- 1458 Okunma
- 0 Yorum
- 0 Beğeni
SADİZİM
Ərğə muəlim meymun yuxusundan oyanır və güzgü önünə keçir . Dünya görmüş saçlarını sezir . Birdən güzgüdə bir meymun görür və çaş-baş içində , yan otağa keçir . Duvarlara yapışdırdığı şəkillərdə , meymun kimi göz oxşayır . Özünə quşqulanıbda:-
-Bəlkə meymun olmuşam , dünyanı meymun kim görürəm . Böylə olursa , böyük dəyişiklik baş verib . Onda Darvin muəlimin fəlsəfəsi düzdü !
-Ərğə muəlim meymun ola bilər mi !?
-Ola bilər !
Çünki geriyə dönüş bir yenilikdi !-deyir . Onun xəyalında ki memun , düşüncələrini qıdıqlayır . Bu an Parlament əməkdaşları telfun açıbda:-
-Ərğə muəlim, iş yerinə tez gəl !
-Birazdan gəlirəm !
-Yubanma haaa, meymunlar yürüşə keçib !
-Xeyir ola !?
-Gəl , özün gör ki memunlar , meymunlar !!!
Deyib , telfun qapanır .
Ərğə muəlimin sezdiyi roya ilə əməkdaş tefunu üst-üstə düşür . O , iş yerinə gedərək :-
-Dondurma satır meymunçı !
-Araba sürür meymunçı !
-İnsanı qapır meymunçı !
-Siyasət yapır meymunçı !
Uzün sözün qısası , bütün varlığını meymun konusu gəmirir və qulaqlarında səslənır:-
-Yandırın !!!
-Qırın !!
-Dağıdn bu iblis yuvasını !!!
-Dardan asın muhabirləri !!!
-Sındırn qələmləri !!!
Bu cumlləri eşidir deyə insan özünə qulluq etməzsə , dəlisov olur böylə deyir . O, iş yerinə çatır və görür otaqlar küllük yuvasına dönüb . Bütün olanaqlar havaya uçurulub . Ərğə muəlimın gözləri qaralır və bardaş qurub yerdə otuubda :-
-Kirpit çöpü ilə döymə məni !
-Qarqara sapı ilə asma məni !
-Burama məni !
-Qırma məni !
-Necədir anmayam , qalasan yana-yana söyləyir . Ama umidini qırmayır hələ və bir neçə günlük Avrupa seyrinə çıxır . O, hansı ölkəyə ayaq basır , öncə vəhşılər bağına gedir . Yeni tanış olduğu memuncuqlar ilə ölkəsindəki meymuncuqları qarşılaşdırır . Bu an Darvin muəlimin fəlsəfəsinə quşqulanır . Çünki yeni tanış olduğu meymuncuqlar birzca ağılıdı . Davranışları pamıq kimidi və dişləri rezindəndi . Adamı dişləyəndə , qaşov sürəci anılanır . Ama ağrısı , bir neçə ildən sonra dədə yandırır .
Ərğə muəlim fikirləşir ki , burda nəsə var . Ama ipin ucunu bulamayır . Bu xəyal , bu düşüncə içində Berlin şəhərinə qonaqlaşır . O, bir Türk qahvəsinə gedib, çaylaşır. Hüriyyət qazetini varaqlayaraq , meymun konusunu unudur . Ayşə Nənəyə viza verilməyir , başlıqlı yazını oxuyubda :-
-Həəə , boş ver Darvini . Arı pətəyinə barmaq uzadacam . Demək , ipin ucunu tapdım . Bu olayın ardını tutaram .
O , ilk öncə yabancılar idarəsinə baş vırır və viza konusunu sorurubda :-
-Viza konusu elçiliklərin işidi , deyirər !
Ərğə muəlim bildiki , viza ilə yabancılar idarəsi ilgilənməyir . Artiq bilgi toplasıən deyə ,
Asma ,
Kəsmə ,
Burama ,
Qırma ölkələrin elçiliklərinə üz tütür və qapıdan içəri buraxılmayır . Ərğə muəlim artiq bilgi toplasın deyə şəhəri dolaşır kən , böylə bir söyləyiş :-
-Xanım viza haqqında , nə deyə bilisiz ?
