- 651 Okunma
- 0 Yorum
- 0 Beğeni
Pinti
Pinti
Müəllim fəailiyyətimin ilk ili idi.Tanımadığım ucqar kəndə düşdüyüm üçün candərdi yığışıb işləyəcəyin Çinarlı kəndinə yola düşdüm.Kənd məktəbi başqa məktəblərdən çox da geri qalmırdı.Təmiz, səliqəli sinif otaqları, avadanlıqlarla təmin olunmuş şəraiti vardı. Qızımı da hər gün özümlə məktəbə aparacaqdım..Onun sənədlərini şəhər məktəbindən götürüb yeni məktəbin ibtida siniflərindən birinə yazdırmışdım.
İlk dərs günü xüsusi səliqə ilə geyinərək ana -bala məktəbə yollandıq.Yerinə gəldiyim müəllim də şəhərdən gəlib bir il işləyib, yerdəyişmə ilə şəhərə qayıtmışdı.Mənim də ümidim eyni ilə etmək idi.Şagirdlərimlə tez isinişdik.Hamısı şən və hazırcavab uşaqlar idilər.Sırada bir yer boş qalmışdı.Dərsdən 15-20 dəqiqə keçmişdi ki , qapı tıqqıldadı.Bütün sinif çevrilib qapıya baxdı.Qapı açılanda saçları səliqəsiz, köhnə, qırış paltarlı bir oğlan içəri girdi.Adbaad tanış olduğum şagird siyahısına baxdım.Ağayev Polad Natiq oğlu adının qarşısına işarə qoymuşdum.Yenə də acıqlı olduğuma görə sən kimsən deyə soruşdum.Uşaq ağzını açmağa macal tapmamış uşaqlar birağızdan:Pinti -deyə qışqırdılar.Bu adı əvvəlki müəllimimiz qoyub ona.
-Bu nə addır? deyə qaşlarımı çatıb uşaqlara baxdım.Amma uşağın görünüşündən səbəbi məlum idi.Uşağı daha artıq alçatmamaq üçün başımla keçib əyləşməsini işarə etdim.O gündən Pintini hər gün görürdüm.Dırnaqları uzun və kirli idi.Test vərəqlərini ondan alandan ürəyim çəkilirdi.Nəyəsə pul toplayanda, ya bayram günlərində məktəbə gəlmirdi.Uşaqlar onda gen gəzirdilər.
Şuşanın işğalının ildönümü yaxınlaşmışdı.Məktəbimizdə qızğın iş gedirdi.Hamı tədbir ə hazırlaşırdı.Qəhrəmanların geyimində uşaqlar məşq otağına girib -çıxırdılar.Babək, Koroğlu, Nəsimi, Milli qəhrəmanlar və s .obrazlarl canlandıran uşaqlar sanki keçmişdən gəlmişdilər.Bəlağətli çıxışlar insanı valeh edirdi.Qızım şəhidlər haqqında çox təsirli şeir danışdı.
Tədbir kəndin şəhidlər xiyabanında keçirilirdi.Rayondan bahalı xarici maşınlarda nümayəndələr gəlmişdilər.Təntənəli çıxış edən bu nümayəndələr şəhidlərin əmanətlərini qorumaqdan, Vətənin qisasının alınacağından pafosla, xüsusi canfəşanlıqla danışdılar.Uşaqların ifasında Babək, Qaçaq nəbi , Koroğlu düşmənə nifrət, igidlik, Vətənpərvərlik ruhunda şeirlər səslənməyə başladı.Birdən şəhid məzarlarının birinin arxasından irəliyə bir uşaq çıxdı.Hamı narahatlıqla bir-birinə baxdı.Bu gündə uşağı kim nümayəndəl ə rin önünə çıxarmışdı.Müdir acıqlı gözlərlə mənə baxdı.Uşaq anlamış kimi geri , arxasından çıxdığı məzara doğru qaçdı.Bir anlığa gözüm daşın üzərindəki yazıya ilişim qaldı.Ağayev Natiq Polad oğlu..Ayaqlarım yerə mıxlanmışdı.Dalğalı , qıvrım saçları olan, qartal baxışlı qara gözləri üzümə zillənmiş bu gənc sanki üzərimə atılıb uşağı qoruyacaqdı.Qeyri -ixtiyari geri çəkildim.Səssizcə yerimə qayıtdım.Qulaqlarımda təntənəli şeirlər gurultuya çevrilmişdi.Vətən....Əmanət...İgidlik.....
Bahalı maşınlar bu gün tanklardan seçilmədi gözümdə. Bu qədər sözlər, pafos nəyə gərək idi? Birdən səhnədə dayanan, səliqəli geyinmiş, qayğısız, dərddən -qəmdən uzaq qızımı gördüm.O coşqu ilə "Şəhidlər "şeirini səsləndirirdi.
Ey şəhidim, əmanətin baş tacımız,
Məzarın and yerimizdir...........
Səhər Pinti yerində yox idi.Birinci dərsi sonacan gözlədim.Artıq narahat olmağa başlamışdım.Dərsdən çıxıb uşaqlarla on u axtarmağa getdik.Köhnə, yoxsul bir daxmanın qarşısında dayandıq.Şərəfini, qürurunu, adını dil -ağıza sığdıra bilmədiyimiz Şəhid evi idi bura.Ata-anası dərddən xəstəlik tapıb ölmüş ,ciyər xəstəsi olan şəhid qadını tək oğlu ilə burada yaşayırdı.O bahalı , dəbdəbəli maşınların təkəri yalnız şəhid cənazəsi gələndə dəymişdi bu küçəyə.Evin kənarında dayanan Pinti küskün gözlərlə mənə baxırdı.
İndi mən şəhərdə işləyirəm.Qızımla "Uğur"litseyinin ən yüksək nəaliyyət göstərərək xaricdə təhsil haqqı qazanmış şagirdinin şərəfinə təşkil olunmuş tədbirdəyik. Qızım yenə şeir danışacaq.Bu gün mən az da olsa rahat nəfəs alıram.Budur , litseyin fəxriınin adı səsləndi.Ağayev Polad Natiq oğlu.Bu mənim Pintim idi.Özümlə şəhərə gətirdiyi və oğlum kimi böyütdüyüm Pinti....
YORUMLAR
Henüz yorum yapılmamış.