- 488 Okunma
- 0 Yorum
- 0 Beğeni
Sevda Kerimli Şiirinde '' Esen yeller ''.. / Hikmet Okuyar
’’ Türk elinden esen yeller. Şimdi sana selam söyler ’’ diyerek şiir dünyamızda gezinirken Kafkasyalı Şair Sevda Kerimli imzalı farklı bir ’’ Esen yeller ’’ şiiri ile karşılaştım..
*
Bir kaç tane güzelliği bir kaç tane özelliği birden aksettirmiş Sevda Kerimli "Əsən yellər" Şiirinde.
*
Okudum..Tebriklerimi bildiriyorum..Teşekkür ediyorum..
*
Ve Şiir seven hayranlarla, Şiir Yorumcusu Canlarla ve Kitleİiletişim Uzmanları ile bir kez de ben paylaşıyorum :
..........
’’ Esen Yeller ’’ / Sevda Kerimli
*
O yamacın güllərindən
Bu yamacın güllərinə sevgi nəğmələri oxuyurdu
Əsən yellər.
Bir - birindən uzaqlarda yaşayan, Bir - birinə həsrət qalan
İki gəncin sevgisini çatdırırdı
Əsən yellər.
Bir ananın həsrətini yetirirdi balasına
Əsən yellər.
"Tez gəl, bala, gözləyirik yolunu.
Sən gələndə eyləyərik toyunu".
Bir qəribin həsrətini,
Torpaq üçün nisgilini, ümidini
yetirirdi vətəninə
Əsən yellər.
Şəhidin məzarı başında
Dil açaraq ağı deyən, balam deyib, saçlarını yelə verən
bir ananın fəryadını
dalğa-dalğa, diyar-diyar gəzdirirdi
Əsən yellər.
Bir kəndin səs-küyünü,
Toy - düyününü
Qonşu kəndə ötürürdü
Əsən yellər.
Dağ başından axan,
Sel-sulara qarışan,
çağlayan şəlalənin gur səsini paylayırdı
Əsən yellər.
Gizli-gizli görüşən
İki sevgilinin
Əhdi-peymanını
Qulaqlara pıçıldayır
Əsən yellər.
Əsən yellər, əsən yellər,
Min cürə söz söyləyər,
Giley-güzar eyləyər.
Bəzən sevinc, bəzən kədər
paylayar
Əsən yellər...
*
Sevda Kerimli
08.12.2016. Masallı / AZERBAYCAN
..................
YORUMLAR
Henüz yorum yapılmamış.