- 608 Okunma
- 1 Yorum
- 0 Beğeni
ŞAMAN GƏLİR
Altun hekayƏlƏr evİ/ ŞAMAN GƏLİR
Mən doğulur var olmaq için .
Bu var nə kimi ?
Bu kimi özü bir yaşam ancaq ,
Necə ?
Mənə gəlincə ,
Bir qopuz , bir tuluq qımız və birdə söz tanrılığı .
Dedi şaman .
Ayaqlarımda dəmir çariq , çiynimdə qopuz ilə bir tuluq qımız . Və əlimdə çəlikdən yoğrulmuş bir çəlik . Ev--ev , kənd--kənd və şəhər-- şəhər dolaşır . Bir zad arayır , ancaq bulamır mən . Dəmir çarıqlar param--parca və əlimdəki çəlik bir qələm . Boyda böylə .
An gecədir , hava buz , yer qar və dəvə yuxusundı , aradığım sanki . Ama şaman oyaq , cırtdan kimi .
Bir ucsuz--bucaqsız yer üstsndə , saysız məzar . Və bu ölülər bizim kimi yaşamamışlar . İndi şaman önündə susmuşlar .
Deyirlər ,
Bunlarda mən olmaq istəyirmiş sanki .
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Ancaq ölülər eşitməz və düşünməz . Yalnız məzar içində , bu dilsiz--ağızsızlar özlərini cırmaqlar . Onlar görür , bir dəniz qan içində çırpınır Naqqa balıqlar və seyir edir susqun ölülər . Ama bir portağal için , bir qarpız için , nələr ilə nələr düşünürlər böylə başsız gövdələr .
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Göz yaşına baxmaz bu kimi ölülər ,
Ara--sıra dirilirlər.
Və tanrı köstərməsin bənzər , dodaq tikirlər .
Və ufda deməyib günü , dərin--dərin yuxulara gedirlər . Və yuxu içində iş--siz qalmasınlar deyə , ölü soyur ölü dərisini . Bu az deyilmiş anlar şəhərlər , kəndlər və ölkələr şumlayır , birər--birər onlar .
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Cumur dənizə , geçir altay dağlar ilə tanrı dağlarına şaman . Və bozqır çöllərdə arayır , aradaığını . Və düşüncələrində bir çox sorğu deyə çatır tanrı gilə .
Bu bir atxarış , bu bir yüksəliş , bu bir dircəliş və bir oyanış deyə ,
--Sən tanrı !
--Mən şaman və bir neçə sorğu !
--Ey mən güzgüsü eşidirəm şamani !
--Tanrı nə demək ?
--Səs , nəfəs və söz demək !
--Səs nə demək ?
--Oyanış , dirçəliş , yüksəliş və dirəniş demək !
--Nəfəs nə demək ?
--Yaşamaq , doğurmaq , yaratmaq , keçmışı bu günü və yarını birləşdirib , can ilə zaman almaq demək !
--Söz nə demək ?
--Söz mən olmaq , sən olmaq və biz olmaq deyə səs ilə nəfəs burda birləşir demək !
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
--Yenə bir sorğu , Şaman nə demək ?
--Birey görüş , birey düşüncə və öz dəyərinə , dəyər verib , başqalarına örnək demək !
--Qopuz nə demək ?
--Düşüncə altı , düşüncə üstü bir qasırğalı boyaq . Bu mən , sən və biz səsini bağırıarq can bulmaq demək !
--Qımız nə demək ?
--Aşq , sevda və sevmək ilə sevilmək demək !
--Aşq nə demək ?
--Can almaq , can atmaq , çırpınmaq , sevgili için can bağışlamaq demək !
--Sevda nə demək ?
--Vırışmaq , çalışmaq , amacına doğru gediş və sevgisinə qovuşmaq demək !
--Sevmək nə demək ?
--Könldəki özəllik ilə gözəllik demək və bax , bu sevmək demək . Yaşamaq demək !
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
--Demək sevilmək , nə demək ?
--Bağışlamq və insan kimi qarşılamq demək !
--Bağışlamaq nə demək !
--Gözəl duyğuları oyatmaq , kötülükərə son qoymaq , barış yaratmaq , dirilik ilə birlik demək !
--Qarşılamaq nə demək ?
--Susmamaq , sudurmamaq , izin verib , izin almaq və ölülərə can vermək demək !
--Ey ulu tanrı ! Ev--ev , kənd--kənd və şəhər--şəhər aradığım , bu demək !
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Dönür geri . Ulayır məzaristan boyu gecənin son anlarina qədər .
Açılır məzarların ağzı birər--birər .Oyanır ölülər .
Ancaq bənzəməyir insana onlar və baş--sızdi gövdələr .
Döşü üstündə təpə gözlər .Baş yerinə göyərib qıra , alça , portağal və xiyar . Onlara günəş yox biri qara , biri duman və biri çənlik kimi seyir edir günü , gün ortanı . Və boyunlarında noxta bilə . Önlərində gedən hara , bu baş--sız güvdələrdə ora .
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Mənə .
Sənə .
Və bizlərə...
M--Ərğəvan
YORUMLAR
Dönür geri . Ulayır məzaristan boyu gecənin son anlarina qədər .
Açılır məzarların ağzı birər--birər .Oyanır ölülər .
Ancaq bənzəməyir insana onlar və baş--sızdi gövdələr .
Döşü üstündə təpə gözlər .Baş yerinə göyərib qıra , alça , portağal və xiyar . Onlara günəş yox biri qara , biri duman və biri çənlik kimi seyir edir günü , gün ortanı . Və boyunlarında noxta bilə . Önlərində gedən hara , bu baş--sız güvdələrdə ora .
Gülür şaman ,
İçir qımız ,
Çalır telli qopuz .
Mənə .
Sənə .
Və bizlərə...
şiir gibi anlatmışsınız yazınızı...
anladığım kadarı ile çok şey anlatmışsınız...
saygılarımla...