- 810 Okunma
- 2 Yorum
- 0 Beğeni
Bura Quzey Azərbaycan
ALTUN HEKAYƏLƏR EVİ/ --Bura Quzey Azərbaycan
Danışır Bakı
Axşam olur , iş vaxtı sona çatır . Redaksıya əməkdaşları bir-- bir hələlik deyib , gedirlər . Sekreterim son yazını oxuyubda , getmək istəyir .Ona dedim :--
--Palaz yazıların əlində qaldım , yazarların çoxuda tanışlardı !
--Bu palaz yazılar gözümünışığıdı . Haçan varaq boş qalır vaya yazmağa halım yox , basıram gedir !
--Ərğə !--məəlim məndə gedirəm , ola bilsin yarın , bir saat işə geç gəlim !
--Sənin bu geç gəlmələrin Ərğə məəlimi boğaza yığıb . İndiki gedirsən , mən qalmalı oldum !
--Nöş ?
--Parlament soraqlarını gözləyirəm . Boş ver , zatdan --matdan bir zad virmi ?
--Var ama azdı!
--Nədi ?
--Vinizavod vodkası!
--O , Alagöz Vodkanı gətir , məni yalnız burax !
Sekreter yarım şüşə Alagöz votka ilə bir neçə yaşıl bibər masa üstünə qoyur və həlilik deyib , gedir.
Mən isə Alagöz Vodkanı damla--damlar içimə buraxıram . Nəisə saat səggiz oldu . Parlamentidən bir soraq gəlmədiyi üçün qapını qapadib , Vəliyef küçəsinə getdim .
Vəliyef küçəsindən , Əliyef küçəsinə keçdim . Əliyef küçəsindən virib , Mirzağa--əliyef küçəsinə düşüdüm və sonucda evə çatdim . Evdəki nə ev , quş yuvasıdı və Mığmığa beşıyıdı sanki...
Evdə oturmuşam və Alagöz vodaka ilə bir şeylər yeyirəm . Xanım isə qab --qaşıq ilə uğraşır . Bu an Radıyonu açıram və deyir :--
--Bura Guzey Azərbaycan!!!
--Dnışır Bakı !!!
--Verlişi aparır Mamov!!!
Qisa soraqlar
1--Bu gün saat 11 iradələrində , Baki Nəft Kademisayına sılahlı saldırıda 13 nəfər cənnətlik olub ,10 nəfər isə çənnətə çatmayıb, hələ yoldadı . Polislər təlim görmüş Köpəklər ilə olay yerini devriyə almışlar . Verilən soraqlara görə , olayı törədən Azərbaycan kökənli Cürcüstan vətandaşı olmuşdu .
2-- Bu gün dünya tantımlı qəhrəman və böyük tarirxcımiz Akademik Ziya Bünyadovun 8 inci il dönümüdü , məzarı nur ilə dolsun . Bu bilim xadimini öldürənlər bu günə kimi tapılmamış və axtarış davam edir .
3 --Bu gün səhər saat 7 didə böyük şərqşanas İsmayil Şəms pıçaq ilə öldürülmüşdü . Polislər təlim görmüş köpəklər ilə evində axtarış aparılar . İndiyə kimi Azərbaycan kökənlı qatıl hara vətəndaş olduğu bəlli deyil .
4-- Redaksiyaya gələn soraqlara görə , Hava quvvələrinin Jenralı ZZ məəlimin qatlı , Azərbaycan kökənli , İsrayil vətandaşı olmuşdu . Araşdırmalar davam edir .
5 --Bu gün Jurnalist AA evindən çıxarkən , bir Azərbazcan kökənli Cürcüstan vətəndaşı tərəfindən qurquşumlanır . Polislər təlim görmüş köpəklər ilə olay yerində olmuşlar . Bu qatilin kim olduğu bəlli deyil , hələlik .
6--Son soraq . İndi SSRi xalq artesti Zeynəb Xanlarovanın mən Savet qızıyam mahnisini...
Bu ləhzə Radiyonu qapadibda;--
Bu Mamov , bayquşun biridi . Nə zaman bir qara olay baş verir , ekranda görünər , deyib təlim görmüş köpəklərin hürüşü qulaqlarımda cingildəyir . Mənisə Alagöz Vodkani içərək keçmişə dalıram . Və Ziya məlimin keçirdiyi seminarı düşünürəm
O , seminarda dedi:--
--Bir çox araşdırma apardım və bu sonuca çatımki Yerazlar ilə Nacvanlılar Ağ qoyun və Qara qoyun deyilər!
Bir nəfər ucadan dedi:--
--Allaha şükürki qoyun deyilik , biz bu məmləkətin Xanı və Xaqaniyıq deyib seminari tərk etdi.
Sonra Ziyanın ölümü haqqında belə bir soraq yayıldı.
Deylənlər.--
Oda neftdən pay istəyirmiş və neftin hardan gəlib ?--hara ?--getməsi bardə ağzından bara qoyub . Bunu eşidən təlim köpəkləri isə aradan götürmüşlər . Məndə özümə deyirəm !
--Qardaşım !--sən bir tarixcisən , işin Ağ Qoyun və Qara Qoyun bölümüdü . Sənənə nəft hardan gəlir ?--hara gedir?-- Bəyəm bilmirsənki , Nəft , Xaviyar və pamıq tarlaları Xan ilə Xaqanlarındı . Bu konuya barmaq uzadanın barmağı kəsilər deyib , Alagöz Vodkadan bir qurtum içirəm .
Bu an İsmayil Şəms gözümün önündə canlanır və deyirəm:--
--Bu Akademikin varı-- yoxu bir neçə kitab olub və onun yaşam tarixcəsi çox parlaqdı .
--Onu kim öldürdü ?
--Nəçün Ətçi kimi pıçaqdan geçirtdilər? --Və bu günə qədər onun dövrəsinə kəpənək kimi firlananlar nə üçün susmuşlar!
--Nədən ?
Yenə Alagöz Vokanı içirəm və öz--özümə deyirəm.--
--Akademik olursan öldürülər !
--Jurnalist olursan öldürülər !
--Jeneral olusan öldürülər !
--Öyrətmən olursan öldürürlər !
--Onda nə iş görməlisənki öldürməsinlər???
--Mən təlim görmüş köpək olmağı düşünürəm . Yenə Alagöz Vodkanı içirəm və sərxoşluq içində soyunub çırıl --çıplaq oluram . Birdən özümü həyətə atıb çığırıram .
--Öldürürlər hay öldürürlər!!!
--Öldürürlər hay ölüdürürlər!!!
Səsimi eşidən qonşular boylanıb , çırıl --çıplaq olduğumu görübbə , Hay-- küy qoparırlar . Xanım səsi eşidir və özünü bayıra atır. Məni çılpaq görübdə:--
--Biyabır olasan , məni biyabır elədın !
--Mən elə biyabır etməyə və biyabir olmaq üçün doğuldum !
--Keç içəri , mənə ər olamdınki , kefli İsgəndər oldun dedi:--
Xanim Əfəndiyeva .
M--Ərğəvan