Yalnız bizim şəhərdə deyil ki .
Mən deyir ki ,
Yaşadığım dura , üç qatlı bir şəhər . Hər bir qatında , çaşıdıcı bir dizgə .
Çünki yaradişcıdır insan .
Çünki dağıdışcıdır insan .
Çünki aldaışcıdır insan .
Çünki savaşcıdır və barışcıdır insan .
Odur ki , gediş ardınca gediş gedir , yaşanacaqlara .
Çünki etmək diləyindədi insan .
Bu durum , bütün ölkələrdədi . Yalnız bizim şəhərdə deyil ki !
Bu şəhərin üç qatıda , bir dar biçim biçimindədi və üçüncü qatçılar
seçilmiş insanlardı .
Onlar ikinci ilə birinci qat toplumuna yön veriricilərdi . Verdikləri yön
sürəcində , özlərindən soraqsızlaşmışlar . Buna nədən !
Qandırışçiliq .
Aldadışçılıq .
Badalaqçılıq .
Şaqqıldaqçılıq .
Haykırışçılıq düşüncəsi ilə , bir yaraq kimi qullanırlar özgürcəsinə .
Çünki rabot dünyasının dəmir tanrısıdı onlar .
Rabotlar fəlsəfəsi deyir :-
Yalnız mən .
Hər zad mənim .
Güc ilə olanaqlar mənim .
Siz kimsiniz ki .
Böylə durum içində insan ruh adlı ÖZdən uzaqlaşır və bilinc altı , bilinc
üstü qabıqlaşır .
Görünşlər isə bər-bəzək super maketi sərgiləyir deyə üçüncü qatçılar
kafasında ,
bir çox fabrika yerləşır .
Birnin başında raket .
Birinin başında tank .
Birnin başında atom .
Birinin başında uçaq .
Birnin başında boş fəlsəfə .
Bu adamlar su yerinə petrol içirlər . Təmiz hava yerinə , benzin qoxusu
çəkirlər .
İnsanın qara ciyərindən süzülmüş qıb-qırımızı qanı , çaxır deyib içirlər .
Bu durum bütün ölkələrdədi , yalnız bizim şəhərdə deyil ki .
Dəmir tanrıların yaşamına baxinca , çaşır insan . Buna görə ki , gündüzlər
gözə görünməzlər . Ancaq gecələr dan ulduzu ağarınca , görüləcək işlər için
düzən
düzləyirlər .
Maraqlı deyil mi !?
Mənə ilginc olduğu için , illər boyu çaba göstərdim . Rabotların yaşam və
düşüncə tərzini öyrəndim .
Yenə uca bir səs ilə :-
-Ah , uh .
-Uh , ah .
-Vay , vay .
-Böyləsinə mi ?
-Bax !
Yük altında qalmiş kimidi zaman : Bir qadın bənzər cocuqlar doğur sankisız
VƏ BİR COCUQ SEVİRƏM UZAQLARDA .
Inanıram ki ,
bu durum bütün ölkələrdədi , yalnız bizim şəhərdə deyil ki .
Deyə üçünci qat şəhərindən çıxıb , ikinci qat durağına gedirəm . Öncə
çaşıram və dərin düşüncələrə dalıram . Sonra qolayca özümə dönürəm ,
çünki çaşqınlığa bir nədən yoxdi . Buna görə rabotlar dünyasındayam . Burda
seçılmış insanların özünə uyğun ,
rabot görüşü ,
rabot baxışı ,
rabot danışığı ,
rabot buyruq verir .
Bu dura üçünci ilə birinci arasında yerləşir və görəviçiləri yuxarı qatın
qorucularıdırlar . Onlarında başı , dondurulmuş heyvanlar heykəlinə
bənzəyir .
Birinin başında donmuş dovşan .
Birinin başında donmuş qurbağa .
Obirisinin başında donmuş ilan .
Bu birisinin başında donmu. ay kimi .
İkinci qat şəhərində yaşamaq için donmuş rabotların dili ilə dil tapmalıyam .
Bu zamanın buyruğudi deyə , yük altında qalmış kimidi zaman . Bir qadın
bənzər cocuqlar doğur sankisız .
Inanıram ki ,
Bu durum bütün ölkələrdədi , yalnız bizim şəhərdə deyil ki .
Bu dizgə qulluqçuları dəmir tanrıların , rabotlaşmış işciləridi ?
Bu rabotların işi , idarəçilikdi . Gənəllikdə bu idarələrin önəmli və
gərəkən işi
Məktub bombardımanıdi , Olacaqlara ilə olmuşlara .
İkinvi qatdaki məhkəmə , ordu ,polis və təhlükəsizlik qurumlari rabotların
güvəncəsidi .
Bunlara işin düşərsə önəmli deyil kimsən . Öncə bilinməlidi ki , hansı
qatın yurdaşısan . Sonca çantanda nə var konusudi . Bu rabotların
yazılmamış yasasıdı . Rabot kültürü budi .
Bu rabotlaşma xuyu ikinci min ilin , üçüncü min il için hədiyəsi deyə ,
İnsan haqqları məhkəməsi ,
İnsan savinma için .
Polis idarəsi ,
Devrimlərə ,
Devrimçilərə və yaramazlıqlar için .
Sivil polis ,
Gizlinçilərə ,
Düşüncəçilərə və bir çox olaylara için .
Maraqlı deyil mi ?
Çünki yük altında qalmış kimidi zaman . Bir qadın bənzər cocuqlar doğur
sankisız VƏ BİR COCUQ SEVİRƏM UZAQLARDA .
