Tənhalıq fəlsəfəsi
Viktoriya şəlaləsinin şəffaf suları altında gözəl bir qız yuyunur , su onun kürəyindən axaraq yanlarından aşağı süzülür . Qoca dərviş həsrət dolu baxışlar-la bu ilahi anı , dünyanın ən gözəl mənzərəsini seyr edir . İlk və yeganə məhəb-bətini xatırlayır . Sevdiyi qadın Troyalı Yelena qədər gözəl olmasa da , ən pis halda onunla rəqabət aparmağa layiq olacaq gözəllikdə idi .
Qoca dərviş ilahi gözəlliyə malik bu qıza baxdıqca tənha ötən illərinə görə kədərləndi . Lakin bir həqiqəti dərk etdi ki , bu cür müqəddəs eşqə layiq de-yil . Vücuduna yad baxışların toxunduğunu hiss edən qız diksindi , ağ göyərçinə dönərək səmaya qalxdı , bir andaca görünməz oldu .
Qoca dərviş dərin düşüncələrə dalaraq anladı ki , ən sadiq sirdaşı - tənhalıq bir daha heç zaman onu tərk etməyəcək . . .
Nicat Həşimzadə
YORUMLAR
Henüz yorum yapılmamış.