- 540 Okunma
- 0 Yorum
- 1 Beğeni
Mənim günahım
Beşinci fəsil
Payızın ortalarıydı .Ilin ən kədərli çağı. Tələsən insan axını fəsillərlə dolub daşaraq yanımdan ötürdü.Yolun kənarında hər gün gördüyüm qocanın hansı fəsildə olduğunu düşündüm.Xəzan vurmuş yarpaqların xışıltısı kimi səslənən nəfəsiylə əllərini isitməyə çalışırdı.Soyuq rüzgarların qovurduğu cadarlanmış torpağa bənzəyən əllərini açaraq yağışın ilk damlasını tutacaq kimi gözləyirdi insanlardan mərhəməti. Səsindən qulaq tutulan ,sıx meşəli dağlarda qışın oğlan çağını xatırladırdı bəyaz saçları. Gecikmiş qönçə tək soyuqdan ətrini itirmişdi dodağına zorla qonan təbəssüm.Ya zaman asta keçirdi,ya da mən ayağımı sürüyürdüm.Qarşısına çatanda ovucuna qoyduğum pula baxmadı belə.Itirdiyi dəyərli zamanın qarşısında dəyərsizdi bu rəqəmli dəmir və kağız parçaları.O bu pulla çörək ala biləcəkdimi?Alsada yeyə biləcəkdimi?Vicdanımın sükutunu qəpik -quruşla ala bilmişdimmi?Insan dənizinin kənara atdığı ,kimsənin fərqinə varmadığı kəslər ömürlərinin hansı fəslindədirlər ?
Düşüncələrlə evə necə gəldiyimi hiss etmədim belə.Içimdəki sıxıntını kimsəyə sirayət etdirməyim deyə,ovçuların müqəvvalarla evlərini bəzədikləri kimi süni gülüşlərlə dinlədim hər kəsi.Evimin içində payız ilin ən gözəl fəsliymiş.Həyatın nemətləri vicdanımın məhkəməsində mənə vəkillik edirdi.Hətta baxdığım əyləncəli verilişlər bu mıhkəməni təxirə salmağa da nail olmuşdular.Yorğunluqdan göz qapaqlarım ağırlaşırdı.Hamının danışıb,heç kimin dinləmədiyi ,birlikdə yatıb,ayrı -ayrı oyandığımız ,tanımadığımız tanışların fərqinə varılmayan fəslindəydim.
Telefonun siqnal səsiylə oyandığımda yağışın şırıltısını eşidirdim.Qalxıb pəncərəyə yaxınlaşdım.Tam buludluluq var idi.Hələ çox yağacaqdı.Səhər süfrəsi arxasında taplaşdığımızda axşamdan qalan sıxıntı hələ də içimdə idi.Geyinib evdən çıxdım.Hər günkü yolla işə getməyə başladımYolun kənarında gözüm qocanı axtarırdı.Onun yerinə toplaşmış adamların birinin yanına getdim.Nə baş verdiyini öyrəndim.Hər zamam oturduğu yerdə bükülmüş bağlamaya gözüm sataşdı.Bu yarısıyeyil mişçörək anbaan böyüyərək ürəyimi əzməyə başlamışdı.Ətrafa səpələnmiş.bir neçə qəpik hərəsi bir prokuror oldu o gün.Hamının həyatını itirmiş xəstə qocaya yazığı gəlirdi.Mənimsə özümə.Mən vicdanımın məhkəməsini uduzmuşdum.
Dilarə Süleyman.
YORUMLAR
Henüz yorum yapılmamış.