platonik sevgi
Platonik məhəbbətin mövcudluğuna hər zaman ironiya ilə yanaşmı -şam . Bu cür sevgilər haqqında hekayələr oxuyanda simamda gülüş ya-ranardı . Əvvəlcə şəklini gördüm . Ona qarşı xüsusi marağım yarandı. Sonra səsini eşitdim . Öncə səsinə aşiq oldum . O ana qədər düşünməz-dim ki , insanın səsinə aşiq olmaq olar . Yəqin ki , platonik sevgilər be-lə olur . Mən də bu bəlaya düçar oldum . Lakin 22 illik həyatımda ba-şıma gələn ən gözəl bəladır bu . Freydlə aramızda ortaq cəhətlər var . Cinsəl münasibətlərin psixologi-yasında onun qədər uğurlu insan yoxdur . Lakin 30 yaşının tamamına qədər qadın bədəni görməmişdi . 22 yaşımın olmasına baxmayaraq mən də canlı olaraq qadın bədəni görməmişəm . Bəlkə Haynrix Böllün başına gələn monoqamlıq xəstəliyinə tutulmuşam . Ölüncəyə qədər təkcə bir insan tərəfindən sevilmək istəyirəm . Hətta bu istək qarşılığında bütün bəşəriyyətin nifrətiylə vuruşmağa hazıram Onu tanıyandan sonra həyatımın harmoniyası pozulsa da ruhumda bir rahatlıq duyğusu var . Ancaq düşünürəm . bəs o məni tərk edəndən sonra nələr olacaq ? Axı mən onun üçün uşağam , şıltaq , şən bir uşaq . Nəvazişə bəlkə də ehtiyacım var , fəqət mərhəmət və təsəlli laızm deyil mənə . Bu gün görüşdük . Olduqca səmimi söhbətlər etdik . İndi onun nələr düşündüyünü bilmirəm . Bəlkə də zamanını mənasız münasibət-lərə sərf etdiyini düşünür . Şipşirin yanaqlarından öpmək , əllərindən tutub bir ömür boyu yanımda saxlamaq istədim . Sadəcə istədim . Am-ma bacarmadım . Don Juanlıq məharətim heç zaman olmayıb . Gizli evlilik təklifi münasibətlərimizə son qoya bilərdi . Amma sözü zara-fata çevirib mövzunu dəyişə bildim . 10 il sonra uşaqlarını məktəbə apardığı zaman bəlkə də tale bizi görüşdürəcək . Və mən sual verəcəm . 10 il əvvəl evlənmə təklifi etsəydim qəbul edərdin ? o da cavab verəcək ki , rədd ol get . Artıq çox gecdir . Nədir axı lənətəgəlmiş sevgi ? Sevgi 20 yaşlı gözəl qızla ecazkar yataq münasibətləri ya-şadığın zaman 40 yaşlı qadının həsrətini çəkməkdir . Bax budur əsl sevgi .Ona məni sevməyi öyrədəcəm , bir problem var . O artıq qulaqları ilə sevəcək yaşı keçib . İndi öz məntiqinə və zövqünə inanır . Hətta zövqünə uyğun kavaler olsam belə məntiqinə görə qəbul etməyəcək . Dostoyevski hansısa xoş günündə içib sərxoş olduqdan sonra bu sözləri deyib – gözəllik dünyanı xilas edəcək . Mənsə əminəm ki , gözəllik dünyanı məhv edəcək . Çünki cəhənnəm adlı məmləkət gözəllik simvo-lu olan qadınların təhtəlşüurundadır . O da öz gözəlliyi ilə məni məhv edə bilərdi . Lakin məhəbbətim platonik olaraq qaldığına görə uğur-suzluq yaşamadım . Hətta vida görüşümüz belə olmadı . bəlkə bu , bir daha görüşməyimiz anlamına gəlir . Eh nəysə cəhənnəm olsun hər şey , mənasız söhbətimlə başınızı yordum . Daha gecdir , gedin yatın .
Nicat Həşimzadə
YORUMLAR
Henüz yorum yapılmamış.