İnsanlar köprü kuracakları yerde, duvar ördükleri için yalnız kalırlar.-- newton
Ferid
Ferid

Cəhalət.

Yorum

Cəhalət.

2

Yorum

0

Beğeni

0,0

Puan

808

Okunma

Cəhalət.

Bütün canlıların formalaşmasının əsas amili mühitdir. Ətraf mühit təbiətə və cəmiyyətə eyni təsirini göstərir. Cəmiyyət dedikdə fərqi yoxdur,istər insan istərsə də heyvan,yaxud fauna və flora .
Mühit hər bir varlığın adaptasiya səbəbidir.
İnsan cəmiyyəti digər cəmiyyətlərdən ən əsası şüuru, zehni, dərk etməsi ilə fərqlənir. Ancaq varlıq olaraq bəşər çox mükəmməl eyni zamanda da çox mürəkkəb varlıqdır. İnsan həm bioloji həm də sosial varlıqdır. İnsan məfhumu müxtəlif növlərə bölünür. Yaxşısı pisi, namərdi, mərdi, qorxağı, qəhrəmanı var. Əslində bunları da elə zaman və mühit formalaşdırır. Qəhrəmanlar doğulandan o cür olmurlar. Müəyyən mərhələləri keçirlər, yetişirlər, püxtələşirlər və əsl qəhrəman olurlar. Yer üzündə mövcud olan hər bir xalqın dilindən,dilindən irqindən asılı olmayaraq qəhrəmanları olub,var və olacaq da.(ermənilər xaric). Çünki milli və dini mənsubiyyətindən asılı olmayaraq bunlar insandırlar.Zəkalı,düşüncəli şüurlu insan! Fərdin qəhrəman olması bir başqa, amma tarixə öz, möhürünü vurmuş ,imzasını atmış qəhrəman xalqlar məfhumu da var. Məsələn qədim assurlar, hetlər, spartalılar, lidiyalılar, türklər( tarix səhnəsinə fərqli adlarla çıxardıqları imperiyaların adlarından asılı olmayaraq), monqollar və s.
Bəs hanı bu xalqlar???
Yuxarıda qeyd etdiyim kimi mühit və zaman məfhumu böyük məna kəsb edir. Qədim salnamələrdə adları çəkilən assurlar, onların qüdrətli şəhəri olan Nineviya( Neynəva) artıq tarix səhnəsindən min illərdir ki silinib.Eyni zamanda dənizlərə və quruya hökmranlıq edən hetlərin spartalıların, yaxud da miskin farsların içində əriyib itən, tarixdən izləri silinən lidiyalıların sadəcə kitabələrdə adları qalıb. Bu adlarını sadaladığım xalqlar tarixdən silinənlərdir. Bunlar cəsurluğu ,döyüşkənliyi heç nə ilə dəyişməyənlər idi. Və ona görə də sona qədər döyüşüb məhv oldular. Ancaq lidiyalıların tarix səhnəsindən silinməsinə səbəb olan iki böyük amil oldu. Birincisi əsir padşahlarının öz xalqını Əhəməni Kirə satması ,ikincisi də lidiyalıların döyüşçü ruhuna zidd olan məşğuliyyətlərə sövq edilməsi və bu peşələri sevmələri.Məs.saç uzadaraq düşük musiqiyə, silahdan imtinaya, hər kəsin al-verə alışması və s kimi amillər onların əsas məhv olma səbəbi idi. Əslində bu mövzular başqa mövzulardır. Mənim yazmaq istədiyim bu gün var olan ancaq əvvəlki qüdrətindən məhrum olan xalqlar haqqındadır.
Bəşəriyyət tarixinə cəsur türklər kimi düşmüş türk xalqları müəyyən dönəmlərdə məhv olmadılar, əksinə zaman-zaman güclərini artırdılar ta düşmən qızlarına aşiq olub, onlarla evlənənə,qohumluq əlaqələrinə görə digər türk xalqları ilə döyüşənə ticarətə aludə olana, fitnələr içində batana, başqa ,,düşüncə tərzi" ilə düşünənə qədər.
Bir sözlə ətraf aləmə dar çərçivədə konkret adaptasiya olana qədər.
Və bunun özü də bir ,,kadar-qədər" oluncaya qədər.
Eyni aqibəti birdən-birə bəşəriyyətin inkişaf mərhələlərindən birini keçmədən kəskin sıçrayışla digər bir mərhələyə qədəm qoyub, böyük bir imperiya quran, tarixə cəsur ,döyüşkən bir xalq kimi adını yazdıran, indi isə durğunluq mərhələsində olan monqollar da yaşadılar. Vaxtilə sərhədləri Çinə,Hindistana (Sonradan Hindistanda Moğol imperiyasını da qurdular), Afrikaya qədər uzanan Monqol dövləti birdən-birə qalxdığı sürətlə eniş mərhələsinə girdi. Mühitə uyğunlaşdı, mütiləşdi, səssiz qaldı, yaddan çıxdı, unuduldu.
Səbəb?!
Səbəb özünü həyatın axarına buraxmaq, zəifləmək, düşdüyü durumdan baş çıxara bilməmək, daha doğrusu çözüm üçün ,,başını ağrıtmamaq", qadın düşkünlüyü, pul hərisliyi, yumşaq siyasət və yumşaq mövqe tutmaq, ,,yuxa ürəklilik " və bir də bura böyük hərflərlə yazılmalı olan CƏHALƏT!!!

Fərid Muradzadə.
17.12.2018

Paylaş:
(c) Bu yazının her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Yazının izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Yazıyı Değerlendirin
 
Cəhalət. Yazısına Yorum Yap
Okuduğunuz Cəhalət. yazı ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Cəhalət. yazısına yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Gülüm Çamlısoy
Gülüm Çamlısoy, @gulum-camlisoy
13.5.2019 22:24:01

Var olunuz.
Güzel yazınızı tebrik ediyorum.
Selam ve saygılarımla dost kalem.
Ahmet Zeytinci
Ahmet Zeytinci, @ahmetzeytinci
13.5.2019 17:30:52
Cahillere hiç bir şey anlatamazsınız çünkü onlar her şeyi bilirler...''Bildiklerini zannederler.'' aslında...
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.