- 693 Okunma
- 2 Yorum
- 0 Beğeni
Bağışla
Hava bozarmışdı.Buludlar inciyib ağlamağa hazır vəziyyətdə idi.Çırtma vursan qanı çıxmazdı pay ızın.Eyvanda yellənən skamyada oturmuş , cansız kimi hərəkətsizcə uzaqlara dikilmiş gözləriylə həyatını seyr edirdi Nənə.Ağ, qıvrım saçları çiyinlərinə dağılmışdı.Yorğun simasında hər qırış bir xatirə səngəri idi.Gözəlliyini qorumuş siması zəngin qəlbinin aynasının sınıb tökülmüş parçalarının işıltısını itirməmişdi. Ruhu yaralarla dolu qadının həyatı məharətli bir ədibin qələmindən çıxmış kimi yaxşı-pis qəhrəmanlarla, həyat hekayələri ilə dolu idi.Hər etdiyi yaxşılıq bir xəncər kimi ürəyinin başına saplanmış, sağalmayacaq yaraları hələ də çiy qalmış kimi canını yaxırdı.Bəzən oddan kimisə xilas etmək üçün özünü oda vurmalısan.Xeyirxahlığın sevinci can yanğısını unutdurursa onda insanın dəyəri üzə çıxır......
Nənə evin bircə qızı idi.Nazlanaraq böyüdülmüşdü.Nənəsinin xatirəsinə görə adını Nərminə qoymuşdular.Amma heçkim onu adı ilə çağırmırdı.O bu gənc yaşda bütün ailənin Nənəsi olmuşdu.İlk sevgisini orta məktəbdə yaşamışdı.Ülvi duyğularla başlayıb, xəyanətlə davam edən sevgi ayrılıqla sonlandı.Nənə sevdiyinin toyu günü hıçqıraraq ağladığı gün həqiqətən qocalaraq adı ilə bərabərləşdi.Ömrünün sonunacan unuda bilməyəcəyi bu ilk və ən gözəl duyğular ondan məsumluğunu, ürəkdən gülüşünü, insanlara güvənini , ömür boyu axtaracağı sevgisini almışdı.Yerinə gözəl, cazibədar , məğrur bir qız bağışlamışdı.Yaşadığı bir dünya qəlb acısına rəğmən hər kəsə xeyirxah olan qız,içində insanlara acımasız bir qəzəb olan bu qız bacardıqca hamıya kömək edir, kiçik sevinclərlə həyata tutunurdu.Hətta atası dünyasını dəyişəndə, ailə nin yükü dünyanın yükünə əlavə olunanda da o soyuq görünən gözəlliyinin dəmir pərdəsi olan qürurunu sındırmadı.Gördüyü ağır fiziki işlər , üzlərdəki sifətlər, ailədəki çəkişmələr onu körükdə döyüb kəskinləşdirmişdi.Gözəlliyi ona baxanları heyran edirdi.Sevildiyini hiss etm ək, lakin eşqi yenidən yaşaya bilməmək onda insanlara sadəcə əşya kimi baxmaq hissinə çevrilmişdi.
Axşam qohumları Alma qonaq gəlmişdi.Sözü döndərib , dolaşdIrıb hey qohumu Ələkbərin üzərinə gətirdi.Ələkbər yenicə ali təhsil alıb kəndə qayıtmışdı. Şəhər havası hələ başından çıxmamışdı.Nənə də tələbəykən son vaxtlar şəhərdə onu tez -tez görürdü.Bu oğlanın hərəkətləri onu əsəbləşdirirdi.Başqa oğlanlardan fərqli olaaraq o Nənəyə heyranlıqla baxmırdı.Əksinə aralarında qəribə bir antipatıya yaranmışdı.Alma hər Ələkbərin adını çəkəndə Nənənin ağzı istehza ilə əyilirdi.Eyni hissləri Ələkb ərdə keçirirdi.Ailəsinin ona Nənəni uyğun görməsinin və tez -tez evlilikdən danışmasının səbəbini anlasada o qızın Nənə olmasını istəmirdi. Nənənin işgüzarlığı, yardımsevərliyi , gözəlliyi ona səmimi gəlmirdi.Alma öz gəlişləri ilə artıq iki ailənin arasında qohumluq toxumları əkməyə nail olmuşdu.Ailə böyükləri bu qohumluğa razı idilə r.Hər iki ailənin hörmət sahibi olmasına görə heç bir əngəl görünmürdü.
Axşam Nərminə anası ilə mübahisə etdi.Elçilərə gəlməyə icazə vermələrinə dözməyən Nənə od püskürürdü.Pərt halda otağına keçib gecənin yarısına kimi nəqədər çalışsada yata bilmədi.Həyətə düşüb biraz gəzişdi.Qorxu bilməyən qız gecənin sükutunda təmiz havanı ciyərlərinə çəkdi.Həyətin qarşısındakı meyvə ağaclarının arasında gəzişdi. Birdən qarşısında dayanan qara kölgəni görüb dayandı.Daim həyatdan nəysə bir pislik gözləyən qızın dəhşətdən geniş açılmış qara gözləri parıldadı.Yeniyetməlikdən üzərində gəzdirdiyi "can-ciyəri" avtomatik açılan bıçağının qeyri ixtiyarı basdığı, şaqqıltı ilə açılan düyməsinin səsi onu özünə gətirdi.Daim təbəssüm qonan üzündə kişilərə xas cəsarət və soyuqluq peyda oldu.
-Hə bax bu Nərminəni görmək üçün gəlmişəm.Bilirəm ki, sən hamının dilə ağıza sığdırmadığı o incə və zərif qız deyilsən.
Səsi tanıdı.Bu Ələkbər idi.
-Heç sən də mənə eşq elan etmək üçün gəlməmisən -deyə cingiltili səslə istehza ilə cavab verdi.
