- 1030 Okunma
- 1 Yorum
- 0 Beğeni
ÇİNGƏNƏ
Gecə saat dörd idi , yuxudan oyanıram . Yatağdan qalxıb , bir başa qazı
yandırıram və çay dəmləyirəm . Bu anda çingənə royasına dalıram .
Nə deməkdi çingənə !?
Vəya hansı anlamı daşıyır , gənə-çin !?
Sizcə düşündürücü deyil mi ?-bu sözcüklər !
Gerçəkdən çingənə olmasaydı , onun yerinə , nə kimi bir söz işlədərdik ?
Böylə bir xəyal dənizində , gəmisiz üzürəm . Çünki gecə saat dörd aradı .
Mən isə yalnız başına öz-özüm ilə paylaşıram .
Bir anlam bulmaq için sözcük nehrəsində ,
Çingənə ,
Çin-gənə-çin ,
Gənə-çin-gənə ,
Çin-çin , gənə-gənə , çin-çini çalxalayıram . Öz işimdə kimi bir neçə sorğu beynimə daşlanır .
Nə iş görəndə deyilir çingənə ?
Nə deməkdi gənə-çin-gənə ?
Nə için yarandı çin-gənə-çin ?
Hə , bu sorğular deyir:-
-İnsan bir canlı varlıq olduğu için , hər an axtarışdadı . Ona görədə dəyərlı və dəyərsiz sonuclara varır .
Bir çoxlari dəyərsiz işlər sonucunda , özünü qınayır . Bu qınanışa çingənəlik söyləyir .
Məncə yalnış deyimdi bu deyim . Çünki insan , andan-ana gedişdədi .
Bir yerdə dursa ,
Bir yerdə dayansa ,
Bir iş görməzsə ,
Əlini ağdan-qaraya vırmaz olursa , çingənəlik sözü doğulmaz . Hər hal buda bir deyimdi . Böylə deyimlər düz və yalnış olsada , heç kimə zərər verməyir . Onda ,
Çin-gənə-çin ,
Gənə-çin-gənə ,
Nə olan bir zaddı ?
Dedim ki , insan deyilən varlıq , gediş boyu nə isə etmək zorundadı . Hər hansı bir gediş , olumlu sonuc verir kimi alqışlanır . Olumsizliq vəya yalnışlıq törədilirsə çəngənəlik anılanır . Kimsəyə zərəri toxunmayirsa suc deyil . Çünki insan insandırsa , bilə-bilə yalnış yollara düşməz . Əyər birisi
düşünüb-daşınıbda , insana qarşı tuzaq qururusa , ona nə deyilər sizcə ?
Məncə !
Çin-gənə-çinlik ,
Gənə-çin-gənəlik ,
Çin-çin , gənə gənə , çin-çinlik ,
Gənə-gənə , çin-çin , gənə-gənəlik , deyilir .
Sorğuya nə için böylə yanıt söylədiyimi biləcəksiz . Yalvar edirəm tələsməyin . Çünki gecə saat ara deyil indı . Zaman səggizi çalır .
Gündəlik işim deyə , düşüncələr içində yazıram . Bilgisayar varağına söz çiləyirəm . Birdən qapının zili gur gur . Özümdəsiz yerimdən daşlanıram . Soyuq tər gövdəmi bürür . Kimdi bu ?-deyə yazıdan ayrılıram . Qapını açıb , postaçını görürəm . O , bir bəlgə verib getedi . Düşüm dağılmasın yazının ardını tuturam . Bir neçə saatdan sonra , yorğunlaşıram . Gecə dəmlədiyim çaydan qurtum-qurtum . Yenə xəyalımı çingənə söz əsir aparır . Sanki bəlirsiz küçədə , saysız ev arayıram . Boş ver deyib , postaçının verdiyi bəlgəni oxuyuram . İstnbulda ki arxadaşın , kitab göndərdiyini bildim . Ancaq post adresi yaşadığım məhlədə deyil . Özümə dedim həəə , sayın çingənə sözcüyü öz anlamını sərgiləyir eləbil . Baxalım nə olay baş verəcək .
Və deyirəm HƏƏƏ…torbada pış-pış .
Və deyirəm HƏƏƏ…pış-pış torbada .
