- 570 Okunma
- 0 Yorum
- 0 Beğeni
EVA PETROPOULOU LİANOU şiirleri Terane Turan Rahimli çevirisinde
EVA PETROPOULOU LİANOU
SÜLH VƏ SEVGİ
Möcüzələr onları yaradanları tapır,
Yaxşı dünya görməyi
Mən hər gün diləyirəm.
Kiçik quşcuğaz kimi
Günəşə nəğmə deyir,
Ağac kimi kökümə hey ümid eləyirəm.
Möcüzələr səbri olanı tapır,
Barış necə güclü sözdür, İlahi!
Nə qədər çox şeyə gərək var bu gün,
Hörmət, qardaşlıq adlı
körpülər qurmaq üçün.
Ürəklərəsə ancaq şeirlər toxunacaq
Yalnız mehribanlıqla uğur qazanılacaq.
Özümüzdən başlayır sülh,
İçimizdə sülh varsa.
Daha sonra məhəlləmizdən kənarda,
Qohum-əqrabayla, sonra
çevrəmizdəki hər kəslə.
Gəlin sülh axtarmayaq,
Biz özümüz sülh olaq.
Sevgini aramayaq,
Özümüz sevgi olaq.
DÜŞÜNCƏLƏR
Başımın üstündə
Səma mavidir,
Mənim fikirlərim elə rəngarəng,
Bir-birindən fərqli bir çox adam tək.
Başımın üstündə
Göy qurşağı var,
Bir də söylədiyim sözlər,
misralar
sən yaxın deyilsən
asiman qədər.
Bir uğur böcəyi gəlir
Qəfil boşluqdan,
Qonub əlimdə qalır,
Baxıram ümidlə göyə,
Bir axan bulud görürəm
Sənin üzünə bənzəyən.
Başımın üstündə
Süzür
xəyallarım,
Dua edir
Salamatlıq və xoşbəxtlik olsun deyə
planetin o biri yarısında.
Uçub gedir uğur böcəyi
Mənim arzularımla,
Qanadında aparır
Yaxşı olan hər şeyi.
Və indi itən nə varsa
Bir gün mütləq tapılar.
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.