İnanıram ki ,
Bu durum bütün ölkələrdədi . Yalnız bizim şəhərdə deyil ki .
Mən birinci qat yurddaşıyam və başqa insanlar kimi yaşam dirənişindəyəm .
Birinci qat durumu olduqca rəhmsizdi . Bir yerdə dayandığın ləhzə
dülüm-dülüm
udulursan . Udulmayım deyə qarşıma çıxan duvarları yarıb keçməliyəm .
Çünki birinci qat amansızlar dünyasıdı və yaşam qaydası kim-kimi tanımaz
sevdasıdı . Nə ölçü , nədə biçim yeridi və gerçək bir cəhənnəmin özüdi .
Bu yer büsbütün suclular yığıncağıdı və üçüncü ilə ikinci qatın
oyuncağıdı .
Nədən ?
İzinsiz doğulmuşlar və bəlirsiz seviş sonucudu bu adamlar . Böylə
kimsəsizlərin resturanı çöpluk qutularıdı və onlar gərəksizlər sırasındadı .
Nədən ?
Bu yer döngələrində minlərcə düşüncə koka-kola şüşəsi bənzər vəya ayaq yolu
kağızına uyğun azaqlar altındadırlar . Böylə gediş rabotlar istəyidi .
Məndə bu atılmışlar kimi bir çatı altında ölümə sarı grdirəm . Hər gün psost
qutusunu açıb , məktub bombardımanı ilə üzləşirəm .
Bu məktub məhkəmədən .
Bu məktub vergi idarsəsindən .
Bu məktub sosıyalsız , sosiyal idarəsindən .
Bu məktub bankdan .
Bu məktub polisdən , və , və , və …
Hər zaddan öncə məhkəmədən gəlmiş məktubu açıram . Düşünürəm ki mənim
məhkəmələlik bir işim yoxdi . Paketin ağzını açır kimi , bir tülkü
şəkilini
görürəm . Bu anda qarqa ilə tülkü dastanını anılayıram . Məktubda yazıb ki ,
1990 inci ildə yazdığın dilkcəyə baxıldı . Dediklərizdə tanıq olmadığı
için sürəc yekumlaşdı . Min avra məhkəmə sürəcinin dəyəridi , versəniz adizi
bilgsayardan silərik . Ama verməsiz , bil haaaac !!!
Gövdəmi üşüdmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır .
Vergi idarəsindən gəlmiş məktubu açıram və bir qarnı şişmış zəli şəkilini
görürəm . Mirzə xanım yazıb ki , illik gəlirizin otuz fayızını iki həftə
sürəcində ödəməlisiz .
Gövdəmi üşüdmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır .
Sosıyalsız , sosyal idarəsindən gəlmiş məktubu açıram və boynu bükük bir
arıx meymun şəkilini görürəm . Mirzə ağa yazıb ki , yarın saat səggizdə
sosiyalsız , sosiyal idərəsinin beşinci saylı otağında olun . İki mindən ,
iki min on-birə qədər gəlir qaynaqlarızın orjinalı ilə bitgə , cocuqların
doğum kağızını gətirin .
Gövdəmi üşütmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır .
Düşünürəm , indi iki-min doqquzdi , iki-min on ilə on-birin kağızlarını
hardan bulum . Ertəsi gün sosiyalsız , sosiyal idərəsinə baş vırıram . Hər
otağın qabağında yüzlərcə ac-yalavac meymun görürəm . Səggiz saatdan
sornra içiəri keçirəm və sorur :-
-Bəlgələri gətirdin mi ?
-Gətirdim !
-Neçə uşaq varız ?
-Beş !
-Bilgisayarda iki yazılıb ?
-Yalnışdı !
-Yalnış deyil , gedin iki min on-birə qədər gözləyin !
Gövdəmi üşütmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır .
Sanci içində qarnım , geri dönürəm .
Bankdan gəlmiş məktubu açıram və bir boynu yoğun ay görürəm . Bankin
göndərdiyi para bəlgələrində iş-sizlik maaşı az göstərilir . paranın qırx
fayızı özəl cibə gedir . Kimin cibinə gedir bəlli deyil .
Gövdəmi üşütmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır .
Polisdən gəlmiş məktubu açıram və kağıza baxan kimi bir yırtıcı aslan
görürəm . Məktubda yazılıbki , edilmiş cinayət zorlama .
Gövdəmi üşütmə tutur , əl-qol əsir , ürək çırpınır və başım rabotlaşır
deyə :-
-Harda baş verib bu cinayət ?
-Kim zorlanıb görən ?
Polis idarəsinə gedirəm :- -Adın ?
-Mıqılıxan !
-Soy adın ?
-Cıqlıxan !
Bu anda rabotlaşımış maşın kimiyəm . Polis düyməni basır .
Sağa dönürəm .
Düyməni basır ,
Düz gedirəm .
Düyməni basır ,
Nərduvanların alt qatına yenirəm .
Düyməni basır ,
Kiçik bir qapı açılır .
Düməni basır ,
Içəri keçirəm .
Düyməni basır ,
Qapı qapanır və orda qalıram .
Çünki birinci qat yurddaşıyam.
Yük altında qalmış kimidi zaman və bir qadın bənzər cocuqlar doğur
sankısız .
Və inanıram ki ,
Bu durum bütün ölkələrdədi , yalnız bizim şəhərdə deyil ki .
VƏ BİR COCUQ SEVİRƏM UZAQLARDA
M. Ərğəvan
23/08/2009
YORUMLAR
Henüz yorum yapılmamış.