Telefun dəstəyini qaldırıb , Türkiyə ilə İstanbulu və sonra ev sayını yığıram . Bir neçə an gözləyirəm . Birdən Farsca ( aradığız kişi başqası ilə danışır ) yanıtını eşidirəm . Öncə çaşıram , bəlkə İran sayını yalnış yığmdım deyə düşünürəm . Bir neçə kərə dönə-dönə yoxlayıram , yenədə farsca ( aradığız kişi başqsı ilə danışır ) deyir .
Və deyirəm ÇİN gənə ÇİN . Torbada pış-pış .
Və deyirəm GƏNƏ çin GƏNƏ . Piş-piş torbada .
Bu an iki kərə asqırıram , Tanrı deyən olsa bölə olaz deyə bırnımın lılığını sillərək :-
-ÇİN gənə ÇİN quyruğunu tutdum . Türk höküməti və ölkələr ara telfeun simləri Fars dilini farsllardan yaxşı öyrənmişlər !
Hahah-huhuuuuuu ???
-maraqlı deyil mi ?
Birdən xəyalım soncuğa qalxır . Eşşək arısı sancib kimi qabırqamı gəmirirə-gəmirə :-
-Eeddee , Berlində oturub , İstanula telefun açıram , yanit farscadı . Bu nə olan işdir deyə :- -ÇİN ÇİN gənə ÇİN ÇİN və torbada pış-pış !
-GƏNƏ GƏNƏ çin GƏNƏ GƏNƏ pış-pış torbada !
deyib yazıya başlayıram .
Ertəsi gün beynim çin-gənə-çin olmuş idi . Bayıra çıxmaq istədim . Köynəyimi
geyinib , saçlarıma daraqladım . Ayaq-qabıları ayağıma keçirib , evin nərduvanlarından aşağı düşürəm . Bu anda qonşu ilə üzləşirəm . Məni görən kimi gülüşləri bomba kimi şaq a şaq . Bir
söz demədim . Üzümə baxır gülür və gözlərindən yaş sellənir . Mənidə gülmək tutur . İkimizdə ucadan gülürk . Ama nə için gülürük , mənə bəlli deyil . Biraz keçir , özümü ələ alıbda :-
-Bağışlayın Ela xanım , nə olub böylə gülürük !?
-Başını sağ-sol edib:- -Hara gedirsən belə ?
-Post idarəsinə !
-Şalvarın yox mi ?
Birdən özümü sezirəm , şalvar geyinməmiş posta gedirəm . Gövdəmi sicaq tər bürüdi .Dam-duvar başıma hərləndi sankisiz . Ela xanım bir daha ucadan güldü və beşıncı qata doğru .
Mən isə nərduvanlardan yuxarı qalxıram . Ev qapısını açıb , içəri geçirəm və doğurdan çingənə olmuşam deyib şalvarımı geyinirəm . Yenə nərduvanlardan aşağı düşüb , posta gedirəm . Ama yol
boyu ( aradığın kişi başqası ilə danışır ) fars cümləsini düşünürəm . Demək ,
ÇiN ÇİN gənə ÇİN ÇİN , torbada pış pış .
GƏNƏ GƏNƏ çin GƏNƏ GƏNƏ , piş piş torbada .
Deyib saqqız kimi çeyniyirəm .
Hava çox isti idi , metroya minirəm . Bir neçə duraqdan sonra düşürəm . Iki saat keçir və gəzdiyim post adresini tapıram .
Post idarəsi qalabalıq idi , quyruq düzülmüş idi , Sıranın sonunda durdum . Yarım saat keçir və sıra mənə çatır . Post işcisi ilə üz-üzə dayanıram . Qamış adam olduğunu başa düşürəm . Üzümə baxıbda:-
-Nəistəyirsən ?
Barmaqlarım ilə Lal oyunu çıxardaraq bəlgəsini masa üstünə qoyuram . Ağzı qulağının dibinə gedərək :-
-Lalmısan
-Hə !
-Pasport !
Masa üstünə qoyuram .
Yaşadığın ev kağızı ?
Masa üstünə qoyuram .
O , pasportun altına və üstünə baxıbda varaqlayır . Sanki ucaq Limanıdı və məni gülmək tutur .
Göz altı , dəvə nalbəndə baxar kimi , pasportun solunu-sağını vərəndazlayıbda :-
-Nə göndəriblər ?
-Kitab !
-Hansı Firmadan ?
-Özəldi !
