Kişilər qizildan istifadə etməsin!
Qızıl məmulatlar taxmaq İslam dini tərəfindən kişilərə haram buyurulmuşdur. Bu haqda bir neçə hədisə müraciət edək. İmam Sadiq (ə) buyurur: “ALLAH Təala dünyada qızılı qadınların zinəti qərar vermişdir. Onu kişilər üçün haram etmişdir, istər onu geyinmək (bədənin bəzi yerlərinə) və istərsə də onda namaz qılmaq olsun”. (Tebyan)
Burada qızıl geyim dedikdə, onun qızıl sapla toxunmasından başqa üzərində qızılın da olması nəzərdə tutulur. Həmçinin qızıl üzük taxmaq da qadağan edilmişdir.
Şəri hökmlər.
1. Qızıldan hər bir halda və hər bir qəsdlə istifadə etmək haramdır. Beləliklə demək olar ki, qızıl zinətlərin kişilər tərəfindən istifadə edilməsi hər bir niyyətlə olursa-olsun haramdır. Baxmayaraq ki, üzük, boyunbağı və ya başqa bir şey olsun.
2. Qızıldan diş düzəltməkdə və cərrahiyyədə istifadə etmək. Qızıldan kişilərin diş düzəltməkdə və ya cərrahiyədə istifadə etməyinin bir çətinliyi yoxdur. Ancaq ağzın qabaq hissəsini zinət məqsədilə qızıl dişlə bəzəməyin çətinliyi vardır.
3. Bəylik üzüklərində və hədiyyədə istifadə etmək. Qızıl kişilər üçün mütləq halda haramdır. Ona görə də müsəlmanlar bu məsələyə riayət etməlidirlər. Hədiyyə və bəylik üzüyü arasında heç bir fərq yoxdur. Hətta qısa müddət belə onu taxıb çıxartmaq haramdır.
4. Qızıldan göstəriş məqsədi olmadan istifadə etmək. Qızıldan istər üzük olsun, istərsə də boyunbağı kişilər üçün haramdır. Məqsədi hətta göstəriş olmasa belə.
5. Namaz və qeyri-namaz vaxtı. Qızıl üzüyü kişilərin taxması hər bir halda caiz deyildir. Onunla qılınan namaz da ehtiyat vacibə görə batildir.
6. Kişilərin istifadə etməsi üçün qızılın satılıb alınması. Qızıl dükanı əgər kişilərin istifadəsi üçün olarsa, haramdır. Onun bu məqsədilə satışı və alışı cayiz deyildir. Əgər bu qızıl xaç olarsa, onu geyinmək, düzəltmək, alışı və satışı günahdır.
7. Rəngli qızıllar. Bu gün bazarda müxtəlif rənglərdə qızıl satılır. Ancaq cəmiyyət içində o şeyə ki, qızıl deyirlər, istər sarı olsun, istər qırmızı və sair - onların hamısı kişilər üçün haramdır. Ağ qızıl dedikləri qızıl da həmin sarı qızıldır ki, rəngini ağardıblar. Əgər zinət əşyasında qızıl o qədər az olar ki, ona bir daha qızıl deməzlər, bu zaman maneəsi yoxdur.
Platin qızıl deyildir.
Platinə el arasında “ağ qızıl” deməklərinə baxmayaraq, qızıl deyildir.
Bütün mərcəyi-təqlidlər onu caiz bilirlər.
YORUMLAR
Henüz yorum yapılmamış.