- 530 Okunma
- 0 Yorum
- 0 Beğeni
Şebingül Solmaz, Geleceğim 'Bu gecə' demiş / Hikmet OKUYAR
’’ Bu gece ’’ Şebingülü Solmaz Şirvanlı Şiirlerinden Şebingüllü bir Şeir daha düştü gönüllere..
Şeir sayfalarına..Şebingüllü Kütküt Bağlarına..
*
Türk Dünyası Gadınlar Günü gözelliğinde..
Okunsun sevilsin tavsiye edilsin.. Okuyar dendikçe..
*
Daha çok yazılsın,yayınlansın Şebingülü Solmaz Şiirleri..
*
Tüm Güzel Sanatlar Öncüsü Hayranlarına ve Şebingülü Solmaz Şirvanlı sevenlerine; Selam Sevgi Saygı..
....
Hikmet Okuyar,
Dağların ve Çobanların Şairi
.........
Şiir :Solmaz Şirvanlı
Müzik ve Beste : Hikmet Okuyar
...
BU GECE.. / Solmaz Şirvanlı
*
Dedin gələcəyəm ey gül yuxuna,
Gələcəm işvəylə, nazla bu gecə !
Dedin yox edəcəm dumanın, çənin,
Gələcəm şerimlə, sazla bu gecə !
*
Dedin oxşayacam siyah telini,
Öpüb ısıdəcəm o ağ əlini,
Əlimlə verəcəm dəstə gülünü,
Gələcəm röyana yazla bu gecə !
*
Dedin bürüyəcəm çiçək ətrinə,
Odlara düşəcəm sənin xətrinə,
Şerinə, sözünə, bircə sətrinə,
Nəgmələr qoşacam gözlə bu gecə !
*
Dedin mələk olub girdin qəlbimə,
Yaşamaq həvəsi verdin qəlbimə,
Arzuyu-istəyi hördün qəlbimə,
Açacam qəlbimi sözlə bu gecə !
*
Aşacam dağlardan, keçəcəm düzdən,
Öpüb al yanaqdan,o qara gözdən,
Tutacam yükümü şeirdən, sözdən,
Gələcəm röyana izlə bu gecə !
*
Ay da bədirlənib batmış olarsa,
Gözlərin həsrətdən yaşla dolarsa,
Həsrət küləkləri telin yolarsa..
Sal qolun boynuma gizlə bu gecə !
*
Dedin unutdurub qəmi-nisgili,
Dərib gətirəcəm bağçadan gülü,
Olacam Solmaz’ın şeyda bülbülü,
Gələcəm dağlardan,düzlə bu gecə !!!
*
Solmaz Şirvanlı
05-12-2016, Bakü / AZERBAYCAN
.............
1 Yorum
YORUMLAR
Henüz yorum yapılmamış.