-Zamanım yoxdu !
-Bağışlayın ağa , Alman elçilikləri nədən viza verməyirlər !?
-Bura Berlindi , marağında deyiləm !
Ərğə muəlim heyrət içindədi, ama inadından dönməyir . Bu anda bir yaşlı qadın ilə üzləşərək :-
-Bağşlayın xanım , Parlament qazetinə bir sorğu , olur mu ?
O , çox gülər üz ilə :-
-Əlbətə !
-Adiniz ?
-Karın, Karın Rudo !
-Xanım Rudo yaşınız və işiniz ?
-Yaş altmış-beş və iki ildi əməkliyəm !
-Əməklik parası yetərli mi ?
-Yeddi yüz avro əməkli parası alıram !
- Görür mü ?
-Dörd yüzü ev kirasına gedir , yemək için üç yuz qalır . Buda iki həftənin xərcidi !
-Para bitikdən sonra ?
-Gecələri birə şüşələrini toplayıb , satıram və böyləsinə gün keçir !
-Alman elçilikləri viza için , nədən zorluq yaradırlar ?
-Bilməyirəm, ama sizdən bir sorğu ?
-Eşıdırəm !
-Nə zaman ölkənizə dönürsiz ?
-Hələ işim çoxdu , haçan dönərsəm , görüşünə gələrəm !
Başqa bir yabancı qadin ilə :-
-Xanım siz Almanlı deyirsiz, hardan gəlibsiz və neçə ildi Berlindəsiz ?
-Yoquslaviyadan gəldim və otuz ildi Burda yaşayıram !
-Almancaniz yox kimidi , nə için dil öyrənmədiz ?
-Otuz il öncə çalışmaq için gəldim və illər boyu ağır işlərdə çalışdım . İndi azarlamışam, fabrikalarda kölə kimi tər tokdüm . Biz bura kölə kimi gəldik . Qötə biliyurdu çağırış göndərmədi !
-Gəldiyiz anlar Berlinin durumu ?
-O zaman bir otaqlı daxma kıraladım . İki ayilə bir otaqda yaşadiq !
-Maraqlıdı , açıqlama verərdiz mi ?
-Ev yiyəsi gecələri çalışırdi , mən və ərim gündüzlər . Doğrusu iki ayilə
bir yataqda gecəni , səhər edirdik . O, zamanlar Berlində işiq yerinə mum yandırılırdı . Ayaq yolu yoxudu bilə !
-Bu gün yabancılar , nədən dişlanır ?
-Eşşək körpüdən keçib , odur ki !
-Başa düşdüm , viza işi çox zorlanıb , bu haqqda nə deyə bilisiz ?
-Vallah bilməyirəm !
Bu an bir bəzənmiş Alman qadini gəlir . Ərğə muəlim önünə keçərək :-
-Xanım viza… viza…
O , Ərğənin sözünü kəsərək , bir sağ çiyninə baxır fis , bir sol çiyninə baxır fis .
-Nə dedin ?
-Viza haqqında fikiriz ?
Xanım dimdik dabanca :-
-Fis , fiss , fissss !!!
Ərğə görür ki adres çox yalnışdı və fislar için sağ ol deyir . Qötə biliyurduna gedir . Bir eyetim görmü gənc xanım ilə :-
-Adiniz ?
-Regina , Regina bak !
-Nə üzrə eyetim görürsüz ?
-Diplomatıya üzrə !
-Viza için bir neçə sorğu ?
-Bu konu diplom işimdi , yetərin qədər bilgi varım !
-Hürüyyət Qazetinin yazdığına görə . yetmiş yaşlı Ayşə Nənə için viza
verilməyir ?
-Sorğu aydın deyil , açıqlarmısan !
