- 443 Okunma
- 0 Yorum
- 0 Beğeni
İnsanlığın öldürüldüyü gecə...
. (25>>>26 Fevral)
İl 1992-cı il.Soyuq bir qış axşamı idi, fevral
soyuğu belə dondu qaldı o,gecə çox
vicdansızlığa
şahid olduğu üçün çünki vandallar , QARABAĞA
daxil oldular ilk işləri isə XOCALINI viran etmək
idi, əslində məqsəd məlum idi.Vandallardan isə
insanlıq gözləmək gərəkmirdi çünki onlar
insanlığı
məhv etməyə gəlmişdi və belədə oldu vandallar
insanlığa qarşı ən qəddar kütləvi represiyaya
başladılar.Sanki o,gecə Tanrıda susmuşdu bu
qəddarlıq qarşısında.XOCALI fəryad edirdi, imdad
istəyirdi bəlkədə Tanrı kömək edərdi o,gecə
amma Tanrını da itirdik o,gecə XOCALINI
itirdiymiz kimi.O,gecə insanlıq susdu gözlərini
bağladı,qulaqlarını yumdu.Çünki həqiqətlər acı
idi
qəbul edə bilmirdilər.XOCALI fəryad etdi tanklar
güllə boran.Gəlmədi köməyə əllər əvəzinə verildi
qanlara boyanmış canlar.O,gecə çarmağa
çəkdilər XOCALINI əvvəl gözlərini oydular görə
bilməsin,dilini kəsdilər fəryad edə bilməsin sonra
əllərini kəsdilər tutmağa halı olmasın deyə bu
bəst etmədi deyərək ürəyini çıxartdılar sonda
XOCALININ başını kəsdilər amma səsini kəsə
bilmədilər.Soyuq üşütmədi,şaxta dondurmadı
təbiyyətdə dondu qaldı o,gecə balanın,anasının
gözləri qarşısında öldürülməsinə, diri-diri
insanların dərisinin soyulmasına amansızca
vəhşiliklərə.Dünyada qışqıraraq üsyan etdi
olubdur dedi, mən qoca dünyada müharibələr
amma görməmişəm bu qədər misli,tayı bərabəri
görülməmiş qəddarlıq.Vandallar insanlıq adını
ləkələdilər o,qanla boğulmuş gecədə.Sildi göz
yaşlarını,ayağa durdu qışqırdı dəfələrlə amma nə
Tanrı duydu XOCALININ səsini nədəki insanlıq
çünki kar olmuşdu qulaqlar,kor olmuşdu gözlər
vicdan isə tərk etmişdi onları.XOCALI isə çox
şey
istəmirdi sadəcə Əədalət istəyirdi Tanrıdan və
insanlardan o,gecə üçün...!
YORUMLAR
Henüz yorum yapılmamış.