Erotika dərsləri
Erotika dərsləri
Bir sevgilisi olan qadın mələk , iki sevgilisi olan qadın iblis , üç sevgilisi olan qadın isə normal qadındır . ( Viktor Hüqo )
Dəli payız rüzgarı kimi olur gözəl qadınlar . Bir andaca gələr , heç gözlə-mədiyin halda gedərlər . ( Cəhənnəmə getsinlər ) İntim münasibətlərdə çözülməz nöqsanları olar gözəl qadınların . Sevdiyin qadın ehtiras krali-çası olsa da , yataqda sənə möhtəşəm duyğular yaşatsa da , ehtiras bu-rulğanında səni əritsə də gözlərin hər zaman gözəl qadın axtarar . Çünki sevdiyin qadın bezdirər səni . Doyarsan ondan , yenilik eşqində çırpınarsan Erotika dərslərində zəif olsa da ayrılmazsan gözəl qadından . Yanında ol-masından qürur duyarsan , digər kavalerlərə acıq verərsən .
Sevdiyin qadınsa inanar hər zaman səmimi olduğuna . Onu aldatdığını düşünməz . Sənin başın gözəl qadının döşləri arasında uyuyan zaman səni sevən qadın ətrini duymaq üçün köynəyini qucaqlayar . Gözəl qadına ba-halı hədiyyələr alarsan , gənc məşuqunu sənin pulların hesabına oxudar , sən xəyanət etdiyin kimi o da sənə xəyanət edər . Evindəki qadın axşam yeməyini hazırlayar , sevinclə süfrə bəzəyər , həvəslə ərini gözləyər . Na-har süfrəsinə əyləşməz sən evə gəlməyincə . Axmaq ağlınla dərk etməz-sən onun fədakarlığını . Övladlarının anasını satarsan vəhşi ehtiras duy-ğusuna . Oğlun illərlə eyni ayaqqabıları geyinər , qızınsa köhnə paltarda rəfiqələrinin doğum günlərinə getməkdən utanar . Qadının ac qaldığı zaman uşaqları götürüb utana – utana atasının evinə gedər , sənsə həmin an gö-zəl qadının ayaqları arasında əriyərsən , bütün varlığın təslim olar onun ecazkar bədəninə . Lakin öz qadının daha gözəl hisslər yaşadardı sənə . Axı onun qəlbində məsum sevgi duyğuları var idi .
Və bir gün qadın – övladlarının anası həyatla vidalaşar . Utanarsan məzar başında ağlamağa . Baxa bilməzsən övladlarının gözlərinə . Ölmək , qa-dınınla birgə məzara gömülmək istərsən . Fəqət anlayarsan ki , vicdanlı bir insanla eyni məzarda uyumağa belə layiq deyilsən .
Nicat Həşimzadə
YORUMLAR
Henüz yorum yapılmamış.