- 1524 Okunma
- 4 Yorum
- 0 Beğeni
BALACA QIZIL BALIQ
Altun hekayƏlƏr evİ/ 20--BALACA QIZIL BALIQ
Sonda o , tarazlığını itirib , şappıltı ilə suya düşdü . Yenə bir qədər çabalayandan sonra gücünü itirdi . Lakin Balaca Qara Balıqdan yenədə xəbər çıxmadı və indiyə qədərdə səs soraq yoxdu . Burada Qoca Balıq nağılını bitirdi . Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə nəticəsinə tutub dedi:--
--Daha yatmaq vaxtıdır balalarım , gedin yatın !
Nəvə nəticələri ondan soruşdular !
--Nənə can , axı sən Rizə Balığın başına sonra nələr gəldiyini demədın !?
Qoca Balıq :--
--Oda sabah ki gecəyə qalsın dedi .
On bir min doqquz yüz doxsan doqquz balaca balıq bir ağızdan,
Gecəniz xeyrə qalsın deyib yatmağa getdilər . Nənənidə yuxu apardı . Balaca Qızıl Balıq nə qədər çalışdisa yata bilmədi . Səhərə kimi dəniz və Balaca Qara Balıq haqqında fikirləşərək :--Indi birazca yatım , yorğunluğumu alım . Yarın Balaca Qara Balığın nədən səs soraqsız qaldığını Qoca balıqdan soruşaram , deyib şirin yuxulara dalır .
Arxın suyu ləpələnərək gölməçəyə axır . Gecənin mavi yanaqlı səhəri nəğmə çalır və Balaca Qızıl Balığı yuxudan oyadır . Anasını və bacı-- qardaşlarını yuvada görməyib :-- Ahan , yaxşı oldu , onlar gəzintiyə çıxıb . Məndə Nənə Balığın yanına gedib , sorularıma yanıt alaram deyir . O , bullana--bullana narın ləpələri aşır və Nənə Balığın yuvasına çatır . Orda özündən savayı hamını gözü yaşlı görür və astaca anasına yanaşaraq :--
--Nə olub anacan , nədən böylə ağlayırsız ?
Ana Balıq kədər ilə :--
--Nənə Balıq dunyasını dəyişib !
--Necə , Nənə Balıq dünyasını dəyişim mi . Ah , anacan onda bizə kim nağıl deyəcək ?
--Ürəyini sıxma Qızılım , hər zad qaydasına düşər . Bu gecədən özüm nağıl söylərəm . Burada sənlik bir iş yoxdu , get oyna tay tuşların ilə !
Balaca Qızıl Balıq gözlərini oğaraq oradan çıxir və gedib bir qaya dibində dayanır . Nənə Balıq bizi yalnız buraxib getdi və bilmədiyim çox zadları qəbirə apardı deyirdi .
Bu anda Gümüşü Balıq qaya arxasından boylanaraq:--
--Hey Qızılı , nə olub belə öz özünə danışırsan !?
--Bundan artıq nə olacaq Gümüşü , Nənə Balıq ölüb heeyy !
--Necə ?
--Hə !
--Ay qəbiri ışıqlı olsun haaa , dünyanın işi belədi bala . Mini gəlir yüzü gedir . Yazıx bayıra çıxan kimi , küçə balıqları ələ salıb gülərdirlər !
--Nə için ?
--Rəhmətlik sözün düzünü deyərdi . Bir zadı analmadımki , diri ikən bir birimizi görmək istəmirik . Öləndən sonra ahvay çəkib , ağlayarıq . Hərdən düşünürəm ki , bizə düşman gərəkməz !
--Niyə elə düşünürsən ?
--Deyim Qızılım , əsgi çağlardan bəri özgə ətəyindən tutub , özümüzü qamçılayırıq . Bu qədər eybəcərlik olurmu . Sənə bir örnək gətirim . Oğlum Mavisov dəniz aşqına düşdü . Balaca Qara Balığın ardına düşüdü . İndi qazamatda yatır . Kimsənində vecinə deyil . Gör haaa , zaman o yerə çatıb ki , Çömçə Quyruqları meydan sulayır !
