2
Yorum
0
Beğeni
0,0
Puan
649
Okunma
ALTUN HEKAYƏLƏR EVİ/--İKİ SEVGİLİ
Hər bir insanın doğuluduğu yer , bilinc altına unudulmaz qalır .
Hansı bir yaş biçimində olursa bilə , bir qutsal anlam kimidi bu qalır . Və xəyalina bir arşıv evi deyə , boya--başa çatdığı kənd ilə şəhər böylə ...
Parıs ,
Və şəhər üstünü almış boz kimi cis.
Narın--narın çilənir yağışlar . Bir çoxlarının əlində çətir və yürüyürlər harasa onlar...
O gün xəyal atına minir Yaşar və dörd--çarpı dönür , bir ruman qədərinə . Və gedir bir bar köşəsinə yalnız Bu anda xəyal ilə düşüncə uçur doğulduğu yerə yalqız...
Və özünə deyir :--
Səggiz yaşına kimi kənd xuyunda böyüdüm . Bir çox anılar ruhumda və düşüncələrimdə mənimlədi , bu günə kimi . Bu torpağın harsında yaşasam bilə , Alanaq arşıvi mən üçün qutsal bir ruman . Çünki sira günlərim kədər və sıra anlarım sevinc ilə...
Çox dincsiz uşağıydım , yetənə--yetərdim , yetməyənə bir daş atardım . Dostum Ərolda məndən beş--betər ...
Bir gün bulaq başında oturmuşuq və Ərol :--
--Yaşar !
--Hə !
--Dünən dədəm məni döydü !
--Niyə !?
--topal Murad çuğulamışdı!
--Onun səninlə nə alış--verişi !?
--İtinə bir selmə çəkmişdim !
--Muradın başına bir oyun açımki , dadı damağından getməsin !
--Qorxmursan mi !?
--Yox !
--Nə edəcəksənki !
--Heç nə !-- onu görən kimi , ikimiz bir ağız ilə :--
Qəcələ pırr elədi qondu duvarın başına ,
Əyildi su içməyə sışdı muradın başına .
Deyib qaçarıq
Bu an ucadan gülür yaşar . Yaxın masalarda oturmuşlar ona baxıbda :--
--Boş verin yabancıdı , kafanı yemış.
Qarson gəlibdə:--
--Musyo , bir zad içirsənmi !?
--Yox !
--Bu gün , yenə kafanı yedin haaa musyo !
--Olmayan bir kafanın , nəyini yedimki !?
Deyir yaşar.
Qarson gedir , yenə o :--
--Ağ devrim olur , kəndçılər kənd komasını buraxıb , şəhərlərə axışırlar . Atamda başqaları kimi , durma Təbriz gəldim dedi.
Biz Təbirzə köçürük və Maralan məhləsində yuva salırıq . Bir gün , küçədə gedirdim , birdən Ərol ilə üzləşirəm :--
--Ədə , burda neylirsən !?
--Dədəm hər zadı Qırana çəkıb , Təbrizə köçdük !
--Harda yaşıyırsız !?
--Qanlı göldə !
--İşilyirsən mi !?
--İlmək salıram !
--Harda !?
--Lotu ibarhim gildə !
--Məndə ilmək salıram !
--Sən harda !?
--Əkbər Laləlinin iş evində !
--Gəl bir yerdə işləyək !?
--Dədəmə deyim sonra !
Ərol sözümü yerə salmayir . Oda Əkbər Laləlinin iş evinə gəlir . Bir gün , Ərol yuxuya qalıbda , işə geç gəlir . Əkbər Laləli qulağından tutub , bərk çəkir . Ərol geçı kimi mələyir:--
--Mələmə gedə !
deyib gedir Əkbər Laləli .
Ərol taxtabəndə çıxar kimi :--
--Qurumsağın biri , hər gün qulağımı çəki , haa !!!
--Səsini çıxartma , payını ovcuna qoyaram !
--Neylərsənki !?
--Qızına bir şeir qoşaram və salaram ağızlara!
--Nəcür!?
--Bücür !
İlmək sallam pul allam,
Ərbabın qızın allam .
Ərbab qızın verməsə ,
İlməyi tərsə sallam .
Deyıb uşaqların ağzına salarıq !
