- 1065 Okunma
- 1 Yorum
- 0 Beğeni
MEŞE VELİ
MEŞE VELİ
Uzun uzun çalan telefonun səsi yumşaq yatağında cür cür gözəl yuxu lar görən kalba əsgəri dərin yuxusundan oyandırmışdı. Homurduya homurduya gözlərini açtı. Yanı başında başçavuşun borazanı kimi ötən telefona tərs tərs baxdı. Çox herslenmişti "kaş ki axşamdan səni kapataydım dedi"
-Aye Andıra galasan, gahdım gahdım cırılmaynan, deyə qışqırdı. yegun yenə biri rəhmətə gedip yoxsa bu niyə çalışınki. Deyib: telefonu qulağına apardı.
-Ay Kalbayı hardasan bir saatdı telefonun çalır baxmirsan. Dedi qarşıdakı səs.
-Kimsen?
-Hacı Gulem.
-Ayaq hacı nə olub ki? Seher seher goymursunuz bir gırıh yatam, kim ölüb?
-Ay Əsgər nə səhəri gün ucalıp gün orta olub sən hələ toyuk kimin yatırsan dur ayağa. Meşe Vəli rəhmətə gedip tez gələsən.
-Meşe Vəli hee meşe velii ay ona allah rehmet elesinmi? Malını yemiyen bir adamı idi. Eme böyün bu isdide ölemeseydi olmazdı sanki.
-Eye düz danış ay əsgər yahcıyı yamanı sən nə bilirsən ölümün zamanı olarmı irehmetdih sənəmi soracayıdı? halla halla.
-Tamam, tamam ay hacı hersdenme gelereem.
Esger’in hersi yatmamışdı genə mırıldanırdı. "Ayə adamda öləcək zamanı tapıp böyünde uşahlarnan göya pikniğe gedeceyidik heyif oldu zerzevada" Dedi çarəsiz əlini üzünü yudu gözünü çapağını temmizledi, aceleynen naharını eliyip ölü maşınına mindiyi kimi mahalın tozlu yolarından sürüb ölü yerinə vardı.
Ölü evində arvatlar nömrədən ağlaşır, uşaklar oynaşır, kişilər cənazəni yumaknan məşğul, gonu gomşu yığışıp bir tərəfdən atəşlər galanır, bir tərəfdən düyü, et,domates yeməklər pişirilmeye başlanıb, bir tərəfdən çay şəkər davşan qanı çaylar, sarı yağlı halvanın qoxusu orttalığı aparıb, sanırsan ölü değil toy evi, birde davulcuynan zurnacı da olsa iş tamam idi.
Cemaatın kimi deyir.
-Rehmertlih ey adamı idi
Kimi deyir,
-Sonunda Meşedininde halvasını yedik
Kimi deyir,
-Yaman mal qoydu ha
Kimi deyir,
-Bu varnan haccada getmədi.
Daha nələr nələr.
Esger bütün bu deyilənlərə alışıktı çünki o mahalın tək ölü maşınının şoferi idi. Zəngin, kasıb, hamı həyatında heç olmasa bir dəfə onun yolçusu olar, yolçuluğuda ümumiyyətlə gebirsanlıkta bitərdi.
Nəhayət mefta yuyunub kefenenip tabuta qoyulub əsgərin yolçusu olmuşdu. Arvatlar ölü maşınının arxasından ağlaşarken camaat da kimiləri öz arabalarınnan kimiləri ditrektör römorku, motor, deyərkən ölü maşınının arxasına ilişib gebirsanlığa doğru ağır ağır hərəkət etmişdiler.
Esger maşını sürərkən " Ya Meşe Vəli ahanda maşınıma mindin” deyə mırıldanndığı anda yanında qoca bir adam meydana çıxdı.
-Öhö Öhö. Dedi Esger çaşmışdı yanına bu adam nə zaman minmişti gözlərini avuşturdu. "Yegun hələ uyanmamışam" dedi Adam təkrar,
-Öhi Öhö dəyincə Esger adama tərəf döndü,
-Pissimillah ay kişi səndə kimsən? Deyə soruşdu "havakt maşına mindin? Səni heç görmədim "
-Aye Əsgər məni tanımadın?