--Ne dediyini başa düşürəm , bir neçə sorğu düşündürür məni . Balaca Qara Balıq nədən uzaq dənizlər seyrinə çıxır və onu necə bulmaq olur !?
--Söyləyimda , bir zamanlar uzaq dənizlərin və okyanların balıqları , bizim dənizə axışardılar !
--Nədən axışardılar?
--Çünki yaşam varidi , qardaşlıq və dosluq var idi . Balıqlar bir birinə qayğı ilə yanaşırdılar !
--Sonra bir birinə düşan mi oldular ?
--Yüz əlli il öncə , dənizimizin ucu bucağı görünməyirdi . Qapımız özgələrin üzünə açıq idi . Hər kəs gəlirdi , buyurun yuxari başa deyirdi babalar !
--Sonra nə oldu ki ?
--Heç nə , yersiz gəlib , yerli köçər oldu !
--Elə bil sözlərində nəsə var , hə sonra ?
--İçimizdən didib--dağıdılar , dənizimiz yüz yerə parçalanıb , arxalar döndü . Balaca Qara Balıq bu uğursuzluqların nədənin öyrənsin deyə uzaq dənizlər aşqına düşür və gedər gəlməz oldu !
--Elə buna görə uzaq dənizlərə baş vırmaq istəyirəm !
--Özün bilərsən , uzaq dənizlər yolu gedər qayıdmaz kimidi !
--Bunu balaca Qara Balıq bilirdimi ?
--Məncə bilirdi , ama o , çömcə quyruqlarının tuzağına düşüdü . Bu çömçələr , Saqqa quşundan daha təhlükəlidirlər . Hə , artıq gecdı gedirəm . Haçan görüşdük ardini deyərəm !
O , gedir , Balaca Qızıl Balıq dərin düşüncələrə dalır . Saqqa Quşu ilə çömçələr haqqında fikirləşir . Yeni bilgi toplasın deyə gedir anası ilə böylə :--
--Bu gün Gümüşü Balıq ilə bir saat danışdım !
--Nə dedi ?
--Ağıla batan bir neçə söz açıqladı !
--Onu tanıyıram , iş görməz ancaq gözəl çənə döyər !
--Bilirsən mi anacan ?
--Nəyi ?
--Məndə uzaq dənizlərin sevdasına düşmüşəm . Balaca Qara Balığın ardınca getmək istəyirəm . Onun harda olduğunu öyrənm için , çıxış yolu arayıram !
--Yox haaa !!!
--Həəə !
Dünya görüşlü ana bir söz demədən dərin xəyala dalır və sonra :--
--Mənim Qızılım , gedəcəyin yol başdan--başa təhlükə !
--Bu sözü Gümüşü dedi , elə ona görə səndən soruşdum !
--Duyğulara qapanıb yola çıxmaq doğru deyil . Balaca Qara Balığın ardinca getmək , çox zor mənim balam !
--Hər işi götür--qoy etmişəm və inanıram amacıma çatacam !
--Ancaq bir zadi unutma , yol boyu Çömçələrə uyma !
--Oldu anacan !
--Onda səsnə uğurlar !
Ertəsi gecə , Ana Balıq on bir min doqquz yüz doxsan doqquz balıq ilə şənlik etdilər . Dan ylduzu doğar--doğmaz , Balaca Qızıl Balıq yola çıxır . Bu gediş boyu bir ağ bulud onu izləyərk , əlvan daşlardan , boyalı qumlardan ləzzət alırdi . O , su üzərində bir sürü kölgə görüb diksinir . Sıraya düzülmüşlərin biri :--
--A dostlar , Balaca Qızıl Balığa baxın heyyy , görnə gözəldi heyyy !
Balaca Qızıl Balıq gülümsəyərərək :--
--Gözəllik göz payın olsun buynuzlu . Bu günə qədər sizin kimi balıq görməmişdim !
--Biz balıq deyirik , bizə maral deyərlər !