Ələkbər Nərminənin onu tanıdığlnı başa düşüb bir addım qabağa , işıq düşən yerə çıxdı.İlk dəfə göz -gözə gəldilər.Hər ikisi donub qalmış kimi bir -birinə baxırdılar.Nənənin dişi canavar kimi mərd baxışları , gözəlliyini daha da artırmışdı.Əlində tutduğu bıçağı Ələkbəri qorxutmurdu.Lakin bu igid duruşu Ələkbərin əl -qolunu bağlamışdı.Üzündə yaranan ilıq təbəssüm getdikcə istiləşərək ürəyini isitməyə başlamışdı.Nənə heykəl kimi donaraq bu ucaboy, enlikürək, yaraşıqlı oğlanın baxışlarındakı buzun necə əriməsinə baxdıqca sanki istilik onun da bədəninə keçməyə başlamışdı.
Nənənin illərlə ətrafına hördüyü qala divarları ilıq bahar rüzgarı kimi xəfif bir duyğu əsintisinin qarşısında incəlmişdi.Ələkbər birdən astaca əlini uzadaraq bıçağı Nənənin əlindən aldı.Sanki bütün güvənsizliyini , ixtiyarını, silahını, cəsarətini aldı.Pıçıltı ilə:-Sən sabah bu zəhlən gedən oğlana hə deyəcəksən!
Səsi titrəyirdi.Baxışları taybatay açılmış qapılardan itirilmiş dünyanı göstərib yox oldu.Bütün bu duyğular içində donub qalmış qızcığaz qaranlığa baxır, gördüklərinin röya , ya həqiqət olduğunu anlamağa çalışırdı.
Sabahı gün elçilər gəlib hə aldılar.Hamı Nənənin bu sakit, dalğın və tərəddüdlü halını görüb təəccüb içində idi.Toy hazırlıqları sürətlə başlamışdı.Ara-sıra görüşən gənclər hər dəfə göz- gözə gələndə sərt divarlar daha çox uçub tökülürdü.Nəhayət toy günü gəlib çatdı.Qar bəyazı libasında qara qıvrım saçları və gözəl gözləri, qönçə dodaqları ilə təzə gəlin hamını heyran etmişdi.Zəriflik və gözəllik içində ilk dəfə Nənə özünü belə xoşbəxt və güvəndə hiss edirdi.O gün kəndin ən mükəmməl toyu, ən unudulmaz gecəsi, ən uzun yola salan vağzalısı yadda qalacaqdı.Əl -ayaq çəkiləndən sonra Ələkbər otağa girdi.Qara kostyumda çox yaraşıqlı idi.Sanki kəndə ilk gəldiyi günlərdəki kimi məğrur və özündənrazı addımlarla Nənəyə yaxınlaşdı.Qızın gözəlliyi qarşısında heyran baxışlarının ardında gizli bir istehza vardı.
-Heç kim səni bircə cümlə ilə razı salacağıma inanmadı.Mən ən gözəl , ən qoçaq , ən güvənsiz qızı özümə ərə gəlməyə razı saldım.Amma peşman deyiləm.Səni özümə bağlamaq çox asan oldu.Elədə çətin bir qız deyilsənmiş.
Düzdür ,əvvəl iddiaya girdiyimçün, sonra səndən xoşum gəldiyi üçün evləndik.
Sözlər Nərminənin qulağında şimşək kimi çaxır, gözlərinə leysan kimi çırpılır, qəlbini şüşə kimi sındırıb tökürdü.
Ələkbər cibindən çıxardığı bıçağı Nərminənin gözünün önündə tutub məğrur gülüşlə -Bax sənin cəsarətin bundaymış..........
Sözünü tamamlamadan bıçağın düyməsi şaqqıldadı.Ələkbərin əlindəki bıçağı necə aldığını özü də anlamadan düz onun sinəsinə saplamışdı.Ələkbər ağrıdan bükülərək düz Nənənin gözü önündə cılızlaşıb dizi üstə çökdü.Qan qarbəyazı libasın üzərində ömürlərinin bağçasında heçvaxt açmayacaq qızılgülləri açdırmışdı.
-Mənsə sənə güvənmişdim -deyə ilk günkü dəhşətdən donmuş vəziyyətdə pıçıldadı Nərminə.O gün geri qayıtmışdı.Bu dəfə Ələkbər yox olduğu qaranlığa yalnız özünü yox, Nərminəni də aparmışdı.
-Bağışla.....
Bu Ələkbərin son sözləri oldu.
Vağzalı sədası ilə qovuşub yola çıxan iki sərnişin həyat qatarına minməyə macal tapmadan yollar ayrılmışdı.
Nərminə bütün gəncliyini keçirdiyi həbsxana divarları ilə vidalaşanda artıq gəncliyi yox idi.
Yellənən stulda heykəl kimi donub qalmış , divarları uçmuş qalanın müdafiəsiz duruşu kimi məhzun və soyuq qadın yaxınlaşmaqda olan qaranlıq ordusuna son məğlubiyyətini gözləyirdi. Baxışları meyvə ağaclarının arasında kimisə axtaran bu qadın artıq sönməkdə olan ocağın işartıları kimi son qığılcımını yaşayırdı.Birdən qaranlıqda həmən kölgə peyda oldu.
Əlini astaca uzatdı. .Əlindən tutaraq gözlədiyi son dayanacağa vağzalısız yola düşən qatara tərəf.... Qaranlıqda zəif bir pıçıltı əriyib yox oldu.
-Bağışla ..............
YORUMLAR
Ey gani yürekli bebek dilli
Sen değilmisin beni benden eden
Aziz sancak tarafından 6/14/2019 11:06:46 AM zamanında düzenlenmiştir.