4
Yorum
0
Beğeni
0,0
Puan
1451
Okunma
Altun hekayƏlƏr evİ/ -- YETDİ GÖZƏL
Gecə saat 25...İlin isti bölümüdü , havanın bürgüsü soluq içir . Ərğə muəlim Parlament qazetinə bir yazı düşünür . Bir çox konu xəyalından keçir . Düşüncələrini ələk--qəlbir edərək , başını sağa--sola hərləyir .
--Yazılacaq konular var , ancaq öylə yazım ki , nə şış yansın , nədə kabab
Böylə qarmaqrışıq hal ilə redaksıyadan çıxır . Axşamın susuqunluğu içində evinə dönür . Evdə kimsə yox , yap--yalnız . Nə edəcəyini bilməyir . Bir çox gerçəlikləri göz önünə gətirir . Anacaq qazetdə işiqlandirmağı istəməyir və özünə deyir:--
--Azma çox para gəlir mi ?
--Gəlir !
--Ev-eşiyik var mi ?
--Var !
--Görəvi masasında oturmuşam mi ?
--Hə , oturmuşam !
--Kimsə mənə qaşın üstündə çöp əyridi , deyir mi ?
--Deməyir ?
--Böylə bir anda nəyimə gərəkir , boş--boğazlıq !
--Mən kiməm ki ?
-- Bir muhabir !
--Gerçəkliyi yazsam , nə olarki ???
--Biraz ucadan banlasam , quruşumua düzülərəm . Boş ver , anasını satım iki üzlü zamanın insan sevərliyini . Demokrasi pərdəsi altında vəhşilik baş--alıb gedir . Güc kimdədi , köləsi olduğum gerçəklikdə ondadı . Doğrudan nə deməkdir gerçəklik ?
Boş ver haa !!!--bu çöplük sözcüklər mənim deyil . Görəvimi yerinə yetirdim mi ?
--Hə , yetirdim !
--İşlərim qaydasında mi ?
--Əlbət !
--Nə çox boş boğaz . Onların birini yaxalayıb , bir söyləyiş ilə qazet varaqlarına basaram . İndi içmək və çəkmək vaxtıdır , deyil mi ?
O , çaxır şüşəsinin ağzını açır və su kimi içir . Bir siqaretilk tütün ilə həşişi bir birinə qatıb , yandırır . Bir neçə nəfəs içəri buraxdiqdan sonra , qayğısız dünyasına dalır . Bu an evin qapısı açılır . Yetdi Gözəl evin yuxarı başına keçirlər .
Bir Çindən .
Biri Farsistandandan .
Bir Ərəbisatndan .
Biri Ermənistandan .
Biri rusiyadan .
Biri bulğaristandan .
Və sonunucusu bəlirsiz .
Bu gözəllər , Ərğə muəlimi devriyə alıb , aşq məcilisi qururlar . İçha--iç , çəkha-çək anlar , birni öpür , birni dişləyir , birini ələyir deyə :--
İnsanlar bir kökdən yaranmış bütün .
Kimsə olmamışdı kimsədən üstün deyir Ərğə muəlim.
Doğrusu böylə keyf içində Gəncəlı Nizami anılanır . Bu yetdı gözəllər dostluq , insanlıq və insanların gələcək yaşamına bir ölçüiymiş demə . Bu şölən yığvasının tanrısı , yer kürəsindəki insan boylarına , birlik və insan sevərlik gətirmiş idi . Oda , Gəncəli Nizamının dediyini yerinə yetiribdə , aləm içində aləm yapır . Bu anda hiss edir , yetdinci gözəl seyircisi kimidi . Sanki dərd içində dərd utqunur . Bir ləhzə əlində xəncər , Əzrayil kimi Ərğə muəlimin başı üstünə qonaraq :--
--Tanıdın mı ?
--Yox !
--Əlbətə tanımazsan , özünü unuduba ,
İnsanlar bir kökdən yaranmış bütün ,
Kimsə olmamışdı kimsədən üstün ,
Fəlsəfəsinin sonu sənə bənzər . Mən Türküstan gəzəliyəm , çevrəni almış bu ilançayanlar törəmələri bacardiqları qədər Türk ulusuna xəyənət etdilər , deyib--
Ərğni son dünyalıq edir . O , Kamerasını götürüb yeni dünyanı dolaşarq , Elçi bəy ilə üzləşir . Ondan böylə bir söyləyış .--
--Bəy , sən bir sağlam insan idin , ağır xəstə deyildın . Necə oldu , bizi yalnız buraxıb , bura gəldin ?
--Ərğə bəy , öz xoşuna bura gəlmədim , məni göndərdilər !!!
--Nə için ?
--Çünkü özümə və ulusuma döndüm . Bac vermədim . Yarı vəhşı demukratlara diz köçmədim . Onların aldaıcı oyunlarına qatılmadım . Barış və insan evərlik siyasətini yürüdüm !
--İndiki durumu necə görürsən ?
