- 887 Okunma
- 0 Yorum
- 1 Beğeni
Xoşbəxtlər Ölkəsi..!
GÜNLƏRİN BİR GÜNÜ QƏDİM BİR ÖLKƏNİN YAŞLI bir PADŞAHI OLUR. Bu padşah o qədər qəddar olur ki,İnsanlar padşaha şikayətlərini deyə bilməməkdən əlavə heç cürət edib padşahın sarayının yanından belə keçə bilmirlər.Padşah öz qəddarlığı, amansızlığı ilə hər kəsi lərzəyə salası ad qazanmışdı bütün ölkədə hətta qonşu ölkələrin padşahları belə bu padşahla üz--üzə gəlmək belə istəmirdilər.Padşah ölkə əhalisindən ağır vergilər alır,vergiləri ödəyə bilməyənləri isə çox ağır şəkildə cəzalara məruz qoyurdu vergini verə bilməyən insanların Ailəsini özünə qul götürürdü arvadını isə öz hərəmxanasına salmağı əmr edirdi.Uşaqlarını isə qul əvəzinə ağır işlərdə işləməyə məcbur edirdilər borcunu verə bilməyən kişini isə ya ağır işgəncələrlə məruz qoyub öldürürdü yada ən ağır işləri gördürməyi əmir edirdi çox zaman daş karxanalarında işlədir,səbətlə daş daşıdırdılar buna isə dözməyib ölənlər çox olurdu.Padşah bu əməlləri ilə iftixar edirdi.İnsanların çoxu isə bu işgəncələrə dözməyib gecə ailəsi ilə birlikdə ölkəni tərk etməyə başlamışdılar ölkədə sürətli azalma baş vermişdi bu hadisə padşahın qulağına çatar,çatmaz padşah əmr edir ki, ölkə əhalisini yenidən siyahı tutub.Ailə üzvləri ilə birlikdə,siyahayı əlavə etsinlər və hər kəsin yaşadığı şəhərdən çıxmasını qadağan edir qəddar padşah tək bununla kifayyətlənmir.O, qonşu ölkələrə xəbər yollayır ki, mənim ölkəmin insanları qaçaraq sizin ölkələrinizə sığınıb əgər siz onları 3 gün içərisində gün batana kimi geri qaytarmasaz mən sizlərə cəng elan edəcəm bu xəbəri eşidən qonşu öklərin padşahlarının canlarına qorxu düşür.Onlar belə bir qəddar,amansız bir padşahla bir araya gəlmək istəmirdilər ona görə onların ölkəsinə sığınmış insanları öz ölkələrinə yollayırlar.İnsanların canlarına yenidən qorxu düşür hər kəs bilirdiki padşah onları sağ qoymayacaq onları çox ağır cəzalandıracaq onlar padşahın necə amansız olduğunu bilirdilər.Bu insanlar içərisində Yaqub adlı bir uzağ görən şəxs var idi yaqub bilirdi ki,ölkələrinə geri qayıdan kimi qəddar padşah onu və ailəsini amansız cəzalara məruz qoyacaq onun üçün yaqub bütün gəcəni yatmadı sübhəcən düşündü bu vəziyyətdən necə çıxa bilər çox düşündükdən sonra yaqub belə qərara gəldiki onsuzda bu padşah axmaqdır mənə sıra gəldikdə mən çıxıb deyərəm ki, padşahım mən o qərib ölkəyə ona görə getdim ki, görüm onlar bizdən ağıllıdırlarmı son zamanlar şəhərdə şayə yayılmışdı ki, qonşu ölkədə şirləri ,insanlar necə istəyirlər elədə örgədirlər otur deyirlər oturur dur deyirsən durur birdən yaqub fikirləşir ki, padşah soruşsa ki, bəs ailəni niyə aparmışdın mən onda padşaha nə deyim bu zaman sübh açılırdı xoruzlar banlaması ilə artık sübh açıldığını işarə edirdilər yaqubun bu ölkəyə gəlməsindən bir ay ötmüşdü bu gün isə son günü idi öz ölkəsinə qaytaracaqdılar çünki padşahın verdiyi son gün idi bu gün insanları geri qaytarmaqları ilə bağlı.Yaqub öz-özünə düşündü ki,mən elə edimki padşah mənə niyə başqa ölkəyə getdin desə mən onda deyim ki, padşahım qonşu ölkədə şirləri insan kimi örgədirlər deyərəm və beləcə padşahın sual verməyinə mane olaram bu söz--söhbətlərlə padşahın marağını bu mövzuya cəmləyə bilərəm və vəziyyətdən çıxa bilərəm Yaqub bu düşüncələrlə şəhərin mərkəzinə Ailəsini götürüb getdi.Orada isə öz ölkəsinə yolla saldılar insanlarla bərabər.Gün batmamış öz ölkələrinə çatdılar.Qəddar padşah isə şəhər meydanında böyük meydan qurub onları gözləyirdi.İnsanların şəhərin meydanına girişi ilə böyük kütlənin baxışı qərib ölkədən gələnlərin üzərinə cəmləşdi İnsanlar çox qorxurdular bilirdilər ki,padşah bu meydanı onlara görə hazırlaylayıb onların içərisində yaqub da vardı o bilirdiki bu gün xilas ola bilməsə sonu ilə barışmalı olacaq.Buna görə düşündü ki, həyat bir gündü oda bu gündü.Padşah əmr etdiki onları hüzuruna gətirsinlər tez padşahın əmrini yerinə yetirdilər.Padşah ayağa qalxıb hər kəsə bir sual verdi deyin görək getdiyiniz ölkədə nə gördünüz ki,bizim ölkədə yoxdu O,şey ? Padşah sözünün araxasını belə tamamladı səf deyənin boynunu vurduracam ailəsinidə qul edəcəm .