Mavi gəlin
Mavi gəlin
Ucqar bir dağ kəndində ən yaxın dostunu homoseksual olduğuna görə öldürdülər .Ona görə dost deyirəm ki , bilmirəm rəfiq deyim , yoxsa rəfiqə . Hərçənd ki , Azərbaycan dilinin orfoqrafiyasında rəfiq sözünə rast gəlməmişəm .
Qərara gəlmişdi ki , qisas alacaq . Qəlbi intiqam hissiylə coşurdu .Əvəllər Vaqif idi , indi Vaqifə olmuşdu . Ehtiyac belə tələb etmişdi . Bədəninin bütün əzalarını əməliyyat etdirib qadın görkəmi almışdı . Təkcə günah alətinə toxunmamışdılar. Özü istəməmişdi . Bilənlər bilir ki , kənd cavanları vəhşi öküz kimi ehtiraslı olur . Heyvan bədə-ni görməkdən bezən gənclər canlı qadın bədəni arzulayırlar . Hara gedirsiz , hələ söhbətimi bitirməmişəm , inanmırsızsa rədd olub gedin . Amma inanın , onsuz da çox danışmayacam , təxminən 40 dəqiqə . Vaqifə tez bir zamanda fəal əməliy -yatlara başladı . Elxanı yoldan çıxarmaq elə də çətin olmadı . Ehtiraslı baxışlar , erotik yeriş , gözlənilməz psixoloji təsir və vəssalam , nəticədə kişi qadının quluna çevrilir . Fəqət , Vaqifəyə tam olaraq qadın da demək olmazdı . Oğlan hətta öpüşdükləri zaman da heç nə hiss etmirdi , hiss etmirdi deyəndə ki , əslində çox təsirli hisslər keçirirdi həmin an , ən vacib olanısa duymurdu . Ehtiras – Yaradılışın ən vəhşi , qarışısıalınmaz , sərhəd tanımaz duyğusu və ən nəhayət kişini qadının quluna çevirən amansız quldar . Çox zaman keçmədi , evlənmək təklifi etdi Vaqifəyə . ( hə , başımı o qədər xarab elədiniz ki , Elxan haqqında danışmağı unutdum . Vaqifənin dostunu o öldürmüşdü . Kənd yerlərində homo-seksuallıq , trans , heteroseksual , lezbianka kimi anlayışları heç kim bilməzdi , hətta cinsi əlaqəyə cütdəşmə deyəcək qədər sadəlövh idilər . Gözəl məclis təş-kil olundu . Toy hələ bitməmiş Elxan Vaqifənin dizlərini sığalladı , belini qucaq-lamaq istəyəndə sərt bir dirsək zərbəsi aldı , Səbri tükənirdi artıq . Etiraf etmək lazım ki , plan qüsürsuz dərəcədə mükəmməl düşünülmüşdü . Səhvsiz də həyata keçirilirdi . Əsas məsələ qalmışdı hələ . Zifaf gecəsi başlandı , Elxan dərhal so-yunmağa başladı , yengələr də gizlincə baxırdılar . Vaqifə də soyundurulmasına mane olmadı . Sonra isə müharibənin həlledici döyüşündə zəfər qazanmış dö-yüşçü kimi hədsiz həvəslə günah alətini göstərdi Elxana . Yengələr bir andaca kəndə xəbər yaydılar ki , Elxan kişiylə evlənib . o zamanlar homosek-suallar öləndə polislər Azərbaycan dilində şirinlik alaraq məsələni yoluna qoyurdular . 30 min xərcləri çıxmışdı , öldürülmüş homoseksualla bağlı istintaqı bağlamaq üçün . Kənd camaatı toplaşana qədər Vaqifə artıq Vaqif - ə çevrilib kişi geyimində kəndi tərk etmişdi .
Nicat Həşimzadə
YORUMLAR
Henüz yorum yapılmamış.