Onun sorğularını ustad lal kimi yanıtlayıram . Pasportu üstümə atır və bir kartun masa üstünə qoyudi . Əyilib masanın altından bir Ətci pıçağı çıxarır və uzadıbda mənə :-
-Aç ağzını !
-Nə için ?
-Yoxlanmalıdı !
Ətçi pıçağını sol əlimə alıb , kartuna bir osmanlı qılıncı endirdim . Kartun tikə parça oldu . Kitabların bir neçəsi masadan yerə düşür və üzümə baxaraq :-
-Nədi bunlar !
-Kitab !
-Yazıcısı kim ?
-Mən !
-Nə konu üzrə yazılıb !
-Bilməirəm !
-Türkcə mi ?
-Hə , oxuya bilirsən , biri sənin !
-Türkcəm yoxumdı !
O , kitabları birər bir varaqlayır , sonra kitabların qutusunu param parça edir . Masa altına atıbda :-
-Aparın !
-Bu qədər kitabı qutusız necə aparım ?
-Mənlik deyil !
-Nədən qutunu çırdınız ?
-Çünki ölkələr arası post ilə heroyin , tiryak və həşiş daşınır !
Kitabları qucağıma alıram və post idarəsindən ana küçəyə çıxıram .
Havanın isti bürgüsü soluq içir . Bir ağac kölgəsinin altında oturub ciqara yandırıram . Bu an çingənə sözcüyü xəyalımı bombalayır . Havalı adamlar bənzər
Postda ÇİN gənə ÇİN çin çin .
Telefun simlərində GƏNƏ çin GƏNƏ çin çin .
Hər iş görürsən ÇİN gənə ÇİN .
Bu çin ,
Bu gənə ,
Bu piş piş ,
birləşib tutəyimin neçə deşiyi var , onuda öyrənmək istəyirlər .
Haaa !!!
Huuu !!!
Hiii !!!
deyib kitablara bir yumuruq . Ayağa qalxıram , qucağımda kitablar yeri ha yeri və metroya çatıram .
Yolçuların gözü məni izləsədə vecimə deyil kimi evdələşirəm . Kitabları bir
yana atib , çingənə dunyasına dadlıram . Gözlərimin önündə ÇİN GƏNƏ ÇİN sözcükləri tans edir . Məndə bu üç sözdən bir şarkı qoşuram və çox ürək ilə :-
-ÇİN ÇİN ,
-GƏNƏ GƏNƏ ,
-ÇİN ÇİN ,
GƏNƏ GƏNƏ ,
şarkısını oxuyuram . Bir ləhzə asqıraq ardınca asqıraq , məni məndən qoparır . Bir neçə saat
ötür böylə . Düşünürəm birdə telefunu yoxlayım . Əl atıb telefun dəstəyini qaldırıram . Öncə Türkiyə sonra İstnbul və ev sayını birər birə yığıram .Obaşdan farsca ( aradığız adam başqasi ilə danışır ) . Ankaranı yığıram , obaşdan farsca ( aradığız kişi başqası ilə danışır ) cümləsini eşidirəm .
Özümə haha .
Özümə huhu .
Özümə hiiii və huuuu çəkərək :-
-ÇİN GƏNƏ ÇİN ,
-GƏNƏ ÇİN GƏNƏ ,
deyirəm . Bir an ağlıma düşdü , Bakı ilə danışım . Öncə ölkə sayını , sonra bakı və ev sayını
yığdım . Simin obaşında qiyamət qopuş idi . Əlli-atmış səs bir birinə
qarışıb , kim kimə dünyasıdı . İki-üç kərə yığdım . Birdən telefunun obaşından
Frsca ( hörmətli abunəçi aradığız muştəri tefunu qapaıdı . İşin gerçəkliyini bilim deyə ,
İstnbula telefun edirəm .
Farsca yanıt verir .
Ankaraya telfun edirəm .
Farsca yanıt verir .
Bakıya telefun edirəm .
Farsca yanıt verir .
Və düşünürəm , ola bisin bu ölkələr farscanı hökümət dili kimi götürmüşlər . Bu günə kimi mən çingənə soraqsiz Böylədirsə ,
ÇİN ÇİN ,
GƏNƏ GƏNƏ ,
ÇİN ÇİN .
VƏ TORBADA PİŞ PİŞ !!!
M. Ərğəvan
16/08/2009