- 656 Okunma
- 0 Yorum
- 0 Beğeni
Bir səhv, min əzab
Birinci hissə -1 səhv
Soyuq bir qış axşamı idi. Həsən işdən evə qayıdırdı.Yenə eyni küçə ilə getməyi qərara aldı, küçə qaranlıq olmağına baxmayaraq Həsən sürətli addımlarla küçədən keçməyə tələsirdi.Sabah tezdən işə gedərkən əli yalın,yetim bir uşaq görmüşdü bazarın önündə bu küçə isə bazara çıxan yol idi.Həsən düşünürdü ki, əgər yenə o, uşağa rast gəlsə onu evlərinə aparacaq.Çünki yetimlik nədir Həsən yaxşı bilirdi.Həsənin iyirimi səkkiz yaşı var idi.O, ucaboy,qarasaçlı və gözəl boyun buxunlu oğlandır .Həsənin atası o, uşaq olarkən rəhmətə getmişdi.Onun on iki yaşı olarkən .O, tək ananın ümüdünə qalmışdı bir balaca bacısı ilə, məcbur ailənin yükü onun çiyinlərinə düşmüşdü o, uşaq yaşlarından ağır işlərdə işləməyə məcbur olmuşdu.Hər cür çətin işlərdə işləyirdi ki,axşama anasına,bacısına çörək alıb apara bilsin. İşləməkdən əlləri qabar-qabar olmuşdu uşaq vaxtlarından. Amma neyləmək olar bu onun talehi idi və o, bununla çoxdan barışmışdı.Həsənin on dörd yaşı olanda anası yad bir kişi ailə qurmuşdu ki, balaca Həsənin çiyinlərindəki yük biraz azalsın amma bu çox uzun çəkmədi.Həsən ögey atası qumara başladı içdi,çəkdi və bütün pulları dağıtdı.Hələ bu azmış kimidə hər gecə Həsəni ,anasını döyürdü pul gətirsinlər deyə. O, zamandan Həsən ögey atasına nifrət bəsləməyə başlamışdı.Günlər çox sürətlə yerini aylara , aylar isə illərə dəyişirdi.Həsənin on altı yaşı olarkən anası xəstəlik ucbatından ölümə duçar olmuşdu.O, gecəni Həsən unuda bilmirdi anasının yarımcan halında çarpıyada uzanaraq ölümü gözləməsi və Həsənin əlini tutaraq bacısını Həsənə əmanət etməsi.Həsənin gözləri dolmuşdu anasına söz verdi bacısının yanında olacağına.Saabahsı Həsənin anası əbədi gözlərini yummuşdur.Aradan bir müddət keçəndən sonra Həsənin ögey atası yenidən Həsənlə bacısını döyməyə başlamışdı.Həsən qəddar atalığının əlindən bezmişdi daha dözə bilmirdi düşünürdü ki, əgər bu dəfə də bacısına və onun özünə əl qaldırsa ,ona əl qaldırıb və hətda öldürə biləcək vəziyyətə gəlib çıxacaq.Həsən yenə hər zaman ki, kimi işdən yorğun halda evə gələndə gördü ki, qapı açıqdır və bir anlıq təşvişə düşdü, tez içəri daxil olan an bacısını al-qan içərisində gördü və dəhşətə gəldi.Bunu görən Həsən cəld mətbəxtə qaçdı, gördüyü ilk soyuq silahı əlinə aldı və tez bacısın yanına qayıdıb atalığının yerini soruşdu bacısından.Bacısı Həsənin qan örtmüş gözlərinə baxaraq heçnə demədi o, qorxurdu ki, qardaşı qatil olar,onu həbsə atarlar və o, tək qalar.Həsən bir daha soruşdu səsini kəskin yükləldərək. Elə bu zaman otağın qapısını atalığı açdı və üzü Həsənin arxasına tərəf dedi ..
