- 1491 Okunma
- 2 Yorum
- 0 Beğeni
KARDƏLƏN
Altun hekayƏlƏr evİ/ -- KARDƏLƏN
Istanbul ,
Gəlin gözlərində ki , mavi səhərim və toxunur küçələrində xalçasu qədərim . Burası kim-kimə bir yurd , ama doğma . Odurki Istanbul gecələri yoxsul ilə zəngin tanimaz . Bir parca çörək tapılır anlar . Bu becə göy ilə topraq öpüşür sanki . Ulduzlar olduqca yaxın yerə və seyricilər sezir , çaşır . Topraq ocaq közünü aniladir deyə yüyənsiz təhlükə daşlanır . Bu qorxunc usyanı duymadıqda insan , dəyərsiz ölüm yolçusudu .
Bu gecə başqa bir gecədir və qucaq açır , baş verəcək olaylara . Bunu hardan bilsin , Tren ilə araba sürücüsü . Göy qarış-qarış qızarır və gecənın qarası əriyir şafaqlara . Doğalın yer altı partlayışı , Əzrayil ilə qardaşlaşır deyə ölüm rumani yazır . Bu anda Dinanın hürüşü , acı soraq verir . Ama kimsə dinləməyir bilə , Beşqatli evin nərduvanların cirmaqlayir .
Təprəm yürüşünü . düşünməz tikinti Firmaları . Para için kölə kimidilər və kimsənin önündə sorumlu deyilər onlar . Balıq başdan iylər əfəndilər ilə yarısı sənin , yarısı mənim beləlik . Beşqatlı ev arı pətəyinə bənzəyir və hər bir qatında , yaşlılar ilə cocuqlar .
Bina Lağımında Ərdəm ayiləsi ilə yaşayırdı . Onların evladı olmasada , mutlu gün keçirirdilər . Ərdəm kömürçu idi , eyetim görməmiş kimi . Ancaq davranışında ərkək hakimliyi sezilməz idi və görüləcək işlərində İnan ilə paylaşırdı . Illər boyu cocuq özləmi çəksədə , üzə vırmazdı bu konunu . Inan iş-siz idi , zamanın çoxunu evdə keçirər . Qonşu qadınlar ilə boş yerə , çənə döyməzdi . Bir gün İnan çox halsız idi , ürəyı bulanırdı . O , dinlənsin biraz , yataqda uzanır . Dina quş kimi balınc üzünə qonur və İnanın çənəsini yalayaraq
-Haf , haf , haf !
İnan onun ipəksu tüklərini tumarlayaraq
-Nə olub Dina ?
O , qulağını Inanın sinəsinə söykəyərək
-Haf , haf !
-Qarnın acdı mi ?
-Haf ,haf , haf !
-Nə istəyirsən yavrum ?
-Haf , haf , haf !
-Dilini bilsəm , dərdini başa düsərdim !
Bu anda yenə ürəyi bulanir və gözləri qaralır . Bir neçə gün böylə hallar keçırır . Ancaq Ərdəmə bir söz deməyir . Bir ay ötüdükdən sonra , boylu olduğunu başa düşür . Bir axşam Ərdəm işdən geri qayıdır . Inan barmaqlari üstündə oynayaraq
-Bu gündən içgi və siqaranı yasaqladim !
-Kim için ?
-özüm için !
-Bu iki sözdən başqa , hər sözün qusal mənə !
-Yox haaa !?
-Bənə !
-Həyatım , bu iki sözüdə , qutsal kimi düşün . Bu gün siqara içmədim !
-Dogrusu bir möcüzə !
-Bu önəmli möcüzə deyil , yeni mözə baş vermiş !
-Nə olubki ?
-Əlini qəlbimin üstünə söykə və çırpıntılarından bilərsən !
-Eləbil bu gecə aşq rumani yazacaqsan haaa !
-Yox canım , ruman sona çatdi və oxucusu yolda !
-Yaxşi , yolçu gəlincə acimdan ölərəm , yeməyi gətir !
-Mən yolçunu gözləyirəm !
-Çox maraqli danışırsan haaa , nə olub sənə !?
-Heç nə , böylu olmuşam !
-Inamayiram !!!
-Qayışını bərk bağlakı , baba oldun !
Ərdəm onu bağrina basaraq :-
-Ey aşqmin tanrisi !-huzuruna aşq olsun və bağışladığın hədiyə uğur gətirsin , öz ilə !!!
Hər ikisi amin deyərək , Dina yanıt verir :-
-Haf , haf , haf !
Istanbul ,
Gəlin gözlərində , mavi şəhərim və toxunur küçələində xalçasu qədərim . Burası kim-kimə yurdu , ama doğma . Odurki Instanbul gecələri yoxsul ilə zəngin tanimaz . Bir parça çörək tapilir anlar .
Burası İstanbu və tarix anası .
Burası İstanbul , gözəllik Lalası
Burası İstanbul , tacıdı Çanaq qalası .
Və doğuş verir İnan için . bir qız balası .
-Ərdəm !
-Eşidirəm aşqım !
-Kardələn adını sevirsən mi ?
-Sən sevsən yetər !
-Onda uğurlar !
