- 687 Okunma
- 0 Yorum
- 0 Beğeni
ALLAHIM...
*<>*
Allahım,Sənin yəqinində etdiyim günahlardan dolayı məni əffeylə!
Bəlkə,bir zaman bu sözlərimi xəyalən yüksək hüzurunda Sənə duyurmağa imkanım olmadı...Həyatımı buyurduğun təki yaşamağa çalışdım,başarılı olduğuma pək əmin deyiləm.Sənin bizim üçün döşədiyin bu dünyada başqa cür əsla,mümkün deyilmiş.Ədalət deyilən o şey hakimlərin portmanatlarına ütülənib yığılmış paraların dəyərində qeybolub getmiş,mərhəmət və xeyrxahlıq yalnız zənginlərin "itaparan" olsun deyərək payladıqları sədəqələrin şükürlərində itib batmışdır.Bizə əta etdiyin haqlarımıza qovuşmağa can atırkən onu daim bizdən uzaq tutmaqda israrlı olan nadürüstlərin cəzasını zamana buraxıb bizlərə səbrli olmağı buyurduğundandır mı,biz məzlumlar bu haqlarımız uğrunda cihada və savaşa ayaqlarımı sürüyərəkdən gedirik,ya getmək istəmirik.
Allahım,sözlərimdə küfr,əməllərimdə günah bilirsənsə,aciz və itaətkar qulunu hifz eylə!Günahlarımızı əffedib bizi bağışlamaq din günü Sənin işindir,mənim işimsə,haqlarıma sayğıda bulunmayıb ona təcavüz edənlərə qarşı qisas və intiqamdır!
***
YORUMLAR
Henüz yorum yapılmamış.