- 676 Okunma
- 0 Yorum
- 0 Beğeni
ZƏNGİNLƏR DÜNYASI
Zənginlər dünyası haqqında nə bilirik ki. Hər şey buradadır:hakimiyyət,eşq,həzz,romantika.Burada klassik əxlaq yoxdur,zənginliyin sosial azadlığı fərdlərin bir biri üzərindəki etik təəhhüdlərini sıfıra endirir.Hər kəsin dəyəri vardır,hər kəs də bu dəyəri anlayır.Kimyanın hidroksil qrupları aləmin vahidlərini yeni hakimiyyət və eqo fonunda daim fərqləndirir.Onlar özlərini tanrının seçdikləri mələklər kimi səfalət və yoxsulluğun ozonosfer qatıyla ayrılmış qatından yüksəkdə tuturlar.Qutsal kitabların ayə və kanonları,buyruqları onların təfəkkür mətbəxində sadəcə soyulmamış patates kimi bir şeydir,azacıq qaldıqda qoxuya bilir,bu kitablar açılmadan onlar üçün daha faydalıdır, yaşamağa məhkum olunmuş ucsuz bucaqsız insan kütlələrini itaətdə saxlamaq üçün lazımdır.Tanrı onlar üçün yalnız fransız krallarına yeri gələndə əngəl olmağa çalışan boz və ya qara kardinal kimi bir şeydir.
Bu atmosferdə həyat maddəsi altın və almazın xələfləridir,onunla nəfəs alınır,onlar əsrarəngiz ölümsüzlük iksiridir,idrakın kərpicləridir.Bu dünyada hər kəs başqa birisinin dilini anlayır,duyğularını başa düşür,etnik kodların sıfırlardan ibarət olduğu bir kimlik mənsubiyyəti mental dəyərlərin olmadığı bir fəzanın iqlimini daima mövsümlərdən uzaq tutur.
Bu dünya daha çox meşələr fonunda çılpaq və gözəl bir fahişənin rəsmini çəkən varlı,ancaq səfeh bir rəssamın rənglər palıtrasına bənzəyir...
Onun naminə Tanrını danmağa dəyər...
YORUMLAR
Henüz yorum yapılmamış.