- 439 Okunma
- 0 Yorum
- 0 Beğeni
Güllü Eldar Tomarlı Şiirinde GÜLLER.. / Hikmet OKUYAR
Okuyar Şiir Sohbetleri sonrasında Hayırlı Geceler dileklerimi paylaşırken; Şehitlerimize Ceddimize ve Aydın Denktaş Annemize Rahmet dileklerimi gönderirken..Hastalara da şifa dileklerimi iletiyorum..Sağlık güven huzur bereket ve kısmet bekleyenlere de İnşallah diyorum Şebingülü sunumlarımla..
...Sayfalarıma düşen ve özlemle özenle paylaştığım Güllü Eldar Tomarlı Şiirlerinden Güller dillere gönüllere bağlara bağçara dolsun istiyorum :Güllü Şiirinin GÜLLER deyşinde:
......
Məni bu güllərə mehman eyləyin,
Məni bu güllərlə bir can eyləyin.
Məni bu güllərə qurban eyləyin,
Güllər mələklərlə əkiz tayıdı.
*
Bu güllər göylərin özündən gəlib,
Bu güllər göylərin yazından gəlib.
Bu güllər könlümün özündən gəlib,
Güllər mələklərlə əkiz tayıdı.
*
Qoxlasam ömrümə ömür calanar,
Qoxlasam qəlbimdə ocaq qalanar.
Bir an ayrı düşsəm ömrüm talanar,
Güllər mələklərlə əkiz tayıdı.
*
Nə qədər çiçək var, huri-pəridi,
Bəlkə də ümidi diləkləridi.
Gördüyün nə varsa haqqın sirridi,
Güllər mələklərlə əkiz tayıdı...
*
Güllü Eldar Tomarlı
Bakü / AZERBAYCAN
......
YORUMLAR
Henüz yorum yapılmamış.