-Ayşə Nənə yirmi beş il Almaniyada yaşamış . Oturumu sürəsizdi . İzin için
Türkiyəyə gedir . Pasının zamanı bitmiş və yeni pasport almış . Alman elçilizi viza verməyir !
-Nə için ?
-Elçilik deyir , get öncə dil örən sonra !?
-Əlbətə bu konu yeni deyil , gənəllik ilə yabancılar oyanıq davranmalıdı . Öncə deyim ki , yalnışlıq Ayşə Nənədən başlayır . Çünki əsgi zaman deyir indi . Avrupa birliyi yarandıqdan bəri , durum dəyişib . Ölkə yatırımı dışarı daşındı . İşsizlik və sorumsuzluq ölçüsüzdi . Sadizm başqa ölkələr kimi vətənimdə at oynadır . O , dur ki …!
-Üzür dilərəm sözünü kəsdim . Sadizm için bir neçə cümlə açıqlarmisan və bunlar kimlərdi sizcə ?
-O adamlardi ki , öz çətinliyini və öz çatışmazlığını başqalarının boynunda görürlər . İnsanlara işcəncə verməkdən ləzzət alırlar . Avrupa birliyi yaradıldı , sınırlar qaldırıldı . Belə düşünürdum , insanların yaxınlaşmasına uğur gətirəcək , bir böylə birlik . Ancaq sürəci tərsinə gördüm . Gündən-günə sadizm siyasəti güclənir . Demokratlar isə sadizmi millət qurur hesab edirlər !
-Sizcə sadızm , gələcək için bir təhlükə olur mi !???
-Çox böyük təhlükədi . Avrupalılar sadizm təməlli bir impraturluq qurmaqdirlar . Gün gələr , Çin və Erməni vəhşliyini kölgə altına salar , bu sadizimçilər !
-Nədən böylə düşünürsiz ?
-Sadizim çox incə yürüdülür , demokratlar isə göz ardına atır bu konunu !
-Örnək ?
-Avrupa parlamentini sağçılar təmsil edir . Hər ölkədə söz sağçılarındı . Bu gediş sadizm yürüşünə və gəlişməsinə bir nədən . Marlaqıdır ki bu acı olayı vətənsevərlik kimi dəyərləndirirlər . Böylə gedərsə , öncə bizim zəkilər basqı altında qalacaq . Bu sadistlər Almanlı-yabancı tanımaz !
-Birlik yarandiqdan sonra , Almanıyada yabancı azaldı mı , çoxladı mı ?
-Sınırlar aradan qaldırıldıqdı deyə yabancıların çoxu geri döndü . Yabanci idərəsinə baş vırma sifirə çatdı !
-Avrupa ilə Türkiyə arasında viza götürülsə necə ?
-Bu konu diplom işim olduğu için çox incəlik ilə araşdırma apardım . Avrupa ilə türkiyə arasında sınırlar açılırsa türklərin çoxu , yurduna çəkib gedər !
-İndi nə için çəkib getməyirlər ?
-İllər boyu Alman torpağına əmək vermişlər . Bütün sağlıqlarını burda
itirmişlər , öz vətənləri kimi çalışmışlar . Məndə bir türk olsam geri dönmərəm !
-Türkiyədən , Avrupaya can atan , indidə çoxdu ?
-Səndə bizim sadistlər kimi sorğu verdin , elə deyil . Avrupadan soraqsız türklər , bütün olanaqlarını qaçaqçılara bağışlayır . Düşünürlər ki , Avrupada istəklərinə çatacaqlar . Çox zorluqlar altında , bura gəlirlər . Hər zadi tərsinə görüb , geri dönəməyirlər . Qaldı ki Türkiyənin , indi ki durumu , bir çox Avrupa birliyinə qatılmış ölkələrdən daha yaxşıdı . Ayşə xanımları sokaklarda saxlamaq sadizim siyasətinin gerçəkliyidi !
-Gəncilik için deyəcəyin ?
-Avrupa gənciliyini çox ağır günlər gözləyir . Bu haqqda bir rumanca danışmaq olur . Ancaq yabancı gəncilərin dil öyrənməsi gərəklidir !