--Onda çöllərdə qorxusuz otlayırsız demi !?
--Yalnış düşü--nü--rrr !
Bu anda sözünü bitirmədən maral , yerə sərilir və qan arxın suyuna qarışır . Bu qorxunc olayın tanığı arxın lap dərinliyinə cumur . Bu get , ha getdə , zirna səsi eşidir və görürki bir Çömçə Quyruğu tüfeyli çalır . O , Balaca Qızıl Balığıa yanaşaraq :--
--Hara gedirsən , a dostum ?
--Heç yerə , özüm için dolaşıram !
--Gəl bir nəfəs dərib , azca danışaq , görüm hardan ,gəlib hara gedirsən . Bəlkə yardımçın oldum !?
--Heç yerdən gəlib , heç yerə getməyirəm , düz anam gilə gedirəm !
--Hara tələsirsən , dayan çaldığım zirnanın havsını eşit , bu havanı yeni qoşmuşam !
--Doğurdan zamanım yoxdu !
--Elə çıxırki , sən nəğmə xoşlamırsan , demi ?
--Xoşlayıram , ama indi ürəyim istəməyir , hələlik !
Balaca Qızıl Balıq ordan uzaqlaşır və təhlükəni hiss etmədən mavi sular içinə şığıyır . Birdən su qasırğalanır , onu quraqlığa atır . Ölümünü duyarkən , hayıf uzaq dənizləri görmədən öləcəyəm deyir . Andan--ana nəfəsi daralır . Bu ləhzə göy gurultusu dağları yerindən oynadır Onu izləyən ağ bulud qaralır və şıdırğı yağış yağırır . Balaca Qızıl Balığın gözləri ışqlanır . Yağış seli onu arxa salır və on bir min doqquz yüz doxsan doqquz təhlükəni arxada qoyur və Urmu gölünə çatır . Xəzər dənizinə keçmək için keçid yolu arayır . Birdən Suilanı ilə üz--üzə gəlrək :--
--Siz Urmu gölündə mi , yaşayırsız ?
--Necə bəyəm !?
--Öylə , böylə soruşdum !
--Yoxha , gözlərindən həyəcan yağır , səndə mi otaya ?
--Hardan bildin ?
--Mən elə , otay bu tayçiyam , çıxış yolu arayırsan , deyil mi !?
Bunların danışığını dinləyən Çömçə Quyruğu , dəniz qoruqçularına soraq verir . Balaca Qızıl Balıq göz altına alınır . O , Suilanından hər zadı öyrənir . Bir axşam sınırı keçərək tutuqlanır və bir qaranlıq yerə salırlar . Bu ləhzə bir yanıxlı səs eşidir , oyan--buyana göz gəzdirib , səsə sarı süzür . Bir balığın yarıcan olduğunu görür . O , başını qaldırıb :--
--Bəri gəl balaca !
Balaca Qızıl Balıq ona yaxınlaşaraq :--
--Çoxdan mi yalnız qalırsan ?
--Hə !
--Adın nədi ?
--Balaca Qara Balıq !
--Adini eşitmişəm !
--Hardan ?
--Nənə Balıqdan !
--İndiyə kimi Nənə balğın nağıları düşüncələrimdədi , hər zaman onu fikirləşirəm . Yenə nağıl deyir mi ?
--Deyirdi , ama dunyasini dəyişdi !
--Hayif görmədim , sən burda nə gəzirsən ?
--Uzaq dənizlərin seyrinə çıxdım , birdə sənin başına nə gəldiyini öyrənmək istədim !
--Deyirəm axı !!!
--Sən necə tutuldun ?
--Uzun bir hekayədi , qısa deyimki , Saqqa quşunu candan saldım və bir çox balıqlari həyatina qaytardim . Ancaq öz dəngəmi itirib şapıltı ilə suya düşdüb , huşumu itirdim . Sonra gözümü açıb , qazamatda gördüm , özümü !
--Saqqa quşu öldümü ?
--Öldü , bunun ilə iş bitmədi haaa . Onun yerində başqa bir saqqa quşu oturdu !
