- 590 Okunma
- 0 Yorum
- 0 Beğeni
QARA SEVDA
Altun hekayƏlƏr evİ/ --QARA SEVDA
Sevda var ,
İnsanı köləlikdən qurtarir .
Sevda var ,
Ölümdən daha dəhşətlərə uğradir .
Sevda var ,
Açıq söyləyişə bir nədən ,
Bəlkə bir sonuc alsin sevda yolundan , gəlib--keçən .
deyir Ərğəvan
Bura bir urman , burda yaşamayır bir heyvan . Meyvəsiz ağaclar büsbütün qısır , külək qasırğası budaqlar qırır . Bu urman daşıyır ölümü sanki . Quşlarda bu çevrədə uçmayir inanki . Ama sıx ağaclar ortasındada kiçik komalar və gözlərdən ıraq . Ancaq qapıları açıq zindan və yaşayır insanlar .
On ildi bu dusdaq kimi yerdə gecələri gündüzə qatıram . Oturum için gözlərim yol çəkir hələdə . Bu sürəc boyu bir qara sevda öyküsu gerçək və yarınlara yol açmaq içindı bu qara sevda . Bu insandı istəyir yaşamaq . Boş ölümlərə varmaq , özü bir bilməzlik . Çün insana bir kərə verilib dirilik .
Bir axşam soraq yayıldıki yarın yeni qaçqınlar gələcək . Məndə başqaları kimi dözümsiz və onların gəlişini gözləyirdim . Bəlkə bir tanış buldum . Ertəsi gün bir araba yabancı ilə . Həmən gün gözətçi :--
--Həmid !
--Hə !
--Burda bir bacı--qardaş var , onlara dilmanc gərəkir ?
--Nə zaman ?
--Elə indi !
Mən onunla birgə gözətci otağına getdim və yeni qonaqlar ilə tanış oldum . Bir necə sorğu --yanıtdan sonra iş qurtarır . Onlar ilə tanışlıq burdan başlanır . Hərdən buluşurduq və ordan-- burdan danışırdıq . Bir il keçir və günlərin birində giz yoxa çıxır . Qardaşı Əfşin yalnızlıq içində deyə Azitanin harda olduğunu sordum , ama yanıt vermədi .
Üç il keçir , Göteburg şəhərinə gedirəm və bir dükanın önündə durub , vitren axrasındaki göz qamaşdırıcılara baxıram . Tanış bir qadın salam !
Mən isə duruxlanıram .
--Tanımadın mi ?
--Hardasa görmüşəm !
--Biz yabancılar evində tanış olduq !
--Ha , indi anıladım Azita xanım !
--Burdamı yaşayırsan ?
--Yox izinliyəm , bir dən yoxa çıxdınki ?
--Səs--siz aradan çıxdım !
--Bir neçə kərə Əfşindən sordum , oda ağzını büzdü !
--Zamanın varsa konuşalım !
Biz bir köşə döndük və bir barda oturubda:--
--O zamandan bəri Əfşını görəmədim , bir neçə kərə məktub yazdım , ama yanıt gəlmədı !
--Hələ özündən birazca !
--Bilirəm bir zadlar yazarsan , istərdim bir ruman kimi mənim için yazasan !
--Maraqlı olursa əlbətə . Ama öncə bir neçə sorğu və yanıtlar öz istəyin kimi !
--Adın ?
--Azita !
--Hansı ölkə vədəndaşı ?
--İran !
--Doğum ?
--12 may 1970 !
--Şəhər ?
--ŞİRAZ !
--Ünvan !
--Və üç nöktə ?
--İnanc ?
--Və üç nöktə !
--Siyası görüş ?
--Yoxdu !
--Din ?
--Və üç nöktə !
--Eşidirəm !
--Mən orta olanaqlı bir ayilədə böyüdüm , anacaq istəyirdim başqaları kimi dərs oxuyum və düzgün evlilik qurum . Ancaq yaşam qaydaları amansız . Bütün arzılarım kül oldu . Əfşin bilyurd öyrəncisi idi . Bir gün çox rahatsız gördüm , nədənin sordum . Bir söz demədi . Az və biraz zora basdım . Bu veran qalmışdan qaçmaq fikrindəyəm dedi və sordum !
--Hara ?
--Avrupaya !
--Yalnız mi ?
--Səninlə birgə !
--Dərsin ?
--Böş ver , Avrupada oxuyaram !
--Viza ?
--Qaçaq !
--Para ?
--Hər nə var satışa buraxariq !
Dediyi kimidə etdi Əfşın . Bir çox əzablar içində bura çatdıq !
--Hansı ölkəyə sğındız ?
--Və öz nöktə !
--Dilmancız ?
--Çolaq qarqa !
--Tanıyıram təəlim görmüş kəpək və eşidirəm !