Bu yarpaqı ilmək salanlar mahnı kimi oxuyurlar . Əkbər Laləli bu mahnını eşidir və cin--atına minir . Ondan--bundan soruşur . Qulağına çatırki , bu sözləri ağızlara salan Yaşar olub .
Bir səhər şirin--şirin ilmək salıram , heç dünya vecimə deyir kimi :-
İlmək sallam pul allam,
Ərbabın qızın allam.
Ərbab qızın verməsə ,
İlməyi tərsə sallam .
Deyib ucadan bağırıram . Demə Əkbər Laləli iş yerindədi . Səsimi eşidir və gəlib arxamda durur . Və qulağımın dibinə bir yumuruq . Taxtabənd üstündən yerə yıxılıram .
Üstü--başımı qan bürüyür , qorxudan cınqırmı çıxartmıram . Uzandığım yerdə ölü kimi qalıram . Hay düşdüki , Yaşar oldü . Uşaqlar məni dövrəyə alır , göz altı onlari sezirəm . Əkbər Laləlinin rəngi ağarıbda , tir--tir əsirdı .
Birdən ayağa qalxıbda , oğraş deyib , qaçıram . Ərolda arxamca:--
--Qoymuyun ölü dirldi , ölü dirldi deyıb , ikimizdə aradan çıxırıq .
Bu an Yaşar ucadan gülür . Onu seyir edənlər :--
--Yabancıdı!!!
--Boş verin , kafanı yeyib deyirlər .
Qarson gəlibdə :--
--Müsyo barı tərk edin . Başqalarını rahatsiz edirsən !
--Nə etdimki !?
--Əgər getmirsən , Polis çağırım!!!
Yaşarın xəyalı , ruhu və düşüncələri özünə dönübdə , bardan çıxır .
O , Parsı dolaşır .
Ama neçə ?
Saçları uzatmış , prafosoru saqqal qoymuş və şalvar yerinə cırıq bir tünürkə geymiş və özü ilə pişik boyda bir köpək .
O , İfel qüləsinə sari gedir və qulağına tanış bir səs:--
--Msyooo!!!
Sağa--sola baxır , kimsə görmədiyi üçün yenə atdımlayır . Birdə:-
--Msyoooo !!!
Bu kəz soldan--sağa baxır . Fikir vermədən köpəyini qucağına alıb , yavaş--yavaş üzü yuxarı .
--Yaşar dayan , Yaşar dayan !!!
O , çaşaraq , kim məni burda tanıyacaq deyir . Bu an önündə bir adam göyəribdə :--
--Məni tanımadın mı !?
--Tanış gəlirsən , sanki görmüş kimiyəm !
--Gedə Ərolamda !?
--Pəhhh , sən hara !?--bura hara!?
--İyirmi ildi parısdiyəm . Doğurdan haaa , lap Aran--qutan meymuna oxşayırsan !?
--Məndə Avrupalı oldum !
-- Gözüm aydın !
--Düş qabağıma!
--Hara !?
Bizə gedirik !
Onlar evə çatır və Ərol otaqlarını bir--bir göstəribdə:--
--Bu otaq Telvizyon otağıdı !
--Bu otaq uşaqların otağıdı !
--Bura yemək otağıdı !
--Qarşı otaqda , yataq otağmızdı . Orada baxalım !
--Xanım evdə deyilmi!?
--Yox , işə gedib!
Ərol , yataq otağının qapısını açır və Xanımın bir özgə kişi ilə bir yataqda olduğunu görür .
Və qızaraq :--
--Bu kimdi madam !???
Xanım soyuq qanlıq ilə :--
--Musyo !!!
--Hə !
--Yeni bir Vila aldiq mi !?
--Hə , aldiq !
--İki cocuğu eyetim üçün , Amerikaya göndərdik mi !?
--Hə , göndərdik !!!
--Vilanın parasını və uşaqların eyetim parasını , bu gizili sevgilim ödüyür . Qazandığın para ilə bu qədər iş görmək olarmı Musooo!?
Bu anda Ərol , üzünü Yaşara tutubda:--
--İndi nə edim !!!
--Heç nə , yorqanı iki sevgilinin üstünə çək ki , üşüməsinlər . Çünkü hava soyuqdu !
--Gəl burdan dedək !
--Hara ?
--Kəndimizə !
--Nə üçün !?
--Gəzməyə qərib ölkə , ölməyə vətən yaxşı !--demişlər .
M--Ərğəvan