Yaşamında öteki kişilere ulaşabildiğin anlar, bir ormandaki kuş ötüşleri gibi olacak... uzaklardan gelip geçerken, kısacık bir süre yapraklarda yankılanacaklar o kadar. orman bütün sessizliğiyle yine yalnız duracak orada... ı.kant
Ferid
Ferid

Tənhalıq

Yorum

Tənhalıq

1

Yorum

0

Beğeni

0,0

Puan

638

Okunma

Tənhalıq

Ayazlı, şaxtalı bir qış gecəsində qarla örtülmüş dolanbac yollarda birisi əzmlə irəliləyirdi. Arabir dayanıb nəfəsini dərir soyuq ,şaxtalı havanı ciyərlərinə çəkir və yenə də yoluna davam edirdi. Xeyli irəlidə iri bir ağac vardı. Yolçu azacıq dayanmaq, rahatlanmaq üçün bu ağacın dibini hədəfləmişdi. Addım-addım hədəfə yaxınlaşırdı, və budur nəhayət yolçu dayanmaq üçün seçdiyi məkana çatdı.Uzaqdan yaxın görünürdü, amma xeyli məsafə varmış. Yorğunlamış yolçu çadırını qurub rahatlanmağa çalışırdı.Bu dəm başını yuxarı qaldıran yolçu aydın, ulduzlar sayrışan səmaya baxıb bir xeyli düşüncələrə daldı.Yerdəki qar, ağaclardan sallanan buzlar qar doldurmuş dərələr, səmadakı bərq vuran ulduzlar, ay və bu qarlı düzəngahda yalqız olan irigövdəli palıd ağacı bir də yolçu...
Bu əzəmətli palıd da bu yolçu kimi tənha idi. Tənhalıq, tənhalıq.....
Yolçu bu fikirlər içində vurnuxa-vurnuxa biixtiyar çadırını da qurmuşdu. Hava çox şaxtalı idi. Əyni-başı da islanmışdı. Əməllicə istirahətə ehtiyacı vardı.Ətrafdakı kol-koslardan toplayıb iri bir tonqal yandırdı. İsti get-gedə iliyinə qədər işləmiş soyuğu qovub canından çıxarırdı. Bu isti şirin bir süstlük də gətirirdi. Yolçu heybəsindəki nemətlərdən yavanlıq edib qarnını doyurdu. İslaq paltarlarını da qurulamaq üçün tonqalın ətrafında düzəltdiyi ,,asqıya" keçirdi. İndi həm toxdu ,həm də canı qızınmışdı. Başqa məşğuliyyət axtarırdı. Heybəsini töküşdürüb səliqəyə salmağa qərar verdi. Gərəksiz əşyalarını atmaq niyyətində idi. Mənzil uzaq olduğu üçün artıq yükdən azad olmaq gərəkdi. Beləcə bir xeyli zamanını da ötürdü. Artıq heybə də səliqəyə salınmışdı, həm də xeyli yüngülləşmişdi. Gərəksiz əşyalarını bir yerə toplayıb tonqala atmaq istəyirdi ki birdən neçə müddətdir ki özü də bilmədən
unutduğu güzgüsün gördü.Güzgünü sifətinə yaxınlaşırdı və diksindi . Təkrar bir də üzünə yaxınlaşdırdı və dərindən bir ah çəkdi. Güzgüdə sifəti qırışmış, illərin yorğunluğu üzünə,cisminə hopmuş bir ixtiyar durmuşdu. İlahi ,bu mənəmmi?!
Deyə öz-özünə danışmağa başladı.
Eh bu mənəm, mən! Axı az əvvəl mən gənc ,yaraşıqlı birisi idim .Ondan da bir az əvvəl şıltaq, dəcəl, ərköyün, saçları qapqara, toppuş bir uşaq idim. Hardasan uşaqlığım?! Hardasan gəncliyim?!
Bəs adım nə idi? Bu uzun-uzadı yolçuluğum boyu adımı da unutmuşam??? Yox mənim adım belə idi- Zaman atanın, Dünya ananın ən əziz övladı Səyyah Bəşər!
Niyə mənə Səyyah Bəşər deyiblər?
Yolçuluq, səyyahlıq alnımamı yazılıb?!
Mən bu yollara çıxandan uşaqlığımı, yeniyetməliyimi,ərgənliyimi, gəncliyimi itirdim. Daha itirəcək nəyim qaldı? Qəflətən ani olaraq bir daha diksindi. Ömrüm!!!
Demək mənim gedəcəyim mənzil son mənzilimdir, əcəlimdir, qəbrimdir. Mən artıq bu dünyadakı missiyamı bitirirəm. İlahi!
Heç fərqində olmamışdım bu qarıldaşa-qarıldaşa mənə yoldaşlıq edən qara qarğalar da əcəlimi gözləyirmişlər demək! Ruhsuz cəsədimi didmək üçün məni təqib edirlərmiş!
Son zamanlar ancaq eyni səpkili yuxularım da demək ki bir işarə imiş.... Ancaq ağ libaslı, ağ saqqalı birisini görürdüm,,gəl gedək ay oğul!" deyirdi. Axırıncı dəfə yuxuda Qorqud atanı görmüşdü Səyyah Bəşər. Tam xatırlamadı, ancaq yuxunun sonunu dəqiq xatırlayır. Qorqud ata ən sonda qopuzunu kökləyib belə oxumuşdu

Hanı öydüyüm ərənlər,
Dünya mənimdir deyənlər.
Əcəl aldı ,yer gizlədi,
Fani dünya kimə qaldı.

Heç kimə qalmadı. Süleymana qalmayan dünya ,kimsəyə qalmaz!
Daha dincəlməyə lüzum görmədi.
Yükünü yığdı,topladı. Üzündə qəribə bir ifadə də vardı. Mən haqqa qovuşacağam, məni gözləyirlər! Tez ol Səyyah Bəşər. Əlvida anam Dünya, əlvida atam Zaman!
Gedə-gedə oxuyurdu

Yer yox ikən göy yox ikən ta əzəldən var idim.
Gövhərin yekdanəsindən irəli pərgar idim.

Girdim adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən o Beytullah içində ta əzəldən var idim.

Gedirəm, cismimim olmadığı amma əzəldən ruhumun var olduğu o məkana-Beytullaha gedirəm!

Fərid Muradzadə
18.12.2018.

Paylaş:
(c) Bu yazının her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Yazının izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Yazıyı Değerlendirin
 
Tənhalıq Yazısına Yorum Yap
Okuduğunuz Tənhalıq yazı ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Tənhalıq yazısına yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Gülüm Çamlısoy
Gülüm Çamlısoy, @gulum-camlisoy
15.5.2019 20:28:28

Kutluyorum dost yüreği.
Saygılar, selamlar...
Yüreğiniz dert görmesin.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.