Onlar danışar kən ağ bulut qaralır . Doqquz yüz doxsan doqquz saat yağış yağırır və gövduş ağzına qədər dolur . Balaca Qızıl Balıq ilə Balaca Qara Balıq govduşdan bayıra hobbanır və qaçırlar . Xəzərin gecidini bulub , ordan keçirlər . Yenə ağ bulud onların başı üstündə görünür , Balaca Qara Balıq :--
--Ağ buld olmasaydı , işiq üzünə həsrət qalardıq , böylə deyil mi ?--Ağ buludun nə olduğunu bilirsən mi ?
--Yox , birnci kərədi görürəm !?
--Yola çıxandan ardimca gəlir , harda dara düşürəm , bir qurtuluşcu kimi dadıma çatır . O , ulusun ölməz ruhudu !
--Demək boş balıq deyilsən , çinədanın doludu və tutduğun amac yalniş deyil dostum . Bizim istəklərimiz üst--üstə düşür demək !
Onlar sərin suları dolaşaraq , bir kol dibində dayanırlar və bir konuşma eşdirlər böylə :--
--Atacan !
--Can balacan !
--Biz burda oturmuşuq . Cütcü dağ döşündə topraq şumlayır . Öküzlərı qamçılayaraq şeytana ləənət deyir . Bizim burda nə suçumuz varki !?
--Oğul , sən hələ cocuqsan , bilmirsənki burda oturmusam . Ama barmağım ökülərin quyruğu altındadı . Bunu cütcu bildiyi için bizi qınayır !
--Atacan !
--Can balacan !
--Bizdən başq şeytan var mi ?
--Var evladım var !!!
--Kimlər olur ki !???
--Çömçə quyruqlarıdı , onlar mən iblisli cibinə qoyar . Bu Çömçələrin şeytanlıqlarını görəndə , özümü bir mələk sanıram .
Bu sözləri eşidən Balaca Qızıl Balıq , dodağnı dişləyir və tutlmağıma nədən Çömçə quyruğu olmuş deryir .
Onlar yolun ardını tuturlar , on bir min doqquz yüz doxsan doqquz gecə gündüz , Xəzəri dolaşırlar . Bir yerdə görürlər ki , bir yığva balaca balıq halay qurub , mahnı oxuyurlar . Balaca Qızıl Balıq ilə balaca Qara Balıq onların mahnılarını dinləyərək , Bənövşə boyalı bir balıq :--
--Niyə gendən baxırsız , gəlin bizə qatılın !?
Onlar irəli yürüyür , Balaca Qızıl Balıq :--
--Mən gözəl və oynaq nəğmlər bilirəm !
Bənövşə gülərək :--
--Sən hardan gəlmisən , bu yerlərin balığına oxşamayırsan ?
Biz ikimizdə bulanlq arxdan gəlmişik !
--Bir gün Nənəm dedi ki , xəzər dalğları buzları əridəcək və parçalanmış arxlar birləşəcək , heyy !!!
Balaca Qara Balıq onların danışığına qatılaraq :--
--Nənə düz deyir . Buzlar əriyəndə bunlanlıq sular durulur !
Bənövşə ilə Balaca Qızıl Balıq bir ağız ilə :--
--Hardan bilirsən ?
--Bu sözü ağ buludun yağışları dedi !
Bənövə gülümsəyərək :--
--Indi gəlin bizə gedək , Nənəm sizi görən kimi sevinər !
Onlar Nənə balığın yanına getdilər və Bənövşə :--
--Nənə ay nənə !
--Nədir qızım !
--Tanış ol , yeni dostlarım bulanlıq arxdan gəliblər , heyyy !!!
--Hardan ???
--Bulanlıq arxdan !
Nənə balıq qollarını açıb , onları köksünə basaraq :--
--Bacı qardaşlarımın qoxusun sizdən aldım . Onların mavi kükrək baxışlarını unutmamışam . Sizin qalacaq yeriz varmı !?