--Sürəc çox təhlükəlidi . Türklərə qarşı hər yerdə soyqırım gedir . Bu altı gözəllər nəvələri Yetdinici gözəl qoşağını kökündən silmək amacındadı . Bu vəhşiliyə qarşı çıxış yolu bulunmazsa Latın ulusu kimi bizdən bir ad qalacaq !
--Sizin düşüncənizə görə , Gəncəli Nizamı suçludu mu ?
--Konu fərqlidi . O , zaman Türklər böyük imarturluq yiyəsi idi . Gücsüz və etnik topluluqara umid ilə həyat verirdilər . Əritmə siyasəti yasaq idi . İnsan sevərilk için , yetdi gözəl fəlsəfəsi gərəkirdir . Amac yaşamaq və yaşatmaq idi . Türklərin insanlığa verdiyi dəyəri , heç bir siyasətçi anlamamış . Yəni anlamaq istəməyir !
--Ama bu düşüncəniz ilə kimsə paylaşmayır ?
--Çünkü durum əlimizdə deyil . Altı gözəlləri biz yaşatmadiq mi ?
Onlara qardaş deyib bağrımıza basmadiq mi ?
Türk impraturluqları min illər hakimiyyətdə olmuşlar . Hansı bir etnik tayfani əridib türkləşdirmişlər ?
Bu gün , yeni imratular bu soyqırımların sinaristi deyil mi ?
Çin vəhşiliyi , Erməni vəhşiliyi , Avrupalılardan , Amerikalılardan sorqsız olmuş mu ?
--Çıxış yolunu nədə görüsüz , Bəy ?
--Zaman ilə ayaqlaşmaq . Zaman ilə paylaşmaq və zamanın çağdaş yaraqlarına sarınmaq . O , zamana qədər ki Türklər atom bombalarını əldə etməyiblər , bu soyqırmlar davam edəcək . Unutmayinki Türk dünyasının hər yerində ,
Bütövləşmə ,
Millətləşmə ,
Dövlətləşmə devizi , çixiş yolumuzdu !
--Sonsözüz !
--Dəmiri , dəmir ilə döymək gərəkir !
Sağ olun bəy
Ərğə muəlim altı gözəllər aşqına əsruk idi . Doğrusu bu sərxoşluqdan oyanaq diləyində deyil kimi :--
İnsanlar bir kökdən yaranmış bütün ,
Kimsə olmamışdı kimsədən üstün ,
İnsanlara , insan kimi davranmaq , sanki şeir kimi körsənir . Ancaq gerçəkilik güclülərin basqısı altındadı . Sürəc soyqırımı , yetdi gözəllər fəlsəfəsinə boş dastan oxşayır . Qan tökmək və qan içmək ilə yanıt verir . Böylə bir zamanda Ata Türk ilə bir söyləyiş :--
--Sayın əfəndim soyqırımların tanığı olduğum için , bu günkü gənciliyə sözüz ?
--Ey Türk gənciliyi !--birinci görəvin Türk bağımsızlığını , Türk cumhuriyətini qorumaq və saxlamaqdı !
--Varlığımızı və bağımsızlığımızı necə qoruyalım ?
--Varlığın ilə istiqlalın təkcə təməli , heç bir idyoljanan köləsi olmamakdir . Bu düşüncə gənciliyin ən dəyərli xəzinəsidir . Bunu həyata keçirtmək için , iç və dış düşmanların olacaqdır . Altı gözəllər kimi !
Bu anda Ərğə muəlim , əsrukluq dunyasından oyanır . Gecə saat 25 idi . Özünə deyir
--Doğu , Türküstanda soy qırım !
Quzey və Güney Azərbaycanda soyqırım !
Bulğarıstanda zor ilə basqısı və gizli soyqırım !
Kəlkuda daha dəşətlı , silib süpürmək sürəci !
Bu soyqırımların bir tanığı kimi insan olduğumdan utanıram . Ara--sıra düşünürəm bu soyqırımlar sinaristləri nə istəyirlər TÜRK insanından !?
Onların çirkin istəkləri bəllidi . Ancaq böylə cinayətlərə haykırsam , milliçi oluram . Aşırı soyqırımçılar yandaşlarından yaxa qurtaramaram . Ömür boyu ,
Lenin belə dedi ,
Maıo tesedonk belə dedi ,
Tanrı elçiləri belə dedi düşünürəm . Əgər bu dedilər olmasaydi , nə düşünərdim . Bu sorğulara yanıt aramaq vaicdan istəyir . Ama mən vicadnımı satıb görəvi qoltuğunu aldım . Nizamı yetdi gözəlləri yazdı , Nəsiminin dərisi soyuldu . Babək tikə--tikə doğrandı . Minlərcə böylə kimilər , insan şərəfinə gerçək bir bayraq oldular . Sonuc isə soyqırımlar . Parlament qazetniə böylə yazaram .
Sevgili Çin cumhuriyyətinin , Urmuçu şəhərində iki insan sürtüşüb deyə rahatsızlq baş vermiş idi . Umarımki , Çin Komonist Partiyasının ədalətlı məhkəməsi haqsızlıqlara yol verməsin .
Parlament Qazeti
Ərğə muəlim böylə düşüncələr ilə seyr edir soyqırımları ...
M--Əğəvan