–Nə qışqırırsan yetimçə? Qəzəblə baxaraq Həsənə,Elə bu zaman Həsən bıçağı əlində möhkəm sıxaraq tez firlanıb qəddar atalığının boğazını üzdü və qanı su yerinə axıtdı. Aradan bir neçə gün keçdikdən sonra Həsəni tutdular və məsuliyyətə cəlb etdilər.Həsənə on iki il hökm oxundu məhkəmə zalında.Həsənin bacısı Bahar isə uşaq evinə verdilər.Həsənin on altı yaşı vardı bu zaman ,Baharın isə on üç yaşı vardı. Beləcə Həsənlə,bacısı bir-birindən ayrılmışdırlar.Həsən həbsdə olduğu müddətdə Anası verdiyi sözü xatırlayıbda tuta bilmədiyi üçün heyifslənirdi. Bəzən isə özünü hətda öldürmək istəyirdi.Amma içindən bir səs Baharı tapacağına ümüd verirdi bu isə Həsənə yaşama təsəllisi verirdi.Aradan xeyli müddət keçdi günlər, aylar,illər keçdi Həsən həbsdən çıxdı.Həbsdən çıxarkən artıq iyirimi beş yaşı vardı.Artıq o,əzgin döyülən,söyülən Həsən deyildi yetişgin bir gənc idi.Həsənin ilk işi məhlələrinə getmək oldu və tez bir maşına minib evlərinə gəldi və evlərini qabağında düşərkən bir anlıq xəyala daldı.Həsənin gözünün qabağına uşaqlığı gəldi.O, zəif uşağın döyülməsi,söyülməsi bir parça çörək pulu qazanmaqdan ötrü çəkdiyi əziyyətlər yadına düşdü və kədərləndi.Həsən anidən xəyaldan ayılıb qapılarının ağzına tərəf addımladı amma qapı bağlı idi.Qapının bağlı olmağı heç də təəcüblü olmasına baxmayaraq bunu gözləmirdi amma reallığa qayıdandan sonra bu vəziyyətlə razılaşdı, axı onun on iki ildir Bahardan heç bir xəbəri yoxdu idi.Bu illər ərzində çox şeyin ola biləcəyini dərk etdi.Hətda qapının dəstəyi toz tutmuşdu,Həsənin bu an gözləri dolur.Düşünür ki, çoxdandır qapını açan olmayıb.Bu an yenədə Həsən öz fikirlərində boğulmağa başladı onun narahat edən sualların içində, Görəsən Bahar hardadır? Necədir? Talehi ilə qəddar dualdən necə bacardı çıxmağı? Evə doğru hər addım yaxınlaşdıqca xatirələri ağla gələn an yenədə keçmişi yaşamağ məcbur edirdi. Bu an qəfildən Həsəni öz əzablı keçmişin xatirələrindən ayıran səs gəldi, bu səs qonşuları Fatma xalanın səsi idi.
