- 519 Okunma
- 0 Yorum
- 0 Beğeni
ƏSRARƏNGİZ DUYĞULAR
***
Çox,lap çox duyğular və hisslər vardır ki,onları sözlə ifadə etmək olmur.Bu duyğu və hisslər bəsit səs porsiyaları ilə ağzımızdan çıxan bayağı fısıltılar deyildirlər,dil və dodaqlarımız ,hərəki orqanlarımız belə bu hissləri maddiyyata çevirməkdə acizdir.Köksümüzü qabardaraq beynimizin saysız hesabsız sinirlərini gərən,bəzən boğazımızda tıxanıb qalan,bəzən də dilimizin ucunu dodaqlarımıza sıxan müəmmalı,sirli hisslərin yumağına dönürkən insan adına mövcud olmaqdan qeyri bizim varlığımızın heç bir maliyyəti olmadığını anlayırıq.
Ruhumuzun bizim də içində olduğumuz həyatdan aldığı ani təəssüratların təfəkkürümüzün anlayışlara çevirə bilmədiyi,yaxud da çevirməyə geç qaldığı bu əsrarəngiz duyğu və hisslərə dilimizlə qarşılıq verə bilmədiyimiz anlarda zahirən səbəbsiz axan göz yaşlarımızla bizə yalnız bunu demək qalır:-Allahım, böyüklüyünə min şükr olsun Sənin!
Kim nə deyir desin...ilahi kitabları yalnız bu duyğular və hisslər yazır.
***
YORUMLAR
Henüz yorum yapılmamış.