- 478 Okunma
- 0 Yorum
- 1 Beğeni
Simuzər
SİMUZƏR
insan qelbinde yaşamağı bacaranlar,əbədi yaşayırlar.
Dan yeri ağarırdı.Yorğanı başindan kənara çəkib yenədə pəncərəyə tərəf baxdi.Həmişə sübh tezdən oyananda Simuzər nənəni pəncərə önündə oturub səmaya baxan görərdi.Hərdən elə bilərdi ki, ,gülümsəyir.Sanki kimise görürdü.Amma gözləri yaşlı olardi.
Böyüklərdən eşitmişdi ki,güləndə adamın gözlərindən yaş gələr.Amma Simizər nənə ağlaya -ağlaya gülümsəyirdi.Hami onun qəribə qadin olduğunu deyirdi. Bəlkə də eləydi.Amma kiçik qız belə düşünmürdü..
Simuzər nənənin deyiləne görə çox uşaği olmuşdu.Amma dünyanın bu qədər bolluq olmadıgı illərdə hərəsi bir xəstəlikdən dünyasını dəyişmişdi.Amma buna baxmayaraq ,tək oğlunu müharibəyə yola salana qədər şen qadın olub. Bəlkə dodaqlarında qopub qalan təbəssüm o xoşbəxt günlərinin xatirəsiydi?!Kiçik qız bunları düşünə-düşünə nənəsinə baxırdı.Simuzər nənə baxışlarını həmişəki kimi hiss elədi.Halını pozmadan dedi:
-Nə tez durmusan, mənim şirin payım?
-Nənə,göylərdə yaşayan var?
Nənəsi sualın səbəbini anlamışdı.-Qəlblərdə yaşamağı bacaranlar hər yerdə yaşaya bilirlər ,gözəl balam!:dedi.-ürəklərdə,yuxularda,xəyallarda yaşayanlar dünyada yaşayanlardan çoxdur.
-Bəs atam harada yaşayir?
Simuzər nənəni bu sual titrətmişdi.Üzünü pəncərəyə tərəf çevirdi.Piçıltı ilə dediyi sözlər sübhün sükutunda astadan eshidildi:
-O hər yerdədir,balam!
Kiçik qiz cavabi çox da düşünmədən yenidən yatağına uzandı.
Qulağına gələn həzin bir bayatı ona şirin yuxu gətirirdi.
Əzizinəm darda sən,
Gorda mənəm,burda sən,
Sənsiz bircə anım yox,
Hara baxsam, ordasan!
-Simuzər!Simuzər!Oyan qızım ,axı dedin bu gün çox vacib işim var!
Gənc qız qəfil yuxudan oyandı.Yuxusunu xatırladı.Bir anda sanki uşaqlığına gedib qayıtmışdı.
-Xeyir olar inşaAllah!
Pəncərəyə tərəf baxdi.Nənəsinin bayatısı hələde qulağında idi.Doğrudan da bu gün çox vacib gün idi..Sevdiyi oğlanla görüşü vardı.Men lap tənbələm ,amma Sahil həmişə sübh tezdən oyanır deyə düşündü.Sıçrayıb əl -üzünü yumağa qaçdı.Tələsirdi.Güzgünün önünə keçdi.Bu gün onun sevdiyi kimi bəzənəcəm deyə düşündü.Güzgüdə Sahilin gülümsəyən baxışlarını görürmüş kimi oldu..Ala gözlərinə sürmə çəkdi.Nə geyinəcəyini bilirdi. .Onun sevdiyi ağ ,xallı donunu geyindi.Əlini ipək saçlarına çəkdi. Saçlarımı açıb tökəndə Sahilin xoşu gəlir.Tələsə-tələsə hazırlaşıb qapıya tərəf getdi.
Bu gün yalniz bizim ikimizindir deyə düşündü.
-Qızım,axi ac qarınla evdən çıxmazlar,ay bala!
-Sonra yeyərəm ,ana!:-deyib ,qapıdan çıxdı.
Bu gün Günəş sanki Simizərin görüş günüdür deyə bu qədər şən idi.Həyəcandan titrəyirdi.Yolu keçəndə düşüncəli idi.Şütüyən maşınların siqnal səsi onu sarsitdi.
-Ay qız,bəzənməyine fikir verdiyin kimi yola da diqqət ele də!
Qorxmuşdu.Sahilin qarasinca söyləndi.
Eh,yanımda olsaydın mən belə diqqətsiz olmazdım.Axı yol keçəndə həmişə əlimdən tutursan.
Birdən qəribə gülmək tutdu.
-Ay aman, insanlar mənə elə qəribə baxır ki! Yəqin bu qız dəlidir deyirlər.Öz -özüylə danışır və gülür.Eh,onlar hardan bilsinlər ki ,mən əzizimlə söhbət edirəm.Birdəki Sahil həmişə mənə ağıllı dəlim deyir də.
Bu düşüncələr ilə görüş yerinə gəlib çatmişdı.Asta-asta ,titrəyərək sevdiyinin qarşisında dayandı.Qarşısında hərbi paltarda, pəhləvan cüssəli,güzlərində bir dünya donub qalmış sevdiyi durmuşdu.Qara mərmərin üstündəki bu boylama şəkil sanki canli idi.Simuzər gülümsəyirdi.
-Bax ,görürsən yenə vaxtında gəldim,-dedi.
Bu dünyanın susub,sevginin danişdığı o an idi.Şəklin altındaki bayatını oxudu.
Əzizim qoşa yazdı.
Ağ dərdi başa yazdı.
Fələk mənə çox gördü
Gətirdi daşa yazdı.
Qulağında nənəsinin o bayatısı təkrar -təkrar səsləndi.
Hara baxsam,ordasan........
Dilarə Süleyman
Aprel şəhidlərinin xatirəsinə!
Şirinov Sahil Həsrət oğlunun adından istifadə edilmişdir.Allah şəhidlərimizə rəhmət eləsin!
YORUMLAR
Henüz yorum yapılmamış.