--Sizi rahatsiz etmək istəməyirik . Biz uzaq dənizlər yolçusuyuq dedi Balaca Qızıl Balıq !
Bu anda Bənövşə:--
--Məndə sizin ilə gedirəm
--Nənə balıq izin verər mi ?
--Mən özgür balığam və birey görüşüm çox önəmlidi , öylə deyili mi Nənə !?
--Əlbtə qızım , nə zaman yola çıxırsız ?
Balaca Qızıl Balıq :--
--Əyər dostum hə deyərsə , yarın !
Onlar birgə yola çıxmaq için bir araya gəlirlər . Ertəsı gün hər üçü yola düşürlər . Az gedirlər , çox gedirlər , on bir min doqquz yüz doxsan doqquz aşırımı aşıb , Qara dənizə çatırlar . Sərin ləpələr qoynuna qovuşar kən :--
--Fırtanalı dənizdə
Düşüncələr yelkəni
Daşqın qəhqəhələrdir
Dalğalardaki morda
Aşqıma inancıma
Güc verən ləpələrdir
Gülüm
Dayan dinlə bir
Bu gəmiçi dərdini
Dal xəyala dinilə sən
Birləşir bizim vətən
Deyir Bənövşə . Qara dəniz nehrə kimi çalxalanır . Dalğalar kükrəyişindən , dəniz atları okyan atlayır . Onlar qara dəniz , Marmara və Ege sularındaki balıqlardan dədə qurqud dastanlarını eşidirlər . Bir çox gizli qalmış düşüncələrin , gizlisin örənirlər . Ordan ağ dənizə keçirlər və ağ dəniz qaqayıları susma danış türküsünü söyləyirlər . Bu türkü dünəni , bu günü və yarınları oğuzlaşdırır deyə bir oğuz karvanina qoşulur onlar .
Və onlar on bir min doqquz yüz doxsan doqquz gün yol boyu , bilgi toplayırlar . Bu sürəc boyu bir çox bulanlıq arxdan qaçmış balıqlara tuş gəlilər . Bir gün Balaca Qızıl Balıq , Balaca Qara Balıq və Bənövşə didərgin balıqları bir yerə toplayırlar . Balaca Qızıl Balıq deyir :--
--Hər kəs yeni dünya için çaba gstərcək və aydın sabahlara yol açacaq . Bulanlıq arxımızın durlması bizim əlimizdədi , kimsə gəlib suları durultmayacaq . Gördüyüz kimi balıqlar arası yarış gedir . Bunu duymayan və görməyən gələcək qoşağını köləliyə uğradır . Biz dənizləri dölaşdiq , görmədiyimiz bir çox zadları gördük . Aradığımız bilgini əldə etdik . Bu bir düşüncə yatırımdı , bulanlıq arxımıza . Bilinki dirilik birlikdədi . Biz gerçək birlik və bulanlıq suları durltmaq için geri dönürük !!!
Onlar on bir min doqquz yüz doxsan doqquz balıq ilə birləşırlər və ağ bulud başları üstündə göyərçin kimi uçur . Suların durulmasından Nənə balıq başa düşür . Balaca Qəzəl Balıq sağ--salamt yurduna qayıdır . Nənə balıq birlik yığvasının önündə , Balac Qızıl Balığı görübdə :--
--Ah , mənim Qızılım gəldin mi ?
--Sənə söz vermişdim , sözümün üstündədə durdum !
--Sağ ol balam , bə sən harda qalmışdın Balaca Qara Balıq , illərdi yolunu gözləyirəm !?
--Balaca Qızıl balıq bir qurtuluşçu kimi qazamatdan qurtardı məni . Onun candan keçərliyi olmasaydı , yurda dönəmməz idim !
Bu anda Balaca Qızıl Balıq Nənəsinə dedi :--
--Bənövşə mənim sevgilimdi , nə zaman toy--düyün başlanır !?
--Elə bu gün !
On bir min doqquz yüz doxsan doqquz balıq , birlik adina şölən qurub halay qoşurlar . Gələcək cocuqlar için
M--Ərğəvan