- 610 Okunma
- 1 Yorum
- 0 Beğeni
VƏ ÜÇ NÖKTƏ
Altun hekayƏlƏr evİ/ --vƏ ÜÇ nÖktƏ
Bu yurd dəyirman kimi və yalnız Him ilə Bayraq bizimləşir . Bizdə bir sinariyo gündəliyinə özəlləşir .
Hər gün gördüyümüz Koka--kola çöplükdə təkər --təkər filimləşir .. Ulus çarasızlıqdan dilimləşir .Və üç nöktə .
Əsgi əsrin sonu , yeni əsrin başlanqcı ilə üz--üzə dayanırıq . Yırtıcılar isə istəklərinə uyğun , Quzu dərisində mələşir . Bu qayda zamanın gələcəyinə dirəşir . Artıq pamıq qılınclar , haraysız başlar üzəcək yenidən .
Bu amansızlıq qansız savaş deyə başlayıb ,yavaş --yavaş . Və üç nöktə .
Yeni il bayramı yaxın , köhnə il arxada arxayın , zənginlər ətirlənibdə alış --veriş yapır . Buda günümüzə bir gediş . Yoxsulların əlləri qoltuğunda tanrıya dönüş və mudsuz yalvarış çağırır . Və üç nöktə .
Ölkəmizin dəfinələri Ulusun varlığı , çağaların süt parası gizli bankların yatırımı . . .
Və üç nöktə önündə sən ! nə düşünürsən ?
Sən !
Nə qılırsan . qıl .
Sən !
Canlı ölünün özüsən .
Sən heç kim . Və üç nöktə ...
Çağdaş kıravatlı sömürgəçılər , bir içim həşişdən dəyərsiz sanır istəklərimizi . Bu ağalar cərgəsində Msyo Con . Üç nöktə kəndinə gedir . Yağ quyularını yoxlayır və bir geniş bölgəni görübdə :-----Bu küllükdə milyonlar Frank gözə görünməyir . Başqa firmalar soraq tutunca özüm deyir . Və üç nöktə .
Bu çöplük mudsuzların gəlir qaynağı olaraq , Msyo Con ora yiyə dursun deyə bələdiyə bakanı ilə görüşübdə:--
--Bir neçə gün öncə Üç Nöktə Kəndinə baş vurdum . Yağ quyularını görüb duruxlandım .
Məndə böylə bir maraq oyandı kı quyuların çevrəsini yaşıllaşdırmaq gərəkir !
Bələdiyə bakanı qalın qat boğazını qaldırıbda:--
-- Bizim topraqların hər bir qatında zəngin xəzinələr iş adamlarını gözləyir . Bu var dövləti üzə çıxaracaq Firmalar ilə birgə çalışmalıyıq .
--Öylədi yoldaş bakan!
--Mən barış və ortaqlıq sevər , Yaşıllar Partisinin yönətimi kimi , insanları yaşatmaq və çevrəni qorumaq ön pılanım bilirəm . Çöplüyün pis qoxusu havasızlıq yaradır . Quşalar , Qarqalar və köpəklər rahatsızlaşır . Bir sıra corma COCUQ isə çöplükdə eşələnirlər . Bu ürək ağrıdıcı deyilmi?
-- Öylədi Con can !--Orda eşələnən cocuqlar bizim yurddaşlar deyil . Qonşu ölkələrdən gəlmiş qaraçılardırlar . Böylə bir zəngin ölkənin insanları , çöplükdə nə gəzir cənab Con can!!!
-- Doğru , ancaq çöplüyü Park etməliyik . Bu işədə çoxlu yatırım istəyir .
Bakan onun amacını duyubda mızıldanır : Msyo Con isə masa üzərinə bir çek qoyub.--
-- Buda dostluq və ayilə şərəfinə bayramliq !
Bakanın gözləri parlayaraq :--
-- Hər bir idarə ağasının ağasıda var haaa !!!
--Böyük ağanın payı göndəriləcək !!!
