- 533 Okunma
- 1 Yorum
- 0 Beğeni
Tolstoy Baba
ALTUN HEKAYƏLƏR EVİ/ Tolstoy Baba
Mən gedirəm,
Qalanlara yas kimidi ilin bölümü . Ağaclar andan--ana çıplaqlaşır .
Və incə külək yavaş--yavaş dalğalaşır .
Bilə yarpaqlar sarı qar bənzər yerdən--yerə ...
Orda səssizlik ...
Və buludlar sızlar gedir və acilar ,
Sancılar ,
Və kədər hekayəsi kimi , dərd çiləyirdi sankısız .
Ama bir könül sız ilə masa üstündə oturmuş idi yalnız .
Bu imgə yeri Gülüstan bağı idi , Təbrizdə .
Və Tolstoy babanın üzündəki cizgilər kimi , sezilirdi bu ləzələr .
Onu Gülüstan Bağında görürəm yalnız .
Daş mağazlarının qabağında görürəm yalnız .
Çuxurlarda görürəm yalnız .
Və Göy Məçitın həyətində görürəm yalnız .
Kimsə yox idi , Göy Məcitin həyətində və mənimdə yolum düşdü ora elə--belə . Amacsız zaman aşırırdım və Məçitin giriş nərdıvanlarında oturmuşdu Tolstoy baba və dizləri üstünə əsgi bir dəsmal sərmiş idi . O , yavan çörək yeyirdi və yoldan ötənləri görmürdü eləbil...
Onu başdan dirnağa qədər gözümdən keçirirəm . Saç--Saqqal uzun və daranmamış idi . Geyimlərini çöpə atsan bilə , çöplük rahatsız olur... Deyirəm , buda bizm Tolstoy Baba ,ama nəbilim bu tolstoy bir canlı keçmişin tanığıdı . Ancaq kimsəsiz .
Bir neçə kərə Firdovsi küçəsində görmüşdüm onu . Məndə başqalari kimi saymazca ötürdüm yanından . Ama , bilməyirdimki bu Tolstoy buralarda gecəsini səhər edir .
Bir gün öyləm üstü həmən küçədən geçirdim və Firdovsi qonaq evindən çıxdığını gördüm . Kim olduğunu öyrənmək istədim və qonaq evinə getdim . Hançı məni qarşılayir və :--
--Eşidirəm !
--Bağışlayın , sizdən bir sorğu !?
--Buyurun evladım !
--Bu qoca kişi burda qalırmı !?
Hançı çaşqınlıq içində bir sağa , bir sola baxır və qaşlarını çatıbda:--
--Evladım nə için sorursan !?!?
--Onu çox görürəm , ancaq yalnız . Bu adamın , bir kimsəsi yoxmu???
--Məmməd kişini deyirsən mi !?
--Adını bilmirəm !
--Eşitdiyimə görə , Məmməd kişinin bir oğlu var , özüdə zəngindi . Bir çox yaşlı adamlar onu lap yaxşı tanıyır . Ona kimsə ilə oturub--durmağı yasaqlamışlar . Bilə oğlu qorxusundan salam verməyir !
-- Yox haa !!!--Nəüçün???
--Nə bilim evladim !
Sağ ol deyib , Hançıdan ayrıldım və Miyar--Miyara qoşdum . Sankı bir çatısız cocuq kimi, bu küçədən o küçəyə , o küçədən bu küçəyə dolaşıram . Yenə Gülüstan Bağına gedirəm . Başmaq seyrinə çıxan az idi . Orda Tolostoy babanı görürəm . O , yalnız turmuşdı və kitab oxuyurdu .
Onu qəlbimin gözləri ilə sezirəm və danışmaq istəyirəm . Ama ürəyim çırpınır . Yavaş-- yavaş oturacağa sarı yürüdüm və uzun masanin bir yanında oturub , salam verdim . O , əleykum salam sultanım deyıb , kitabını oxudu , Bu Tolustoyu danışdırmaq üçün bir söz tapamıram . On dəyqə geçmiş kimi idi . Kitabı bükür və dizlərinin üstünə qoyur . Siqar yandırmaq istədədi , ciblərini aradı və çaxmaq bulamadı . Üzünü mənə tutubda :--
--Sultanım çaxmağın var mı!?
Tez cibimdən çaxmağı çıxarıb:--
--Buyurun baba !
O , titrək əli ilə sigarını yandırdı və sordu:--
--Adın nədi sultanım ?
--Məmməd ağa!
--Biz adaşıq ki!!!
--Sənı buralarda çox görürəm , ama hər zaman yalnız!?
--Bu yalnızlıq zaman hədiyəsidi deyə mənədə Məhəmməd Biriya deyərlər sultanım!
Dedi və gözlərindən üç damla yaş düşür yerə .
Mən ilə Tolostoy baba yurdumuz boyu
M--Ərğəvan