–Ay bala,sənə kim lazımdı? Dedi və maraqla Həsənin üzünə tamaşa etdi. Həsən Fatma xalaya baxıb onu tanımamasından hər şeyin dəyişdiyini hiss etdi və dedi ümüdlə cavab alacağına,
–Baharı axtarıram, bilmirsiz haradadır hal-hazırda?, Fatma xala isə dedi,
–Sənin nəyinə gərək di ay bala Bahar ? şüphəyə qapılaraq. –Məni tanımadız?Mənəm Həsən,bacımı axtarıram, aradaki gərginliyi və Fatma xalanın şüphəsini aradan qaldırmaq üçün bir az da gülümsədi.Fatma xalanin bir anlıq gözləri yaşardı və təəccüblə üzünə baxdı və dedi –Həsən sənsən? Necə dəyişmisən bala tanımadım, dedi və ona tərəf getdi və qucaqladı.Həsəndə qarşılıqlı qucaqladı köhnə illərə qayıtdı bir anlıq.Fatma xalanın oğlu ilə dost idilər amma onunda oğlu vaxtsız getmişdi və onlar Həsənə oğulları kimi baxırdılar amma imkanları olmadığı üçün Həsənlə bacısını övladlığa götürə bilməmişlər.O,zamandan bu zamana isə çox şey dəyişdi.Həsən yenidən bacısını yerini soruşdu, Fatma xala isə heçdə Həsənə ürək açan və sevinəcək cavab vermədi –Həsən sən tutulandan sonra Baharı uşaq evinə verdik və bir neçə dəfə yanına getsək də,sonradan əlaqəni itirdik.İndi bilmirik haradadır. Həsən içdən ah çəkərək başını qaldırdı səmaya sarı və sanki Tanrıya ünvanlayırmış kimi dedi bir az ucadan dedi ,Fatma xala eşidəcək qədər,
–Niyə axı biz seçildik talehin qəddar oyununa,deyərək hayqırdı. Amma nə fayda ? bu heç kəsin bir o, qədərdə vecinə deyildi.Həsən Fatma xaladan uşaq evinin ünvanını soruşaraq oraya üz tutmağı qərar aldı. Bir az gedəndən sonra axtardığı ünvana çatdı, gözü həyətdəki uşaqlara rast gəldi.Uşaqlar həyəyda oynayırdılar.Həsən qapını açaraq içəri girdi və uşaqlara diqqəti onun üzərinə cəmləndi bir anlıq.Həsən düşünürdü ki, indi uşaqlar fikirləşirlər ki, yəqin kimisə bir-birindən ayırmaq üçün gəlmişəm.Axı bu yerlər, bacını-bacıdan, qardaşı-qardaşdan alan yerlərdi.Elə bu zaman Həsən fikirini kimsə böldü, bu tərbiyyəçi idi,
–Sizə nə lazımdır?dedi və maraqla cavab gözlədi.
Həsən ona tərəf çevrilib baxdı və uzun saçlı,qara gözlü,sadə geyimli bir xanım gördü.Həsən ilk cümləsini bu cür qurdu,
–Mən bacımı axtarıram,onun üçün gəlmişəm, dedi yenədə ümüdə əsir olaraq. Tərbiyyəçi dedi,
–Sizin bacınızın adı nədir?Soruşaraq yüz dəfə üzləşdiyi hallardan biri olduyğunu sandı. Həsən cavabını gecikdirmədən dedi,
– Bahar, Bahardır onun adı xanım.
tərbiyyəçi isə dedi çaşqınlıq içində,
-Burada Bahar adlı uşaq çoxdur,biz belə tapa bilmərik onu.Ən yaxşısı siz onun haqqıda daha çox ətraflı danışın ki, bizim işimiz daha asan olsun. Həsən dediki,
–Onun bacısını buraya on iki il əvvəl gətiriblər o, zamanlar on iki yaşı vardı. İndi isə iyirimi dörd yaşı olar, bilirəm o, artıq burada yoxdur amma bir məlumat ala biləcəyim üçün buraya üz tutmuşam. Tərbiyyəçi xanım bütün burada işlədiyi müddət ərzində bu cür hadisə ilə qarşılaşmdadığı üçün çaşqınlıq içində qaldı və ən maksimum cavab verdi Həsənə
-Ən yaxşısı siz çıxın müdir ilə görüşün bəlkə o, sizə kömək edə bildi. Həsən soruşdu –Müdürün otağı hansı tərəfdə olduğunu,
–Buyurun,mən sizə göstərim. Hər ikisi bərabərcə ikinci mərtəbəyə müdürün otağına tərəf qalxdılar.Koridorun sonuna çatanda tərbiyyəçi dedi
–Budur ,qabağdakı otaq müdirin otağıdır. Həsən tərbiyyəçiyə təşəkkür edib otağa tərəf sürətlə getdi,sanki ona gəlirdi ki,otağın qapısını açan an Baharla qarşılaşacaq.
YORUMLAR
Henüz yorum yapılmamış.