-Yoh Tanımadım.
-Hələ Ey bak tanımadın?
-Vallah Tanımadım.
-Sən Imam Huseyn tanımadın?
Esger gorhusunnan titrəməyə başlamış bir o gederde hersdenmişdi. Bu qocada kimiydi?
-Tanımadım ay kişi.
-Hələ Yannan bax.
-Aha Baxdım əmmə yox gene çıkardamadım.
-Mən Vəli.
-Hansı Vəli?
-Neçə Vəli tanıyırsan?
-Bir Vəli tanıyıram əmmə oda: Döndü arxadakı tabuta baxdı gözləri fal daşı kimin açıldı tükləri gudurmuş it görmüş Kimin biz biz oldu, əlləri ayaqları tutuldu maşın yalpalamaya başladı.
-Memmeme Meşe vəli deyə qışqırdı, təkrar təkrar bir tabuta birde adama baxdı ayağı firene getdi maşın olduğu yerdə zınk deyə dayandı. Qoca bığ altından sinsice gülürdü. Esger təlaşla əlini qapıya doğru atdı amma aça bilmədi. Adama döndü titrək bir səslə Yalvarırmış kimi danışdı.
-Aye ay kişi nə isdiyirsen məndən? Ay Allahı’m bu nədi?
-Esger. Dur görüm sənə bir cüt sözüm var. Sür maşınını.
-Nedi Ay kişi?
-Heç bilirsən mən niyə ölmüşəm?
-Yoh Vallah bilmək də isdemirem, Sən Allah tüş maşınımdan.
-O Arvadım varya o arvadım.
-Aye Ay kişi nə olupki sənin arvadın ey arvatdı hamı onu barmaknan gösderir.
-Vay Yalanca mən onun atasının babasının gaburgasını ....
-Nə yoxsa səni arvadın mı öldürdü?
-Eye o hansı gapının itidi məni öldürə,
Əsgərin titrəməsi və qorxusu bir az keçmişdi maşını işlətdi yavaşca hərəkət etdirdi. Bir an əvvəl gebirsanlığa gedib bu qoca adam dən gurtulmak istəyirdi.
-Yahcı danış ay kişi utanmırsan ölər vakt küfr etməyə?
-Öler Vahid mı? Hüşünümü itiripsen ay əsgər. Birdə o arvadın ələ görünməyinə Bahman o nə ilandı. İllərdir mənə nələr çekdirip. Bir mən bilirem birde yaradan.
-Siz adamda huş goyarsız belə oyun kimin aşına gəlib heç gördün?
Qoca ağlamağa başlamışdı.
-İndi Mallarımı o arvadnan onun o heyirsiz balaları yeyecek, görürsən gebire bele goyulmadan başlıyıpdılar. Yoh ora sənin yoh bura mənim. Hələ bah tənəkə tənəkə yağ telis telis un düyü, ət, çay, ganfet daha nə deyim özün gördün da. Yazzık canım bu yaşıma gedər yemədim içmədim yığdım. İndi elə peşmanam ələ peşmanam kaş basıb yeyeydim. Vallah Bir kepap qoxusuna həsrət gedirəm.
Əsgər "Ya ahan belə olar işdə. Gavat yemə içmə kasıba vermə ehtiyacı olana kömək etmə, yığ yığıştır geridə qalan beyşöürler həm malını yesinlər həm goruna söysünlər oh olsun "deyə içindən keçirdi.
Qoca birdən birə hersdenmişdi. Əsgərə döndü.
-Gavat Sənsən. Ehlaksız.
Esger "ayə bu dediyimi hardan eşitdi başıma iş açmasın" deyə mırıldandı "Genə titrəməyə başladı, əli ayağı bir birinə dolandı.
-Ay Məşədi sən Allah gorhutma məni.
-Elə Bilirsən, eşitmirəm? Mən sənin o gavat babanıda bilərdim o nə kələkbaz biri idi.
Qocanın atasına gavat deməsi Esgeri’de hersdendirmişdi.