Bir ay keçir , uşaq inci-inci boylanır . Sanki qaranlıqlara çıraq dalğalanır . Gecə saat biri aşmış , Ərdəm evdə deyil . İnan dərin yuxular yolçusu və Kardələn ilə Dina birgə oyaq . Onların miş-miş gözləri mışıl çalır . Yer altı səslər ucalır . Yer bir sağa gedir , bir sola dönür . Daina göz qırpımında bayıra qaçır . Qonşular yarı çılpaq həyət baxcasına qoşur . Bu anda Beşqatlı evin duvarları yerdən-yerə . Cəhənnəm usyanı qopur sankısız . Hər kəs özünü unutmuş . İnan ilə Kardələn , Lağımda qalır . Çıxış yolu qapanmış onlara .
Üç gün keçır , Kardələn ilə İnan topraqlar altındadı . Cocuq bağırır və susmaq bilməyir . İnan köksünə qədər topraq altında hərəkətsiz bilə . Bir yanda Kardələn çığırtısı və gövdəsində yaralar ağrısı . Bir yanda soluq daralır . Qara saatlar basqısı ağırlaşır . Ölüm ilə savaş başlanır qəhrəmancasına . Evlad sevgisi , yaşam aşqı İnan qəlbində ayaqlanır . O , çıxış yolunu bulubda , dişi ilə bağırmağının ətini yarır . Məmə erinə Cocuğun ağzına salır barmağını və damla-damla qan udur Kardələn , ölməsin deyə .
Bu ana aşqı .
Bu ölümə qarşı bir savaş .
Bu yaşam için , bir inanc dirənişi .
Bu İstanbul qadını və Çanaq qala tanrısı .
Dina həyətdə və kimsə yox , haf hafıni dinləsin . Qulağını söykəyərək yerə , haf-haf və dırnaqlari ilə torpağı eşir , gecəni səhərə kimi . O , dayanmaq bilməyir və eşə-eşə özü keçər boyda , yataq otağına bir gilif açır . Içəri keçərək , Kardənın başı üstündə dayanır . Onu qoxulayaraq :-
-Haf , haf ,haf !
Bu an İnan gözlərini açıbda :-
-Ah , Dina yardım et !
Yataq otağıni hava bürüyür , umid çırağı yanaraq , soluq boğuntusu sona çatır . O , Kardələnin üzünü yalayaraq :-بای بک
-Haf , haf , haf !
Kardələn gülümsəyir bir dən , Dina həyətə qaçır . Bu an geçədir və havanın bürgüsü vay-ahına gedir . Ərdəm evinə dönübdə , Beşqatlı binanı çatısız görür .
Heç bir iş düşüncələrinə varmayır . Özünü itirmiş və yalnız qözlərində sel dalğalanır . Dina devrəsinə firlanraq hafıldayır və deşdiyi gilifə sarı çəkmək istəyir Ərdəmi . Dina , yataq odasına keçir yenə . Kardələnın əmciyini ağzına alıib , geri döür . Ərdəmin önündə dayanıbda :-
-Haf , haf !
Bir an özünə dönür Ərdəm və Gedib , ağzını gilifə tutbda :-
-II nn aa nn , eşıdırsənmi !?
-Əə rr dd əm biz , biz burdayıq biz !!!
Gecədir kimsəsiz anlar . Bayquş şarkısı qoşulur boşluqlara . Dina dayanmadan hurur . Yanıtsız ləhzələr acı çəkir , üzü quylu binlara . Ərdəm çaynaqlari ilə deşiyi genişlədir . Saatlar dörd-dördluk vırır , zaman qarasına . Ərdəm gilifi qazıbda , yataq odasına çatır . Otaq qapısını qırılmış görür , bir çiyin vırıçəkir . Qapı yarısına kimi açılır . Öncə Kardələni qurtarır və İnanı ağır qırıntılar altından yavaş-yavaş bayıra çıxarır . Bu an Dina ucadan :-
-Haf , haf !!!
Ərdəm Dinanı qucağına alaraq :-
-Dina !?
-Haf , haf !
-Həyatımı sənə borcluyam !
-Haf , haf !
-Keşgə insanlarda , sənin kimi qurtuluşcu olaydı !?
-Haf , haf !
-Dina !?
-Haf , haf !
-Keşgə Tikinti məhəndislərinin , sən qədər bilincli və sorumluluğu olaydı . Böylə deyil mi !?
-Haf , haf !
-Və sən kimi insan sevgisini anlasaydi insan , tökülməzdi bu qədə , boş yerə qanlar . Böylə deyil mi Dina !?
-Haf , haf !
M. Ərğəvan
19/07/2009
YORUMLAR
Bir deprem ve bir köpek...
Haf haf!... yani köpeğin havlaması yani "hav hav!"
Kardelen doğduktan sonra meydane gelen deprem ve bu depremde toprak altında kalan bir anne ile bir bebeğin hikayesi ve bir de kahraman, vefalı köpeğin hikayesi...
Anne bebeği ölmesin diye dişiyle parmağını kesip parmak ucundan damlayan kanı bebeğine emdiriyor ki bebeği ölmesin...
Ve Dina yani kahraman vefalı köpek, o da anne ile bebeğe ulaşıyor ve de evin babasının toprak altında kalan ailesine ulaşmasını sağlıyor...
Hikaye sonunda hayvanların vefası vurgulanmış, şimdiki zamanın insanlığını eleştirerek...
Bu mesaj şunu gösteriyor ki insanın insana sevgisi, merhameti, vefası kalmamıştır... Yazık...
Kalemin daim olsun Ergevan dost
Anlamlı ve güzel bir hikaye okudum yine kaleminizden.
Kutluyorum
Saygımla