- 2255 Okunma
- 1 Yorum
- 0 Beğeni
BARMAQLAR
Altun hekayƏlƏr evİ/25-- BARMAQLAR
Yerin
Hər yerində
Var günü eyetim
Yoğrular sultan
Əl ilə ayaqdan yetim
Bu deyim
Bir ölçüdü bizim zamana
Vardan gərəklidir insana
eyetim eyetim və eyetim
Dedi :-Ərğəvan
Onu doğma dedi sancılar . Bu sav doğru deyil dedi arzılar . Gecənın sonu idi , basır çiyinlərindən birisi . Dayan və dözdə dedi can iniltisi . Özüdə zor verir gövdəsinə . Çığırtılar çatır , qonşu evinə .
O , doğur bir ərkək cucuq , yaşam izinə və mən isə , gün aydın deyirəm , körpə
gəlişinə…
Bu cocuq doğulduğu gündən , dinc və üzü yola deyildi . Bələkdə bilə , beşıyi uzuquylu devirir . Gözlərindən pırl-pırıl , sevinc qaynayır . Ana
qutsalığı deyir Bu cocuq barmaqsız deyə həyatın varını və yoxunu düşünmə . Çıxış yolunu bul , sonra düşün özünü . Bu acı olaydan ana qutsalığı qorxur və tədirgin anlar keçirir . Boya-başa çatırmaq için , qıpçınma köstərir . Təkin barmaqsız olsad , gövdə və ruhsal baxımdan sağlam idi . Dedi Atasağınlar .
O , hansı zorluqlar ilə üzləşəcək ?-bilməyir . Indilik məmə dünyasında , cocuqsu davranışlar sultanıdı . Zaman görüşü böylə bir san verir :-
-Təkin sultan ,
-Təkin yaradıcı ,
-Təkin aparıcı ,
Düş ilə düşüncə bulağına daş basılmasa əgər .
Təkin ana yandan çox mutlu idi və qutsal ana solrumluluğu :-
-Təkin öncə balıq tutacaq , sonra yeyəcək !
-Təkin öncə düşünəcək , sonra sözünü deyəcək !
-Təkin yaşam için sultan uyğun böyüyəcək !
-Təkin özünə güvənəcək !
-Təkin özünü sağlam insan kimi bilməlidi və biləcək !
Düşünürdü Sevda .
O , şahmat öyrətməni idi və tanışlar ara mənlik yiyəsi idi . Ərkək boyunduruğu altında qapaz yeməyirdi . Yalnız başına mənisəmişdi yaşam tuzaqlarını . Bilirdi hər bir yalnış gediş , bir ömrün uçurum yazğısıdı . Çünki zaman əzablar dağarçığıdı saqınayım .
Yaşam ilə zaman , şahmat oyunları bənzər , bir geri , biri irəli və biri dur ləhzəsidi . Böylədirsə yaşam durağı , döngələr zənginliyini və yoxsulluğunu düşüünmə . Öncə çıxış yolunu tab belə ,
-Təkin , ayaqlari üstündə duracaq !
-Təkin , kimsəyə möhtac olmayacaq !
-Təkin , öz yerini tapacaq !
Bu cocuğu mən doğdum və onun sorumlusu mən . Bilirəm amansız yaşam , şahmat taxtasıdı . Möhrələrin gedişi yazğı sonucu .
Təkin yeddi yaşındadi və sevda eyetimi için özəl öyrətmən tutur . Onun ilə birgə düşünür-daşınır . Görüləcək eyetim başlanqıcı qolay görünməyir və öyrətmən zorluqlar içində .
O , hər gün iki saat Jimnastik eyetimi ilə uğraşır və ayaq barmaqlar incə-incə işə başlayır . Qılça damaraları keş kimi rahatca yığılır açaılır . Sanki yaşam yarışına bir bahdır bəslənir . Və öyrətmən deyir :-
-Təkin , yerdəki karandaşı ayaq barmaqlarının arasına sal və qaldır !
O , gücənərək :-
-Salamıram , qaldıramıram !
-Bax bir , yavaş-yava . Öncə tələsmə qaldır . Qaldırdın mi ?-Sal yerə birdə qaldır !
