- 471 Okunma
- 0 Yorum
- 0 Beğeni
Zdenko Çurkoviç şiiri Terane Tuan Rehimli çevirisinde
ZDENKO ÇURKOVİÇ,
Xorvatiya şairi
ANA
Mən sənin öz ananam... sən isə mənim oğlum.
Qardaşını öldürdün kin və paxıllığından.
Tamahınla məhv etdin hey məni dönə-dönə,
Sarsıldım hücumundan... müharibə dağından.
Acgöz texnologiyan zəhərlədi hey məni,
Zəhərlədin ruhumu, saflığımı kirlətdin.
Başqasını xor gördün, sevdin təkcə özünü,
Cahilcə ibadəti qızıl bizova etdin.
Küfr edirsən... ucaltmır bu atanı, ananı,
Sevgi və minnətdarlıq sənə tanış deyil heç.
Qızdırmadan titrəyib qəzəbdən boğuluram,
Övladlarınla sən də əzabdasan, bu gerçək.
Çünki bilmirsən ki, heç sədaqət, vəfa nədir,
Bilmirsən ki, bu həyat bizə bir hədiyyədir.
Allahın iradəsi endirib göydən yerə,
Gözündə pis Anayam, xəstə, qoca bədənim
Sənə bunca çox hirsli, çox qəzəblidir deyə.
Kainatı canlı bir anayla kəşf edirsən,
Lakin ögey ananı çağırıb səsləyirsən -
Milyon-milyon qardaşı, onun uşaqlarını
Aclığa qurban verib ölümün izləyirsən.
Və sən bu "uğuruna" sevinən eqosentriksən -
Uşaqların ömrünə hökm edən bütpərəstsən.
Oğlum, sən yüz illərdi məni zəhərləyirsən
Müalicə yerinə məni inkar edirsən,
Çünki eqosentriksən. Məsuliyyət bilməyən.
Qəlbimi rvə uhumu incidirsən durmadan,
Elə eqomanyaksan - sağalmağa qoymayan... Narsisist ikiüzlüsən, müştəbeh, eqoistsən.
Bütün hüquqlar qorunur©Zdenko Çurkoviç
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimıi
YORUMLAR
Henüz yorum yapılmamış.