- 664 Okunma
- 0 Yorum
- 0 Beğeni
MƏNİM RƏNGİM...SARIDIR
***
("köşəsiz yazılar"dan)
*
Düşündüm,düşündüm və bu qənaətə gəldim ki,bizim şəxsiyyət vəsiqəsi almağımıza ehtiyac yoxdur,niyə də hökumətin bu qədər pulunu kağıza döndərib çölə ataq kı...Bizi bir-birimizdən ayırmaq üçün kürəyimizin görünən yerinə "FAB" boyalarından bircə qırnıq sürtsələr yetər.Misalçın,mənim tərcihim sarı rəngədir,həm rəngimə,həm təbimə uyğun gəlir.Hətta,dostlarıma da rəng seçmişəm:biri elmlər namizədidir,ona qırmızı rəngi məsləhət görürəm,elə özü də qırmızı adamdır,sözü şax üzünə deyir,elmlər doktoru olanı da var,ona yüzdəyüz mavi yaraşır,başqa cür anlaşılmasın...o "mavi"dən demirəm.Hacı böyük adamdır... "bezsvetdir".
Öz rəngimə gəlincə,dedim axı,sarı mənim rəng tanrımdır,elə uşaqlıqdan bu rəngin sevdalısı olmuşam,bəlkə də,melonxolik olduğumdandırmı,bilmirəm.Ətrafımdakılara bir az qəribə gəlir mənim sarı rəng düşgünlüyüm,üzümə deməsələr(bəzən deyən də olur) belə,bilirəm ki,arxamca gülürlər,zövqümün kasıb olduğunu mənə nəzakətlə anlatmağa çalışırlar.O qədər aristokratik rənglər var ki,amma mən aristokrat deyiləm,axı...
Bir ara darvazamı və eyvanımın məhəccərini sarı rəngləmişdim.Yeznəm narazı-narazı üzümə dikəldi:-Bu nə rəngdi,qapı-bacanı döndərmisən payıza,elə bil xəzəl topasıdır.O da məni anlamadı,ümumiyyətlə heç kim məni anlamır...sarının nəyi pisdir ki,məgər sarışın qızları bəyənmirsiniz.Bir hacı tanışım var,Antalyada sarışın qızlara ətək-ətək para xərcləyir...
Siz sarıya baharda baxın,elə
ki,yaşıl rəng otların və
yarpaqların timsalında
dövriyyəyə girdi,sarı rəng ilahi
gözəlliyini açıb tökür ortalığa.Hələ
yamyaşıl otların içindən yüngül
şehə islanmış sarı çiçəkləri
görəsiniz,nakam kəpənəklərin
ən çox qonduğu rəngdir sarı
rəng.
Sarının içində qəmli bir
hekayət.kədərli bir musiqi
var,məndən qeyri kimsənin
duyabilmədiyi,n otlara
salınabilməyən, huzurverici,əsr
arəngiz bir musiqi...sanki,
torağayların nəğmə
oxuduğu,rüzgarl arın dolaşdığı
düzəndə ötəri bir yolçunun
siqara közündən düşmüş atəşin
tovlaya-tovlaya yandırdığı sarı
otların kiçicik topasından çıxan
həfif çırtıltıları kimi bir
səs...ehmallıca qulağından girib
içərində əlçatmayan yerdə
duyğuların qəmli ritmlərinə
dönüşən hıçqırıqlar bənzəri...
Hər payız əsla üzünü
görəmmədiyim insmi,cinsmi
kimsə,yaxud nəcə könlümü
əsrarıyla dürtməyərək qulağıma
deyir:-Sarını sevin,dünyanı o xilas
edəcək,hətta kürəyinizdə olsa
belə...
***
YORUMLAR
Henüz yorum yapılmamış.