Bir kərə , iki kərə , beş kərə və sonuc karandaşı qaldırır . Göydə saxlayaraq :-
-Təkin , Karandaş ucunu kağız üzərinə söykə və istədiyin kimi varaqları cız !
O , bir kərə , on kərə və yüz kərə cızır . Bir neçə aydan sonra , ayaq barmaqlari ilə çətinlik çəkmədən yazır . Təkin böylə bir zorluğu qolayca öyrənir və öyrətmən sinaq günündə:-
-Təkin !
-Hə !
-İndi sınaq saatıdı və yaz dediyimi . Yazki , yaşam ilə şahmat oynayıram . Hər bir doğru gediş uğurum . Öz ayaqlarımın üstündə durmaq , böyük qururum . Bu duruum boyu , geriyə dönüş yox və irəli getmək için dikət . Hər bir yalnış gediş , bir ömrün uçurum yazğısıdı . Yaşam ilə zaman , xoş xəyal insanlara amansızlıq dağarcığıdı . Mən şahmat oyununa bənzər , bir geri , bir irəli və bir dur ləhzəsiyəm . Yazdın mi !?
-Yazdım !
-Sən barmaqlarin ilə qaışıq tutmağı öyrəndin , deyil mi ?
-Öyrəndim !
-İndi yemək sınağı deyə bu qaşıq , buda sən , özün yeməyini yeyərsən . Mən gedirəm !
Bu eyetim ölçüsü , öz meyvəsini becərdi . Sevda ilə öyrətmən bir-birindən soraqsız , iş görmədilər . Hər ikisi düşüncə ortağlığında Təkini gəlişdirdirlər . Zaman boyunca yüsək alanda , şahmat bilimini mənimsədi . Təkin , öz işlərini kimsəyə söykənmədən yerinə yetirir . Onun şahmat oyunçuluğu , sanki bir möcüzədi . Yüksək bilinc hissi , tükənməz bir yatırım xəzinəsidi . Bir çoxlar barmaqsız Təkinə özləm çəkir .
O , yirmi yaışna çatır və şahmat uzmanıdı . Sevda ilə birlikdə özəl şahmat okulu açırlar . Onlar mutlu günlər yolçusudu və Təkin bilirdi ki ,
-İnsan , insana amansız yağı ,
-Mənəm-mənəmlik dağıdar ocağı ,
-Bu sayağı ,
-Eyetimsiz insan düşünər .
Sevda məni düşünməsəydi , həyat yükünü necə daşıyardım?-O , özəl yaşamını mənimlə paylaşdı və özünə deyir :-
-Sevdasız bu qədər uğur qazanardım mi ?
-Sevda ömür boyu yalnız qalacaq mi ?
-Sevda insan için , dəyərli bir insan !
-Yetər artıq mən için qıpcanmaq !
Bir gün əlverişli an düşərək :-
-Nədən böylə yorğun görünürsən ?
-Özəl bir okul sorumluluğunu bilməyirsəni mi ?
-Bilirəm , bu qədər çilə nə için ?
-Sən və yaşam için !بای بک
-Yaşam yalnız acılardi mi ?
-Şirinliyi mənə pay deyil !
-Yanıt yalnış , yaşın neçədi ?
-Bilirsən ki , 40 !
-Bu yaş çox mi ?
-Yox !
-Nədən yalnız , gün keçirirsən ?
-Çünki sən varsan və indiyə kimi böylə düşünmədim . Sən nə nədən yalnız ?
-Var görüşdüyümü !
-tanış mi ?
-Sona !
-Hansı sona ?
-Köməkçin !
-Bir neçə kərə atası ilə danışdım , dəyərli və yaraşıqlı kişidi !
-Biz yaşam ödülünü zamandan aldıq , deyil mi ?
-Aldıq !
-Mənə inanırasan mi ?
-İnanıram !
-Oxtay ilə sona yarın bizə gəlir , qız mənim səndə atasını bir düşün !
-Baxalım , onu zaman göstərər !
Və zaman göstərir ki , ki , ki ,
eyetimsiz insan , başsız gövdə və şahmat uçurumu yazğısıdı .
M. Ərğəvan
28/07/2009