- 336 Okunma
- 0 Yorum
- 0 Beğeni
Solmaz Şirvanlı ile Menim kendim Şiiri .. / Hikmet Okuyar
*
Özellikler Güzellikler anlatılırken Somaz Şirvanlı’nın da bilinen ve bilimeyen özelliklerini kendi şeirinden ’’ Menim Kendim.. / Solmaz Şirvanlı Deyişinden okuyoruz öğreniyoruz..Şebinkarahisar Şiir Akşamları Okuyar Şiir Sohbetleri içinde yorumluyoruz tavsiye ediyoruz..Daha çok okunsun tanıtılsın diye de 1001 İsim 1001 Eser Okuyar Karma Sanat Sergileri kapsamınsda yayınlıyoruz..Tebrikler teşekkürle Solmaz Şirvanlı diye diye paylaşıyoruz..
......
Mənim kəndim.. / Solmaz Şirvanlı
........
Düzülüb dağ döşündədir,
Övliyalar tuşundadır,
Ürəyimin başındadır..
Mənim kəndim, mənim kəndim !
*
Haqdan gələn gözəl imiş
Çox gözəldən əzəl imiş,
Şeir imiş,qəzəl imiş,
Mənim kəndim, mənim kəndim !
*
Yamyaşıldı bağçâ-bağı,
Gözəlləşir bax növrağı,
Şölə saçır şam, çırağı,
Mənim kəndim, mənim kəndim !
*
Neçə alim verib elə,
Öz nuruyla düşüb dilə,
Sabah açır gülə-gülə,
Mənim kəndim, mənim kəndim !
*
Neçə şəfa pirləri var,
Möcüzəli,sirləri var,
Tamaşalı yerləri var,
Mənim kəndim, mənim kəndim !
*
Dağlara cıx,seyr et düzün,
Keç əllini, yaşa yüzün,
Bəzəyidir ömrümüzün,
Mənim kəndim, mənim kəndim !
*
Gözəlləri bulaq üstə,
Söhbət edir dəstə-dəstə,
Dərman edər gəlsə xəstə,
Mənim kəndim, mənim kəndim !
*
Sağ Bağırlı, solu Göylər,
Səndən ayrı qalan neylər,
Solmaz da səni vəsf eylər,
Mənim kəndim, mənim kəndim !..
...
Solmaz Şirvanlı
25-07-2018, Bakü / AZERBAYCAN
............
YORUMLAR
Henüz yorum yapılmamış.