--Bu başqa bir söz cənab Con can .Və üç nöktə.
..
Bu sevdadan bir həftə ötür . Polislər çöplüyü dövrəyə alir . Kimsəni eşələnməyə qoymayırlar .
Çöplük satılıb deyə ÜÇ NÖKTƏ yazıxları yürüşə keçirlər . Polislərə nə yemisən turşulu aş Və üç nöktə .
Polislər çarasız qalıbda , Bakanlıq bir yığva çomaqçı göndərir . Bu kən kəndçilər ilə çomaqçılar arasında , ölən və yaralanan saysızlaşır . Ölkə Qazetləri doğru yalan meydan sulayırlar . Jurnalistlər isə Msyo Condan olayın necə baş verdiyini soruşubda:--
--Üç nöktəçilər məni , ölüm ilə hədələyirlər deyə yanıtlayır .
Ara sakin olubda , o rahatcasına çöplüyü daşıdır . Bir yana metal qırıntılarını, bir yana çeşitli tullantıları toplayaraq , bir düyməcik çöplər içindən daşlanır . Və Msyo Conun önünə düşür . O , düyməciyi qaldırıbda vərəndazlayır və kağız dəsmal ilə çirkini silir . Və dəyərli materyaldan yoğrulduğunu anlayır Və üç nöktə...
İş vaxtı sona çatıbda , evinə dönür və qulluqcusu Madam Martine isə axşam yeməyini Masa üzərinə düzür . Doyunca yeyib--içibdən sonra , düyməciyi alkol dolu bir bardaq içinə salır . Və Madam Martinenin ipəksu saçlarını oxşayıbda, dadlı bir öpüş ilə:--
--Mənim qızğın Pişiyim !?
--Hə canım can Con !
--Geri dönməzsəm rahatsız olmayın , düyməciyidə alkoldan çıxartmayın .
--Ah , Ah bu gecə yeni sevgilin ilə baş başami !?
--Bu qədər qısqancılıq gərəkməz dadlı Pişiyim iş ardınca gedirəm , Və üç nöktə...
Madam Martine evi qaydasına salır. Saçlarını qoxuladır və qılçalarını uzadıb , Telviziyon seir edir . Gecə saat on--ikini aşırda yatağına uzanır . O qara royalar içində ölüm orkesterini dinləyir . Qorxu və həyəcan dolu ritm ilə Tovrat oxuyur . Əllərini göyə qaldırıb dua edərək , bir necə yırtıcı köpəyin pəncəsinə düşür . Bu kən haray qoparıbda , yuxudan oyanır . Soyux tərini yorğan astarı ilə silir və yataqdan qalxır . Bir istəkan su içibdə , Msyo Conun gəlib , gəlmədiyi ilə maraqlanır . O , ərçim-- ərçim gedir və qulağını Msyo Conun qapısına söykəyir . Otaq səs--siz olduğundan başa düşür ki , o gəlməyib .
Madam Martine qapını açır və içəri boylanır . Düyməciyin parıltısından gözləri qamaşır . Onu alkoldan çıxarıbda:--
--Con bunu öz sərvəti sanıbda , satışa buraxacaq . Düyməcik Parisin Milli Muzeyində saxlanarsa , millyonlar gəlir gətirəcək .
Deyir . Bu amac üzərində götür--qoy edir . Sonucda bəzək--düzəyini çantasına toplayır və günəş doğar--doğmaz hava Limanına gedir . Günün ilk uçuşu ilə parisə havalanır .
Zamanını itirmədən Parisin Milli Muzeyinə baş vurur və hər zadı açıqlayır . Muzey işçiləri Düyməciyi yoxlayıbda , YETDİ min ildən artı yaşlı olduğunu söyləyirlər . Muzey başqanı Düməciyi vitrinə qoyubda böylə yazır.
--Bu Düyməciyin YETDİ MİN ildən artıq yaşı var və Erməni soyqırımına ölməz bir tanıq .
Və üç nöktə... əziz dostlar.
M-- Ərğəvan