-Söyləyiş için sağ olun !
Ərğə muəlimi Ayşə konusu və meymun səsi yenə buraxmayir . O , Ankaraya uçur . Uçaq göydə süzərək :-
Göydə uçuram meymun ,
Yerdə qaçıram memun ,
Dənizdə üzürəm meymun deyə-deyə Ankara hava limanına enir . Bir takısı kıralayır və yol boyu :-
-Nereden gəliyorsiz efendim ?
-Almanıyadan !
-Ora durum nasıldı ?
-Çok iyi efendim !
-Bilyorum , ne iş yapiyorsiz ?
-Bir neçe Fabrika varım , Almanıya başqa bir ölkedi efendim . Bir kaç sene çalşyorsin , milyoner oliyorsin !
-Benim aqrabalarım Kölnude yaşıyorlar , İyi para qazaniyorlar !
-Bilyormsin efendim , Avrupada ve özəllik ilə Almanıyada yağmur yerine avro yağıyor !
-Şaka yapmaya , böyle iş olur mu ?
-Olyor efendim , oliyor !
-Sen kafani yemişsin , çatdik haa . Burası Almanıya elçiliyi . Ərğə muəlim taksı parasını ödəyir və elçiliyə doğru ,
Asma ,
Kəsmə ,
Qırma ,
Burma ,
Çırma elçilikləri deyil Alman elçiliyi . Demokratik Amanıyanın , insan sevər elçiliyidi . Ancaq dil sadizimi qabarmasın deyə Almanca danışaram . O Elçiliyə gedir və Parlament muhabiri kimi böylə bir söyləyiş
-Sayın elçı , bir çox türk vətəndaşları viza için çətinlik çəkirlər . Sizcə bu viza aradan qaldırılsa , nə ola bilər !?
-Heç nə olamaz , ancaq ölkələr arası qolay iş deyil bu !
-Hüriyyət Qazetinin yazdığına görə , Ayşə Nənə için viza verilməyir . Bildiyiz kimi uzün illər Almanıyada yaşayıb . Bir neçə aylıq yurduna dönmüş və pasport zamanı bitmiş. Yeni Pasport alır. Bu yeni pasporta viza vırılmayır , nədən !?
-Ayşə olayı yeni yasa deyil . O, yabancıların ki oturumu sürəlidi və Almanıyada yaşamırsa , hər altı aydan bir , giriş-çıxış vırmalıdır !
-Ayşə xanımın oturumu sürəsizdi !?
-Sayın Ayşə xanım almanca bilməyir . Bız vəkilinə yazılı yanıt verdik . Öncə dil kursuna getsın . Sonra giriş vizası verərik , burda nə var ki !
-Yetmiş yaşlı bir qadın , Ankara sokaklarında dil öyənər mi !?
-Dil konusu yeni bir yasadı , mən isə həyata keçirirəm !
-Bu insan haqqlarına sayğısızlik deyil mi !?
-Görünüşdə sayğısızlıq kimi deyil . Örnək olaraq siz almanıyada yaşamayırsız . Ancaq gözəl Almanca konuşursiz , deyil mi !?
-Sayın elçı , Ərğə muəlim ,
ANA DILINDƏN BAŞQA ,
ANA DİLİNDƏN BAŞQA ,
bütün dillərin uzmanıdı . Siz məni Ayşə xanım ilə bir tutmayın lütfən .
Sayın elçı , siz türkcə bilirsiz mi !?
-yox !
-Türk diplomatlari ilə hansı dildə danışırsız !?
-İngiliscə !
Söyləyiş zamanı bitir . Ərğə muəlim elçilikdən çıxar-çıxmaz , bir meymun
dedi :-
-Sorumsuz siyasət sonucu , Ayşə Nənə durumu .
M. Ərğəvan
24/07/2009
( Altun hekayƏlƏr evİ/-- SADİZİM )
YORUMLAR
Henüz yorum yapılmamış.