İndisə isə düşünün və məni təəccübləndirin canınızı bağışlayım Heç kəsdən səs çıxmırdı onlar bilirdilər ki, əgər desələr ki, bu ölkədən fərkli olaraq getdikləri ölkədə zülm yoxdu onda padşah heç rəhm etməz ona görə susmağı məsləhət bildilər elə ən yaxşısıda budur dedilər.PADŞAH gördüki heç kəsdən səs çıxmır Siz susaraq xilas olmayacaqsız dedi və cəlladı çağırdı aparın bir--bir boyunların vurun.Yaqub düşündü ki,tam vaxtıdır əgər padşahı təəccübləndirə bilsə demək camaatıda xilas etmiş olar.Yaqub qabağa çıxaraq mən deyə bilərəm padşahım dedi amma bir şərtim var?Padşah yaquba baxaraq nədir o elə şərtin ? əgər təəccübləndirə bilsəm hər kəsi bağışlayarsız dedi:Padşah yaxşı amma təəccübləndirə bilməsən birinci sənin boynunu vurduracam.; Yaqub razılaşdı onsuzda itirəcəyi çox şey yox idi elədə -belədə boyunları vurulacaqdı ona görə yaxşı padşahım dedi və başladı danışmağa.Padşahım bir ay öncə qürbət ölkədə çox qəribə bir şey gördüm onlar əcayib insanlardı padşah maraqla necə deyə soruşdu? Yaqub onların ölkəsində Şirləri meşədən tutub gətirib insan kimi örgədirlər şirə deyirlər otur -oturur;qalx qalxır .insan kimi salam verir .Padşah dəhşətə gəlir necə olur bu ? Yaqub ürəyində gülərək sevinir ki,axmaq padşahı inandıra bildim bundan sorası daha asandı yaqub bilirdiki padşah axmaq insandı buna tez inanacaq; -Padşahım mən bunu əcayib ölkədə gördüm.Padşah hər şeyi unudub yaquba sual verir bunu necə olduğunan maraqlanır şah sözünə əməl edim hər kəsi azad edir.Bir neçə gün sonra yaqubu yenidən hüzuruna çağırtmağı əmr edir və deyir ki, yaqubu şirlərin olduğu qəfəsə salacaq yaqubun canına qorxu düşür amma tez özünü toxdadaraq düşünür ki,insanlarda bu qəddar padşahın əlindən usanıblar məni şirlərin yanına salanda padşahım şir sizə "salam "vermək istəyir elə bu zaman padşah içəri girəndə şirə tərəf getməsini deyəcəm və şir əl uzatmaq istəyəndə beləcə şir onu parçalayacaq və hər kəsində bu zalım padşahdan canı xilas olacaq. Yaqub saraya çatıb padşahın hüzuruna getdi ədab-ərkanla salam verib məni çağırmısız -padşahım:-Padşah səni şirin yanına salacam göstərərsən mənə necə salam verdiyini.-Yaqub başım ,gözüm üstə padşahım deyi;-Padşah əmr edir ki, yaqubu şirlər olan qəfəsə salsın tez şəkildə yaqubu aparıb şirin qəfəsinə salırlar.Padşah isə baxır buna qəfəsdə olan yaqub düşünür ki,hər an şir hücum edib onu parçalaya bilər bunun üçün çox az zamanı var; -Yaqub üzünü padşaha tutub deyir padşahım bu şir mənə salam vermir deyir ki, mən ancaq padşahıma salam verəcəm padşah sağ olsun ancaq sizə salam vermək istəyir; -Padşah fərəh hissi ilə ayağa qalxaraq çıxarın onu qəfəsdən özüm girəcəm deyir əsgərlər tez qəfəsin ağzını açır yaqub qəfəsdən çıxır.-Padşah açın qapını özüm girəcəm deyir əsgərlərdə tərəddüt belə etmirlər qapını açmaqdan çünki vəzir,vəkil,əsgərlər,saray əhlidə bezmişdi bu zalım padşahın əlindən ona görə cəld qəfəsin ağzını açırlar; -Padşah içəri girir sonra qəfəsin ağzını bağlayırlar padşah şirə baxır amma görür şir ona salam vermir;-üzünü yaquba tutub deyir bu şir mənə salam vermir. -Yaqub padşah sağ olsun gərək biraz şirə tərəf gedəsiz və əl uzadasız onda şir sizə salam verib baş əyəcək bu sözlərdən sonra padşah birazda özü ilə fərəhlənir və irəli doğru bir neçə addım atır və şirə əl uzadır bu zaman şir qəfildən padşahın üzərinə atılır və onu parçalayır bu hadisə bütün şəhərə yayılır hər kəs bayram edir qəddar padşahın gəbərdiyinə.Yaqubu isə ölkənin padşahı qoyurlar və o gündən bəri hər kəs xoşbəxt və firavan həyat sürür yaqub isə ölkəni ədalətli şəkildə idarə edir vergiləri götürür hər kəs xoşbəxt yaşayır O, Gündən bəri bu ölkənin adı insanların dillərində XOŞBƏXTLƏR ÖLKƏSİ KİMİ ƏBƏDİ YAŞADI
YORUMLAR
Henüz yorum yapılmamış.