-Düz Danış ay məşədi, aha ölü mölü dinnemerem vallah ataram aşağıya haa. Danış görüm atam sənə neynemişdi ki? Ona kələkbaz deyirsən.
-Get Gebirde galdir sorginen sənə izah etsin. Məni ciyerimnen yandırıp yahıpdı.
-Necə Yəni?
-İrehmetlih anan üsde,
-Demenen Anamı sən isdiyirdin yoxsa?
-Ahh Ahh deyirdim ki ananın döşünə başımı yasdasam bir qırıq vaht eleceme galsa. Allah onnan sonra canımı alaydı, əmmə olmadı. O atan olacaq namussuz ellem güllem elədi ananı məndən aldı.
Əsgər yenə firene basdı maşın durdu.
-Höst Utanmırsan ay kafdar. Ahan indi səni atacam tüş aşşağı. Mende deyirdim irehmetdih bu məşədinin adı gələndə niyə mozalan tutmuşam dönür. Sonra öz özünə danışdı "Ay əsgər gafayımı yedin adam ölüdü, ölüynünde döyüşüler?"
-Ay məşədi səndə hamı kimin abırınnan niyə gebirine getmirsenki mənə gebir əzabı çekdirirsen. Bəs bilmirdin vaxtı gələndə hamı kimin səndə öləcən? Di danış görüm mənnən nə isdiyirsen?
-Garıştırma Ay əsgər mən hələ cavanıydım. Bu bığ, bu saqqal, bu qaş, bu göz kimdə var? Bu buruna bax deyirsən karadeniz fındığıdı. Hələ mənim canım suluyudu.
-Hə he düz deyirsən əmmə bu dediyinə bişmiş toyuğun gülməyi gələr ay məşədi. Deyib qəhqəhəni basdı əsgər.
-Besdi dırdır elediğin sür gedək. Gözüm dalda gedirəm bəs dərdimi mən kimə deyim? Bir ömür həsrət qaldığım anan bir yanda, yemediğim malım bir yanda. Yanıram vallah yanıram.
-Gebirde Ennkür menkür’e diyersen onlar səni dinniyerler. Hələ sən heç bilirsən enkür menkür sene nə soracah.
-Nə soracah?
-Rebbin Kiyes diyende nə deyecen bilirsən? Sən onnarı tüşün, Nəbin, imamların. Molla onnarı sene diyəcək əmmə, əməlin düz deyilsə…
-Eye düz danışırsan ay əsgər hələ oda var. Mən yanmışam vallah yanmışam.
-Be sən onnarı goyup hələ mal, arvat derdindesen ay kişi. Ahan gebirsennikde göründü.
-Yavaş elə ay əsgər sən Allah yavaş ələ hələ danışacaklarımı kutarmamışam. Oğlum, gızım enişdem hamı isdiyirdilerki tez öləm mallarımı pay edələr. Ay onnarın burnunnan gələr inşallah. İndi nömrədən kədərlənmiş kimi dururlar.
Nəhayət gebirsenniye çatmışdılar. Camaat tabutu maşınnan alıb cənazə namazına dayandıqları halda Məşədi Vəli əsgərə dərdini izah etməklə məşğul idi, uşaklığından taa bu günə qədər yaşadığı hər şeyi annatmış zavallı Esger’i şülküt eləmişdi. Esger;
-Bəs deyil ay məşədi, bak molla təlqin verir get birezde ona gulak ver. Innən sonra sene o lazımdı. Mal mülk deyil.
Əmmə nafiledi məşədi məzara girmək niyətində deyildi, durmadan danışırdı, danışırdı amma əsgər onu dinemir bir an əvvəl məzara torpaq atılmasını bekliyirdi.
-Aye Əsgər hələ bir səkinə sena son bir söz danışacam. Bu dəfə ey dinle. Mənim böyük bağçanı bilirsən?
-Bilirem.
-Aha o bağçanın sonundakı qoz ağacı var ha. Onun sağ böğürünü qazıb qismətini alasan.
Dedi və bir anda gözdən itdi. O itdi amma, qəbiristanlıqda nə qədər ölü var hamısı ağ kefenneriynen məzarlarından qalxıb əsgərin qarşısına çıxdılar. Esger;
-Aman Nə olur belə? Hamı mənim gözümə göründü , Ay Allah bu nə müsibetdi.