--Yabancılar idarəsinə gedik və özümüzdən bir zadlar dedik . Dilmanc , bizim danışdığımızı yox , öz bildiyini çevirmış idi . Bizim söylədiklərimizin yüzə doxsanı yazılmamışdı !
--Hardan bildiniz ?
--Bizə gələn söyləyişi oxudurub , başa düşdük !
--Məhkəmənin yanıtı ?
--Bir ildə , iki rəd !
--Siyası örgütlərin yardımı ?
--Öncə bu örgütlərə qayğı ilə yanaşırdım və onların istəklərinə dəyər verirdim . Baxmiyaraq ki , heç bir örgüt ilə bağlantım yox . Ancaq bunlarin nə qılıqda olduğunu , bruda başa düşdüm !
--Nə için böylə bir sonuc ?
--Bir neçə örgütə baş virdik . Sonra başa düdüm ki , yol göstərmək yerinə , bataqlığa yürüdürlər !
--Örnək ?
--Neçə ildi burdayam . bir çox örgülərin yandaşlari ilə oturub--durdum . Bunlarda molla kimidı !
--Nə için ?
--Bu örgütlər bir nəsilin qatilləridirlər . Hələdə öz yalnışlıqlarını başqasının boynuna atırlar !
--Haqsizilq deyilmi ?
--Asla , çünkü devrim qoşağı baş verəcək olaylari bilməyirdilər . Siyasətin nə olduğunu anlamayırdılar . Bu örgütlərin üzdən iraq öndərləri görürdü ki , İsalam dizgəsi bir tiraktur kimi sökə--sökə gəlir və qarşısına çıxanı basıb--keçir !
--Muxalifət hakimiyətə olsaydı necə ?
--Bunları belə gördum ha , molladan beş betərdirlər !
--Məhkəmənin son qərərından sonra ?
--Çıxış yolu bulamadik və öz aramızda böylə bir söz konusu düşündük .
Əfşin ilə mən vəkilə açıqlama verdik . Biz bacı--qardaş evlənmişik və ölkəmizə dönə bilmərik . Bir aydan keçdi və vəkildən yanıt gəldiki , məhkəmə döktürdan bir məktub istəyir !
--Nə məktubu ?
--Cinsəl ilişgidə olduğumuz için !
--Sonra və sonra !
--Sonra və sonra Əfşin ilə qol--boyun oldum və həkimə gedik !
--Öncədən cinsəl ilişginiz var idimi ?
--Yox , ama hərdən əlləyirdi !
--Sən nə düşünürdun ?
--Şaka sanırdım !
--Həkimin məktubu üzrə , oturum aldınızmi ?
--Altı ay , altı ay oturum aldiq !
--Qardaşın ilə cinsəl ilişgidə olduğun barədə son sözün ?
--Sorğunu anlamadım !
--Bu ilişgidən peşman oldunmu vəya razı qaldın mı ?
--Bu üzdən iraq , ərkək fahşələri gördikdən sonra rahatsiz deyiləm !
--Ərkək fahşələr dediyin kimlər olur ?
--Uzdən iraq siyasətçilər !
--Hamısı mı ?
--Yox , bizə yardımcı olasaydılar durum başqa cürə olardi !
--Yardımçı oladikları için , böylə deyirsən ?
--Bunlar otuz ildi avrupadadilar , işləri bir birinə badalaq atmadqi . Bundan başqa rejim ilə pərdə arxası paylaşırlar . Sandiq tulası kimi gün keçirirlər !
--Cinsälik konusunda peşman oldun mu ?
--Bu konu özəl yaşamimdi , şişirtməyə dəyəməz . Cinsəlik isə özü bir külturdü deyə böyük padışahımız Kuruş öz anasi ilə evlənidi . İncil kitabında Adəm ilə Həvvaın evladları bir--biri ilə cinsəl ilişgi qurmuşlar , böylə deyil mi !?
--Mən dinləyiciyəm , söz sənin . İndi yalnız yaşayırsan mi ?
--Evləndim , bir qız anasıyam !
--Bu olayları yaşamdaşın bilirmi ?
--Bilir !
--Nə dedi ?
--Heç nə , önəmli deyil dedi . Əfşin məktublarıma nədən yanıt vermyir ?
--Səndən sonra pis duruma düşüdü , bilə bayıra çıxmayırdı . Heç kim ilə paylaşmayırdı . . Bir gün gözətcis qapısını açır və öldüyünü görürü !
--Özünü öldürümü ?
--Bilmədim !
Azita bir siqara yandırır və bir qara sevda için göz yaşına doğru və sonuc oxucuların düşüncəsı , mən tərəfsiz...
M--Ərğəvan
S--P Sayın oxucular !--bu əsər fantazi deyil bir gerçəklikdi . Adlar yazarın .
YORUMLAR
Henüz yorum yapılmamış.