Ölülər hardasa əsgəri parçalayacaklar kimi ətrafını sardılar hərəsi bir tərəfindən çekiştirir, kimi deyir,
-Esger menide dinne,
-Esger get avradima deki,
-Esger get oğluma deki, gızıma deki, gəlinime dəki.
Neler neler hamısı sanki bu fani dünyadan hələ bir şeylər umurlar gözləri dalda galıp. Hər gafadan bir səs. Əsgərin dayanacaq gücü qalmamışdı əlləriylə iki qulağını bağlayaraq son sürətlə qaçmağa başladı. Qəbiristanlıqda qabaqda Esger arxada ölülər böyük bir govalamaca başlamışdı.
***
Otağın qapısını sürətlə açan qadın yatağında qan tər içində qalmış avazı çıxdığı qədər bağıran adama yaxınlaşdı, üstündən yorğanın çəkdi;
-Ay Kişi uyan ay kişi nə olupdu belə dəli danalar kimin böğürürsen? Kim gavalıyır səni.
Esger dik oturdu əlləriylə hələ qulaqlarını bağlamışdı. Gözlərini açdı qarşısında bu dəfə həyat yoldaşı var idi. Dərindən bir ohh çekti. Elinin tərsiylə anlından axan tərləri sildi.
-Ay Allah sükürki yuxu imiş. Dedi avradına sarıldı. " yuxu imiş əmmə pis bir yuxu "Avradı;
-Qalx ayağa Ay kişi Hacı Gulem Telefon elemişti. Meşe Vəli rəhmətə gedip. Dedi tez ölü maşınını alsın gəlsin.
Əsgər o qədər şaşırmışdı ki gözləri dəyirman daşı kimin fır fır dönməyə başladı, dili damağına garisdi. "Hacı gulem, Meşe vəli" deyə kəkələdi. Öz üzünə guvvetli bir şapalak vurdu; avradına "məni hələ bir cimcikle" dedi "yoxsa hələ rüyadayam?"
***
Aradan bir həftə gedər keçmişdi. Esger seherde lapaggasını piskiletine bağladı bağçanın darbazasını açdı çölə çıxdı. Arvadı arxasından səsləndi.
-Heyirdi Ay kişi belə səhər səhər nahar eləmədən hara gedirsən?
-Bahçaya su vurmağa, əriklər hardadısa guruyuplar. Tez gələrəm.
Esger piskiletini direkmen Meşe Vəlinin bağçasına sürdü, qocanın dediyi qoz ağacını axtardı tapdı. Sağı solu yaxşıca müşahidə etdi kimseler yox idi. Ya Allah bismillah deyərək ağacın sağ tərəfini qazmağa başladı. Çox keçmədən lapakkası sərt bir şeyə vurmuşdu, təmizlədi ətrafını yaxşıca açdı bir sandıq var idi. Sandığın qapağını qaldırdı. Gözlərinə inanamamıştı. Başını səmaya doğru qaldırdı.
-Meşe Veliii, deyə qışqırdı "Meşe veliiiiiii!"
Cür cür- Çeşit çeşit
Yuxu- Rüya
kaş ki-Keşke
qışqırmak.-Bağırmak
nahar: kahvaltı
ölü maşını: cenaze arabası
nömrədən: numaradan
çaşmışd: şaşırmıştı
havakt: ne zaman
bığ: bıyık
qəhqəhə: kahkaha
Kiyes: Kim
Bəs: yeter
kələkbaz: Düzebnaz
bağca: Bahçe
qoz ağacı: Ceviz ağacı
axtardı: Aradı
darbaza: Büyük tahta kapı
şapalak: Şamar
hamısı: Hepsi
hardasa: Nerdeyse
qabaqda: Önde
əriklər:Erikler
Çatmak: Yetişmek
İtmek: Kaybolmak
YORUMLAR
Çox gözeliydi anlatım dostum köyüme gettim ele ayağ izine döndüm
Eyvallah................Selamlar